Icma.az
close
up
RU
“Yaşıl enerji məkanı” ötən ilə yekun vurub

“Yaşıl enerji məkanı” ötən ilə yekun vurub

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2025-ci il üzrə icrasına dair illik hesabat layihəsinin müzakirəsi məqsədilə “Yaşıl enerji məkanı” işçi qrupunun hibrid formada növbəti iclası keçirilib.

Toplantıya sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev “Yaşıl enerji məkanı” məqsədinin sosial-iqtisadi inkişaf strategiyasında mühüm yer tutduğunu və ölkəmizin gələcək inkişaf modelinin əsas sütunlarından biri olduğunu qeyd edib. Nazir müavini bildirib ki, bu istiqamətdə nəzərdə tutulan tədbirlər Azərbaycanın dayanıqlı, ekoloji cəhətdən təmiz və innovativ enerji sisteminə keçidini təmin etməklə yanaşı, qlobal iqlim məqsədlərinə də töhfə verəcək. S.Vəliyev ötən il üçün planlaşdırılmış 18 tədbirin icra vəziyyətini diqqətə çatdırıb, ümumilikdə, strategiyanın həyata keçirilməsinin müsbət dinamika ilə müşayiət olunduğunu vurğulayıb.

Sonra işçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn 2025-ci il üçün nəzərdə tutulmuş tədbirlər və onların icrasına dair təqdimatla çıxış edib. İclasda hesabata dair rəy və təkliflər dinlənilib, müvafiq qeydlər aparılıb.

Qeyd edək ki, “Yaşıl enerji məkanı” işçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” açıq səhmdar cəmiyyətlərinin nümayəndələri təmsil olunur.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri