Icma.az
close
up
RU
Yaşı 15 ildən artıq olan avtomobil sahiblərinin DİQQƏTİNƏ!

Yaşı 15 ildən artıq olan avtomobil sahiblərinin DİQQƏTİNƏ!

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Rusiya Avtomobil Dilerləri Assosiasiyası yaşı 15 ildən çox köhnə avtomobillər üçün nəqliyyat vergisini artıra biləcək qanun layihəsi hazırlayır. Assosiasiyanın prezidenti Aleksey Podşekoldin qeyd edib ki, bu, sürücülərin avtomobillərini daha tez-tez təkmilləşdirməsi üçün stimuldur.
Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda Rusiya avtomobil parkının 70%-nin yaşı 15,5  dən yuxarıdır.
Amma ekspertlər Podşekoldinlə razılaşmırlar. Onlar bildirirlər ki, rusların yeni avtomobillər almağa imkanları yoxdur və belə bir təşəbbüs onları nəqliyyatsız qoya bilər. Üstəlik, köhnə avtomobil üçün utilizasiya üzrə dövlət proqramı mövcud olmalıdır. Podşekoldinin təklif etdiyi kimi dövlətin şəxsə köhnə avtomobil üçün 300-400 min rubl təklif etməsi də ekspertlərə görə ağlabatan görünmür. Belə ki vətəndaşlar bu pula yeni maşın ala bilməyəcəklər. Assosiasiyanın keçmiş rəhbəri Oleq Moseyev hesab edir ki, hazırda nəqliyyat vergisinin artırılmasının mənası yoxdur.
Azərbaycanda isə artıq Utilizasiya Fondu yaradılıb. 2024-cü ilin fevralından həmin fonda ödənişlər daxil olmaqdadır. Fondun vəsaiti hesabına köhnə avtomobillərin alınması və vətəndaşa ödənişin edilməsi nəzərdə tutulur. Yəni məqsəd odur ki, köhnə avtomobillər könüllü şəkildə vətəndaşlardan alınsın. Əvəzində isə vətəndaşa daha yeni avtomobil alınması üçün maliyyə dəstəyi göstərilsin və köhnə avtomobillərin ətraf mühitə vurduğu zərər tədricən azaldılsın.
Nəqliyyat üzrə ekspert Seymur Fətəliyev  bildirib ki, heç Azərbaycanda da vətəndaşlara verilən məbləğlə gedib yeni maşın almaq mümkün deyil:
“Utilizasiya qarşılığında verilən məbləğ 1500 manat təşkil edir ki, bununla hər hansı təzə modelin heç ilkin ödənişini etmək olmur. Yenə də ümid ikinci əl maşınlarına qalır. Məbləğ artırılarsa, vətəndaş da könüllü olaraq maşınını utilizasiyaya verər. Kim istəməz ki təzə maşın sürsün?!” 
Ekspert diqqətə çatdırıb ki, bundan başqa vətəndaşa yerli avtomobillərdən almaq üçün sadələşdirilmiş kredit şərtləri təklif olunur.
“Amma çox adam yerli maşınlara etibar etmir, həm də insanların sərbəst seçim hüququ var, başqa modellərlə maraqlanır. Ona görə də yaxşı olardı ki,  yalnız yerli avtomobil deyil, xarici avtomobillərin alınmasına da kredit verilsin. Elə olarsa, ölkənin yollarında metallomluq, təhlükəli maşınları da görmərik. Çünki utilizasiyanın hədəfi ekoloji tarazlığın bərpasıdır. Eləcə də, istismar müddəti başa çatmış avtomobillərin avtoqəzadakı payını əsaslı şəkildə azaltmaqdır”, - deyə ekspert vurğulayıb.
Qeyd edək ki, yaşı çox olan avtomobillərin ölkə daxilində istifadəsi hələlik qadağan deyil, lakin onların saxlanması baha başa gəlir: getdikcə daha çox maliyyə və texniki çətinliklərlə üz-üzə qalır. Mühərrik, sükan, əyləc və digər əsas hissələrin vaxtaşırı dəyişməsi tələb olunur. Gələcəkdə tətbiq edilə biləcək ekoloji və texniki məhdudiyyətlər də qaçılmazdır.(bizim.media)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 İyul 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri