Icma.az
close
up
RU
Yaşıl sivilizasiyanın COP29 anonsu

Yaşıl sivilizasiyanın COP29 anonsu

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

İsa HƏBİBBƏYLİ,
AMEA-nın prezidenti, akademik

Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası mahiyyəti və hədəfləri etibarilə bir-birini tamamlayan baxışlardan ibarətdir. “Yaşıl dünya naminə həmrəylik ili”nin ölkəmizdə yaratdığı yaşıl hərəkat COP29-un irəli sürdüyü iqlim dəyişiklərinin yarada biləcəyi fəlakətlərdən xilas olmaq üçün yaşıl enerjinin ön mövqeyə çəkilməsi nəticə etibarı ilə ölkələri və dünyanı qorumağa, yaşatmağa və inkişaf etdirməyə xidmət edən qlobal hadisələrdir. Yaşıl dünya naminə hərəkat sahəsində həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının COP29 kimi BMT-nin bir nömrəli beynəlxalq tədbirinə ev sahibliyi etməsinə haqq qazandırır.

Eyni zamanda, müstəqil Azərbaycan Respublikasının hərtə- rəfli və sürətli inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlər də COP29-u ən yüksək səviyyədə keçirməyə geniş imkan yaratmışdır. Heç şübhəsiz ki, COP29-un estafetini qəbul etmək Azərbaycan Prezidentinin dünya liderləri sırasındakı yüksək nüfuzunun da real təzahürüdür. Prezident İlham Əliyevin açılış iclasındakı parlaq çıxışı COP29 hərəkatının manifestidir. Dərin məzmunlu bu çıxışda COP29-un əsas reallıqları və perspektivləri öz əksini tapmışdır. Prezidentin çıxışı COP29 üzrə Azərbaycan reallıqlarının gerçək təqdimatı, dünya gedişatının obyektiv qiymətləndirilməsi, yaxın-uzaq gələcəyin praqmatik paroludur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Ölkə göstəricilərinin qiymətləndirilməsində Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil” – mesajı COP29-un ən mükəmməl aforizmidir. Əks halda, dünya ölkələri “Tanrının bəxş etdiyi real təbii sərvətlər”dən tam imtina edib, “yaşıl keçid” axtarışı ilə yeni yaşıl imkanlar əldə edənə qədər böhran təhlükəsi ilə üzləşə bilərlər.

Azərbaycan Prezidentinin sərrast aforizm kimi səslənən fikirləri dünyanın tarazlığını pozmaq həddinə çatmamaq şərti ilə bütün təbii sərvətlərdən yerində və qədərində istifadə etməyin mümkünlüyünə realist baxışın ifadəsidir. Bu, “Tanrının bəxş etdiyi təbii sərvətlər”lə yaşıl texnologiyalardan əldə olunacaq gəlirlərin düzgün balansının tapılmasının zəruriliyini nəzərə çatdıran praqmatik çağırışdır.

Bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda “Tanrının bəxş etdiyi təbii sərvətlər” COP29-un hədəflərinin həyata keçirilməsi üçün etibarlı donor funksiyasını yerinə yetirir. Fikrimizcə, o ölkələr “yaşıl keçidə” daha səmərəli şəkildə nail ola biləcəklər ki, onların yaşıl texnologiyalar əldə etmək üçün real təbii sərvətlərdən gələn dayanıqlı gəlirləri vardır. Beləliklə, Tanrının bəxş etdiyi təbii sərvətlər mövcud dayanıqlı inkişafla “yaşıl keçid” arasında yaşıl transformasiya funksiyasını yerinə yetirir. Azərbaycanın mövcud neft-qaz gəlirləri bu gün “yaşıl iqtisadi zona” kimi elan olunmuş Naxçıvan Muxtar Respublikasında, Qarabağda və Şərqi Zəngəzurda, həmçinin Böyük Qayıdış hərəkatında “yaşıl keçid” mərhələsinə uğurla keçidin hərəkətverici qüvvəsidir. Şübhəsiz, yaşıl enerji əsasında XXI əsrin yaşıl iqtisadiyyatını qura bilən və inkişaf etdirən ölkələr yaxın gələcəyin lider dövlətləri sırasına çıxmaq imkanı qazanacaqlar. Bu cəhətdən, Azərbaycan dünyanın ən şanslı ölkələrindən biridir. Çünki Azərbaycan ərazisi məşhur Mendeleyev cədvəlindəki əksər yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ölkədir. Bununla yanaşı, Azərbaycanda həm də artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin irəli sürdüyü neftdən asılı olmayan iqtisadiyyat modelinin yaradılması üçün düşünülmüş dövlət siyasəti həyata keçirilir. Artıq Azərbaycan Respublikasının dövlət büdcəsində neftdən asılılığı aradan qaldırmağa xidmət edən aqrar sektordan, turizmdən, nəqliyyat sferasından, iaşə xidmətindən əldə edilən gəlirlər kifayət qədər əhəmiyyətli əmsala malikdir. “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-un çağırışları neftdən asılı olmayan gəlirlərin siyahısına yaşıl iqtisadiyyatdan və alternativ yaşıl enerji mənbələrindən əldə ediləcək maliyyə imkanları da əlavə olunacaqdır.

Hazırda Azərbaycan Respublikasında yaşıl iqtisadiyyaın qurulması istiqamətində genişmiqyaslı işlər aparılmaqdadır. Bundan başqa, ölkəmizdə mövcud təbii sərvətlərin istismarının, emalının, bazara çıxarılmasının yaşıl texnologiyalar əsasında yenidən qurulması prosesləri də genişlənməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-un açılış mərasimindəki nitqində ölkəmizdə yaşıl iqtisadiyyat infrasturukturunun formalaşdırılması, bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən dövlət proqramlarının və nəzərdə tutulan yeni layihələrin aydın mənzərəsi verilmişdir. Ölkəmizdə aparılan məqsədyönlü müasir siyasi-iqtisadi siyasət dünya reallıqlarına uyğun olaraq, mövcud təbii sərvətlərdən yaşıl texnologiyalar əsasında istifadə etməklə atmosferin sağlamlaşdırılmasına töhfə verməyə, yaşıl enerji əsasında yeni dövrün yaşıl iqtisadiyyatının qurulmasına və meydanının daha da genişləndirilməsinə yaşıl işıq yandırmağa uğurla xidmət edir. Fikrimizcə, yaşıl iqtisadiyyatın Azərbaycan modeli dünya ölkələri üçün də əhəmiyyətli təcrübə ola bilər. Bu mənada Azərbaycan Respublikası Prezidentinin COP29-un Bakı Olimpiya Stadionundakı açılış mərasimindəki çıxışında səslənən bu fikirləri yaşıl iqtisadiyyat anlayışına müasir dövrün realist baxışının ifadəsidir: “Ölkələr onların (Tanrının bəxş etdiyi təbii sərvətlərin – İ.H.) olmasına görə günahlandırılmalı və bazarda tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyil”.

Bu, yaşıl enerjiyə keçidə münasibətdə eyforiyaya qapılmağa, yaxud bu qlobal problemə birtərəfli qaydada baxmamağa, məsələyə kompleks yanaşmağa çağırışın konseptual şərhi və aydın ifadəsidir.

“Yaşıl dünya naminə həmrəylik ili”nin və COP29-un ölkəmizə və dünyaya bəxş etdiyi daha bir yaşıl sərvət də bu istiqamətdə dialoqun miqyasının genişləndirilməsindən və məzmunca yaşıl ideyalarla və əməli addımlarla zənginləşdirilməsindən ibarətdir. Bakı şəhərində COP29 miqyasında yüksək səviyyədə təşkil olunan dialoq platforması mədəniyyətlərin dialoquna, ən yeni yaşıl texnologiyaların mübadiləsinə, yaşıl transformasiyaların müzakirəsinə yaşıl işıq yandırmışdır.

Bu gün Bakı Olimpiya Stadionunda yaradılmış COP29 şəhərciyi çoxvektorlu dünya dialoq mədəniyyətinin mərkəzinə çevrilmişdir. Ölkələri əyani şəkildə təqdim edən pavliyonlarda sərgilənən iqtisadi-texniki yeniliklərlə konfrans salonlarında səslənən yaşıl elmi-praktik ideyalar bir yerdə dünyanın yaxın və uzaq yaşıl gələcyi haqqında tam yeni təsəvvürlərin formalaşdırılmasına imkan yaradır. Əslində, Bakı Olimpiya Stadionundakı COP29 Sammitində aparılan müzakirələr dünyanın yeni yaşıl mənzərəsinin dərslərindən ibarətdir.

Son illərdə Azərbaycanda və dünyada yaşıl iqtisadiyyat, yaşıl enerji, yaşıl kimya, biomüxtəliflik, ekomədəniyyət, yaşıl transformasiyalar, rəqəmsal dünya, süni intellekt, elektronəqliyyat, ekolinqvistika, “ağıllı kənd” və sair kimi yeni anlayışlar yaşıl terminologiyanın formalaşdırılmasını şərtləndirmişdir. Və yaşıl terminologiya müasir dövrün yaşıl dünyasının, yaşıl texnologiyasının danışan dili funksiyasını həyata keçirir. Ekolinqvistika anlayışı da yaşıl terminologiyanın sinonimi kimi prosesin daha da genişləndirilməsinə yol açır. Bunlar isə öz növbəsində dünyanın yeni bir inkişaf səviyyəsinə – yaşıl sivilizasiyaya keçidin xüsusiyyətlərini özündə əks etdirir. XVIII əsrdən etibarən sonrakı inkişaf mərhələlərində dünyada buxar maşınının, elektrik enerjisinin, kosmosun fəthinin, internetin kəşfinin, ağıllı texnologiyaların meydana çıxmasının fərqli sivilizasiyaları və sənaye inqilablarını yaratdığı kimi yaşıl enerji, süni intellekt və rəqəmsal inkişaf da bəşəriyyəti yeni bir inkişaf mərhələsinə doğru aparmaqdadır.

Beləliklə, Bakı Olimpiya Stadionundakı COP29 şəhərciyi yaşıl sivilizasiya problemlərini dünyanın yaşıl gündəliyinin baş mövzusuna çevirmişdir. Hazırda ən müasir yaşıl texnologiyalar əsasında salınmış COP29 şəhərciyi dünyanın yaşıl sivilizasiya müzakirələrinin möhtəşəm xitabət kürsüsüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29 xitabət kürsüsündən səsləndirdiyi bəyanatlar və mesajlar dünyanın müasir gedişatının yeni yaşıl inkişaf mərhələsinin anonsudur.

Bakı COP29 sessiyası Birləşmiş Millətlər Təşkilatının “yaşıl dünya hərəkatı” mövzusunda keçirilən ümumdünya konfransıdır. Planetimizin 196 ölkəsini təmsil edən 72 mindən çox insanın çoxcəhətli səmərəli fəaliyyətini, təhlükəsizliyini, transferini, hətta, asudə vaxtını yüksək səviyyədə vahid bir ailə kimi təşkil edən Azərbaycan COP29 adlı çoxmillətli bir qitə yaratmağın nümunəsini göstərir. Bu mənada Bakı Olimpiya Stadionu Yer kürəsi, COP29-un Mavi Zonası okeanları, dənizləri, çayları və səmanı, Yaşıl Zona isə landşaftı, təbiəti simvolizə edir. Mifologiyada mavi rəngin genişlik, yaşıl rəngin isə dəyişiklik mənalarını daşıdığını nəzərə alsaq, COP29 qitəsinin müasir mənzərəsinin XXI əsrin inkişaf tendensiyalarını əks etdirdiyi qənaətinə gəlmək mümkündür. Sülh, qarşılıqlı əməkdaşlıq, ədalətli yaşıl cəmiyyət, yalnız rifaha və inkişafa xidmət edən yaşıl texnologiyalar Azərbaycan ölkəsinin yaratdığı möhtəşəm platformadan COP29 qitəsinin səsləndirdiyi yaşıl sivilizasiya çağırışlarıdır…

Azərbaycanın tarixi Qarabağ Zəfərini, Böyük Qayıdış hərəkatını, ən yüksək səviyyədə təşkil olunmuş COP29 yaşıl inkişaf platformasını qəbul edə, həzm edə bilməyən xarici ölkə dairələri öz qapılarını Günəşə qapadıqlarının fərqində olmayan bədbəxtlərdir. Azərbaycanda isə Prezident İlham Əliyevin COP29-un mötəbər xitabət kürsüsündən bütün dünya qarşısında bəyan etdiyi kimi günəşli günlərin sayı ən azı 250-dən çoxdur. Paytaxt Bakının isə bir adı da “Küləklər şəhəri”dir. Azərbaycan günəşli coğrafiyası, yaşıl enerjisi, yaşıl iqtisadiyyatı və ağıllı rəqəmsal inkişafı ilə yaşıl sivilizasiyanın astanasındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri