Icma.az
close
up
RU
“Yaşıl enerji məkanı”nda növbəti toplantı

“Yaşıl enerji məkanı”nda növbəti toplantı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” işçi qrupunun növbəti iclası keçirilib.

İclasa sədrlik edən energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, “Yaşıl enerji məkanı” məqsədi üzrə tədbirlərin reallaşdırılması enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına və ətraf mühitin mühafizəsinin təmin edilməsinə mühüm töhfə verir. Nazir müavininin sözlərinə görə, elektrik və qaz təchizatı sahəsində aparılan islahatlar, elektrik şəbəkələrinin yenilənməsi və gücləndirilməsi, müasir avadanlıqların tətbiqi, yeni yarımstansiya və elektrik xətlərinin inşası enerji təchizatının keyfiyyət və etibarlılığını artırır.

Qeyd olunub ki, ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və enerji idarəetmə sistemlərinin təkmilləşdirilməsi enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji mənbələrinin şaxələndirilməsinə, enerji xərclərinin və itkilərin azaldılmasına, iqtisadi rəqabətqabiliyyətliliyin yüksəldilməsinə şərait yaradır.

Sonra işçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 5.2-ci məqsədi – “Yaşil enerji məkani” üzrə nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası ilə bağlı cari ilin ilk yarısının monitorinq və qiymətləndirmə nəticələrinə dair hesabatı təqdim edib, görülmüş işlər, aparılmış monitorinq və qiymətləndirmə nəticələri, hədəf indikatorları üzrə tədbirlərin icra göstəriciləri barədə məlumat verib.

İclasda işçi qrup üzvlərinin hesabata dair rəy və təklifləri dinlənilib, icrası başa çatacaq tədbirlər üzrə 2026-cı il üçün hədəflənmiş işlərə dair çağırış və tövsiyələr, atılacaq növbəti addımlar nəzərdən keçirilib, eləcə də bu tədbirlərin icrasının tam və effektiv tamamlanması və qarşıdakı dövrdə yekun hesabatın vaxtında və dolğun hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, “Yaşıl enerji məkanı” işçi qrupunda Energetika Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Statistika Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi, SOCAR, Mərkəzi Bank, Azərbaycan İnvestisiya Holdinqi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat” ASC-lərin nümayəndələri təmsil olunur.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri