Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

“Yaşıl enerji” birliyi genişlənir

“Yaşıl enerji” birliyi genişlənir

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” yeni tərəfdaşlarla yeni mərhələyə daxil olur

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolunu təsdiq edilib. Energetika Nazirliyinə sənədin müddəalarının həyata keçirilməsinin təmin edilməsi barədə tapşırıq verilib. Bu, 4 ölkənin əsasını qoyduğu “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yeni mərhələyə qədəm qoyması üçün hüquqi-iqtisadi təminat deməkdir.

Qeyd edək ki, 2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sazişin icrasını təmin etmək məqsədilə 2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında yeni enerji ənəkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandum imzalanıb və “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Birgə müəssisənin yaradılmasından sonra “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin icrasını təmin etmək üçün Rumıniyanın “Transelectrica”, Azərbaycanın “Azərenerji” ASC, Gürcüstanın “Elektrik Şəbəkəsi” və Macarıstanın “MVM” şirkəti arasında da saziş imzalanıb. Əsas məqsəd “yaşıl enerji dəhlizi” layihəsinin texniki-fiziki reallaşdırılması üzrə işləri yerinə yetirməkdir.

Bolqarıstan da “Qara dəniz” kabelinə qoşulmaq niyyətindədir

“Qara dəniz” kabeli və ya “Yaşıl enerji dəhlizi” adlandırılan “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” yaradıcısı olan 4 ölkə - Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan yeni nəhəng marşrutun əsasını qoymaqla bölgədə geniş bir “yaşıl” ailə bloku formalaşdırıb. Digər region ölkələri, o cümlədən Avropa dövlətləri bu dəhlizin iştiraçısı olmaqda fəal təşəbbüskarlıq göstərməkdədir. Məsələn, Bolqarıstan “yaşıl dəhliz”də yer almaq niyyətini bəyan edib. Bolqarıstan “Qara dəniz kabeli”nə qoşulmaqla Azərbaycanın külək və günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin əldə edilməsinə nail ola bilər, eyni zamanda, Avropaya nəqlində tranzit ölkəyə çevrilir.

Digər ölkələrin tranzit zəncirinə qoşulmaq istəyi  “yaşıl dəhliz”in daha böyük coğrafiyanı əhatə edəcəyindən və regional enerji habına çevriləcəyindən xəbər verir. Bunu Avropa İttifaqının Enerji komissarlığı da bəyan edib. Komissarlığın bəyanatında qeyd edilir ki, təmiz enerjiyə keçidin ən etibarlı qollarından biri olan “Yaşıl enerji dəhlizi” böyük bir bölgəni əhatə etməklə təmiz enerjiyə keçid strategiyasının prinsiplərinə uyğun olaraq rəqabətqabiliyyətli bazarın formalaşmasına və bərpaolunan mənbələrdən elektrik enerjisinin çoxşaxəli mübadiləsini təmin edəcək. Bu baxımdan layihənin Cənubi Qafqaz-Avropa platformasından çıxaraq digər regionları da qovuşduracağı istisna deyil.

Qazaxıstan-Özbəkistan-Azərbaycan koalisiyası

Qazaxıstan və Özbəkistan da “yaşıl koalisiya”da yer almaq niyyətindədir. COP29 sammiti çərçivəsində noyabrın 13-də Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşünün yekunu olaraq “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sazişin imzalanması Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsini nəzərdə tutur ki, bu “Qara dəniz” kabelinə inteqrasiya deməkdir. Sənəd Xəzər dənizində qiymətləndirilən 500 QVt-dan çox külək enerjisinin Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə tutur. Hazırda Xəzər dənizi bərpa olunan enerji mənbələri üzrə ən böyük ehtiyatlara malikdir. Təkcə Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Eləcə də Qazaxıstan sektorunda da günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Yaxud  Özbəkistanın Asiya çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür, külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kVt təşkil edir. Bu isə Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səfərbər olunması üçün imkanları artırır. Ona görə də Xəzər-Qara dəniz kabeli Avropa İttifaqının enerji maraqlarına xidmət edir və Mərkəzi Asiya və Qafqazın “yaşıl körpü”yə çevrilməsi istiqamətində səylər getdikcə artmaqdadır.

Cənub Qaz Dəhlizinin “yaşıl tranziti”...

Azərbaycan “Qara dəniz kabeli”ni həm də Cənub Qaz Dəhlizində yer alan bütün ölkələrin ortaq ailəsi kimi görür və siyasəti də bu istiqamətdə irəlilədir. Məsələn, 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən Yaşıl Enerji Şurasının iclasında Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlığın ən nəhəng platforması kimi dəyərləndirilib. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoqun artırılması qərara alınıb. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.

Beləliklə, Azərbaycanın 2 il əvvəl əsasını qoyduğu “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə qoşulan ölkələrin sırasını genişlənməsi rəsmi Bakının həmişə olduğu kimi enerji təşəbbüskarlığına beynəlxalq dəstəyi artırır.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see641

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see569

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see448

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see315

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see311

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see310

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see297

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see286

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see259

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see251

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see233

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see232

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see220

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see219

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see218

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see216

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see198

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see191

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see190

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri