Icma.az
close
up
RU
Yaşıl enerji istehsalında Azərbaycanın Avropa şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaşıl enerji istehsalında Azərbaycanın Avropa şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Avropa Komissiyası ilə bərpa olunan enerji layihələrinin, xüsusilə günəş və külək enerjisinin istehsalı və ötürülməsi istiqamətində Azərbaycanın Avropa şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.

525.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu, energetika naziri Pərviz Şahbazovun Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüşündə baş tutub.

Görüşdə Azərbaycanla Avropa İttifaqının (Aİ) enerji sahəsində strateji tərəfdaşlığının prioritetləri, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu, eləcə də yeni ölkələrin Azərbaycan qazının alıcıları sırasına qoşulması məsələləri müzakirə edilib. Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edildiyi bildirilib.

Qeyd olunub ki, təbii qazla yanaşı, bərpa olunan enerji və enerji səmərəliliyi və digər mühüm istiqamətlər enerji sahəsində strateji tərəfdaşlığa dair Azərbaycanla Aİ arasında imzalanmış Anlaşma Memorandumunda öz əksini tapıb və bu sənəd ikitərəfli enerji münasibətlərinin əsasını təşkil edir.

Görüşdə elektrik enerjisinin ötürülməsi üzrə regional enerji bağlantıları xüsusunda Azərbaycanla Avropa arasında Qara dənizdən keçməklə, Naxçıvan və Gürcüstan üzərindən planlaşdırılan layihələrdən də bəhs edilib. "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin ENTSO-E-nin 2026-2036-cı illər üzrə Şəbəkə İnkişaf Planına (TYNDP) daxil edilməsi, həmçinin "Ortaq Maraqlar Layihəsi" (PMI) statusunun əldə olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan, Azərbaycan və Türkiyəni əlaqələndirəcək yeni marşrutun Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək strateji enerji dəhlizi rolunu oynayacağı qeyd edilib.

Həmçinin, Azərbaycan-Aİ Enerji Dialoqu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:32
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Yanvar 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see330

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see186

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see178

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see154

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see149

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri