Icma.az
close
up
RU
Yaşıl iqtisadiyyata keçid işçi qüvvəsinin bacarıqlarının inkişafını da aktuallaşdırır

Yaşıl iqtisadiyyata keçid işçi qüvvəsinin bacarıqlarının inkişafını da aktuallaşdırır

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas prioritetlərindən biri işçi qüvvəsinin bacarıqlarının əmək bazarının dəyişən tələblərinə uyğun davamlı inkişafına nail olunmasıdır. Nazirlik bu istiqamətində dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektoru əhatə edən geniş əməkdaşlıq şəbəkəsi yaradıb.

Moderator.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “İqlimə Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə Yüksək Səviyyəli Görüş”ün panel müzakirələri zamanı bildirib.

Nazir moderatorun - "LinkedIn"in Davamlılıq və İşçi Qüvvəsi Siyasətinin Rəhbəri Efrem Bayserin işçi qüvvəsinin əmək bazarının ehtiyaclarına uyğun bacarıqlara yiyələnməsi, habelə yaşıl bacarıqların inkişaf etdirilməsi sahəsində görülən işlərə dair suallarını cavablandırıb.

S.Babayev qeyd edib ki, əsas məqsəd əmək bazarının tələblərinə uyğun bacarıqlara malik işçi qüvvəsini inkişaf etdirmək, eyni zamanda yeni məşğulluq imkanlarının yaradılmasını təşviq etməkdir. Eyni zamanda, aparıcı İKT və innovasiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində işçi qüvvəsinin yeni bacarıqlar qazanmaları üçün peşə hazırlığı proqramları təşkil edilir. Xüsusi sosial müdafiəyə ehtiyacı olan insanların məşğulluq imkanlarını asanlaşdırmaq üçün birgə layihələr də həyata keçirilir.

2021-2024-cü illər ərzində Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə ümumilikdə 1600 peşə təlimi kursunun təşkil edildiyini bildirən nazir bu sahədə peşə təhsili mərkəzləri, dövlət və özəl tədris müəssisələri ilə əməkdaşlığı, növbəti illərdə bu əməkdaşlıq şəbəkəsinin daha da genişləndiriləcəyini diqqətə çatdırıb.

O qeyd edib ki, nazirlik yaşıl iqtisadiyyata keçidlə bağlı yaşıl iş yerlərinin yaradılması üzrə də bu tərəfdaşlığı genişləndirməkdə maraqlıdır. Yaşıl iqtisadiyyatın ehtiyaclarına uyğun bacarıqlara malik işçi qüvvəsinin yetişdirilməsi üçün peşə təhsili mərkəzlərinin genişləndirilməsi əsas istiqamətlərdən biridir. Hazırda nazirliyin peşə hazırlığı mərkəzləri işaxtaran şəxslərə yaşıl bacarıqlar üzrə kurslar da təklif edir. Bu sahədə peşə təlimi proqramları Azərbaycanın yaşıl iqtisadiyyata keçidi üçün vacib olan yeni iş sektorlarını dəstəkləmək və inkişaf etdirmək məqsədi daşıyır.

Panel müzakirələrində həmçinin İtaliya, Niderland, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya və digər ölkələrdən qurum rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri fikirlərini ifadə ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Noyabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri