Icma.az
close
up
RU
“Yaşıl gələcəy”in sağlam həyat çağırışları

“Yaşıl gələcəy”in sağlam həyat çağırışları

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən Bakıda Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu ilə birgə təşkil etdiyi “Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 14 ölkədən 140-dan çox alimin iştirak etdiyi beynəlxalq konfransın işinə uğur arzulayaraq, müzakirə mövzusunun ötən il Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) proqramının əsas müddəaları ilə səsləşdiyini qeyd edib. O, beynəlxalq elmi məclisin COP29-un ideya və məqsədlərinin elmi müstəvidə davam etdirilməsinə xidmət etdiyini vurğulayıb.

Akademik Prezident İlham Əliyevin iradəsi, himayəsi və iştirakı ilə COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin dövlətimizin “yaşıl iqtisadiyyat”a keçid strategiyasına, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfənin məntiqi nəticəsi olduğunu bildirib. AMEA rəhbəri Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələrində dövlətimizin başçısı tərəfindən elan edilmiş “yaşıl enerji” zonalarının öz fəaliyyətini uğurla davam etdirdiyini söyləyib.

Konfransda bildirilib ki, Azərbaycanda “yaşıl energetika”nın inkişaf etdirilməsi üçün mühüm Dövlət proqramları həyata keçirilir. Alternativ enerji mənbələrindən istifadə üzrə Azərbaycan təkcə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində deyil, dünyada qabaqcıl yerlərdən birini tutur.

Ölkəmizdə ən müxtəlif çeşidli enerji mənbələrinin istismarı, istehsalı, ixracı ilə yanaşı, bu sahələrin öyrənilməsi, tədqiqi və elmi cəhətdən əsaslandırılması da yüksək səviyyədədir.

Qeyd edilib ki, Azərbaycanda ötən illərdə alternativ enerji mənbələrini, ekoloji problemləri, qida, ətraf mühit və iqlim təhlükəsizliyini öyrənən böyük elmi məktəblər formalaşıb, bu istiqamətdə tədqiqatlar davam etdirilir. Elm və Təhsil Nazirliyinin bir sıra elmi-tədqiqat müəssisələrində yarım əsrdən çoxdur ki, bu problemlər öyrənilir, inkişaf etdirilir və Azərbaycan reallıqlarının elmi cəhətdən əsaslandırılması şəklində ictimaiyyətə təqdim olunur.

Q.YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see257

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see245

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see241

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see241

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see239

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see237

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see237

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see236

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see216

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see216

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see216

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see214

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see210

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see210

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see205

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see202

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see196

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see189

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see188

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri