Icma.az
close
up
RU
Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib FOTO

Yaşıl Rəqəmsal Fəaliyyətin yüksəksəviyyəli açılış sessiyası keçirilib FOTO

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal texnologiyalar sənayesində davamlılıq üzrə əməkdaşlığı gücləndirmək üçün COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət trekinin yüksəksəviyyəli açılış sessiyası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Bizim.Media-ya bildirilib ki, nazir Rəşad Nəbiyev iqlim dəyişikliyi ilə mübarizədə güclü vasitə olan rəqəmsallaşmanın potensialından tam yararlanmaq üçün dayanıqlı infrastruktura və ətraf mühitə təsirə üstünlük verən balanslaşdırılmış yanaşmaya ehtiyac olduğunu vurğulayıb:
 

“Yalnız rəqəmsallaşma vasitəsilə davamlı gələcəyi təmin etmək üçün lazım olan sürət, dəqiqlik və çevikliyə nail ola bilərik”.


Müzakirələrdə texnologiya sektorunda emissiyaların azaldılmasının zəruriliyi və ekoloji həllərdə texnologiyanın rolu vurğulanıb. Sessiya rəqəmsallaşma və iqlim fəaliyyətinə dair tematik müzakirələrlə davam edib, uğurlu əməkdaşlığı nümayiş etdirib. Belə ki, il ərzində çoxtərəfli Yaşıl Rəqəmsal Fəaliyyətin əsas nəticələri və tərəqqi yeniləmələri diqqətə çatdırılıb.
Çıxış edənlər bu sessiyanın ekoloji problemlərin həllində və hamı üçün dayanıqlı gələcəyin qurulmasında rəqəmsal həllərin oynaya biləcəyi mühüm rolu vurğulayan dinamik proqramın başlanğıcı olduğunu bildiriblər. Beləliklə, COP29-da Yaşıl Rəqəmsal Fəaliyyət treki fəal iştirakı, mənalı dialoqu təşviq etmək və birgə iqlim fəaliyyətində innovativ ideyaları oyatmaq üçün nəzərdə tutulub.
Qeyd olunub ki, müzakirələr və seminarlar silsiləsi davamlılıq standartlarının əhəmiyyəti, “Xalis Sıfır” İKT sektoruna aparan yol, iqlim dəyişikliyi ilə mübarizə və erkən xəbərdarlıq sistemləri üçün süni intellektdən istifadə edilməsinə yönələcək.
Məlumat üçün bildirək ki, Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan 14 qlobal təşəbbüsdən biridir. Bu təşəbbüs tək bir hadisə deyil, həm də innovasiya və dayanıqlığa əsaslanan rəqəmsallaşmanın gələcək COP-larda prioritet olaraq qalmasını təmin edərək davamlı sürət yaratmağa çağırışdır. COP29 çərçivəsində təşəbbüsün yekun tədbiri – Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa COP29 çərçivəsində ilk Rəqəmsallaşma Günündə – noyabrın 16-da keçiriləcək. Tədbirdə dünyanın bir sıra ölkələrindən dövlət və özəl sektor nümayəndələri, o cümlədən İKT sahəsi üzrə qlobal miqyasda aparıcı tərəfdaşlar iştirak edəcəklər.
Dəyirmi masada bir sıra kritik mövzular, o cümlədən rəqəmsal innovasiyanın iqlim strategiyalarına inteqrasiyası, iqlim monitorinqinin rəqəmsal alətlərlə artırılması, rəqəmsal inklüzivliyin təşviqi və rəqəmsal texnologiyaların ətraf mühitə təsirlərinin azaldılması müzakirə ediləcək. Dəyirmi masanın sonunda dayanıqlı və yaşıl dünya naminə bütün maraqlı tərəflərin iştirakı ilə yekun sənəd – Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin qəbul edilməsi gözlənilir.
 

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədəki potensialını tanımaqla yanaşı, dayanıqlı və inklüziv praktikaların təşviqinə də əhəmiyyətli bir addımdır.


Sessiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və BMT-nin Rəqəmsal Texnologiyalar Agentliyi tərəfindən təşkil olunub.


Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Noyabr 2024 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri