Icma.az
close
up
RU
Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?

Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Təzə yaşıl tərəvəzlərdən hazırlanan şirələr vitamin, mineral, antioksidant və müxtəlif bitki mənşəli faydalı maddələrlə zəngindir. SİA xarici mətbuata istinadən xəbər verir ki, funksional qidalanma üzrə mütəxəssis Bricit Bekker bildirir ki, bir stəkan tərəvəz şirəsi hazırlamaq üçün kifayət qədər böyük həcmdə tərəvəz istifadə olunur. Bu isə orqanizmin qısa müddətdə yüksək miqdarda qida maddəsi qəbul etməsinə imkan verir.

Araşdırmalara görə yaşıl şirələrin həzm prosesinə müəyyən dəstək göstərə biləcəyini qeyd edir.

Lakin içkinin faydalılığı onun tərkibindən birbaşa asılıdır. Mütəxəssislər yaşıl şirə hazırlayarkən şəkər miqdarına diqqət yetirməyi tövsiyə edirlər. Tərkibdə meyvənin payı artdıqca şəkərin miqdarı da yüksəlir. Buna görə yaşıl alma və kivi kimi nisbətən az şəkərli meyvələrə üstünlük vermək daha məqsədəuyğun hesab olunur.

Şirənin əsasını xiyar və kərəviz kimi su tərkibi yüksək tərəvəzlər təşkil edə bilər. Limon və zəncəfil isə həm dadı zənginləşdirir, həm də içkinin qida dəyərini artırır.

Bununla yanaşı, hər tərəvəz hər kəs üçün eyni dərəcədə uyğun deyil. Məsələn, ispanaq və bəzi kələm növlərinin oksalat miqdarı yüksəkdir. Bu səbəbdən müəyyən pəhriz saxlayan insanların bu məhsullardan istifadə etməzdən əvvəl diqqətli olması tövsiyə edilir. Kahı, roka, çin kələmi və nanə isə alternativ seçimlər arasında göstərilir.

Şirə necə hazırlanmalı və içilməlidir?

Tərəvəzlərin mümkün qədər yaxşı yuyulması vacibdir. Orqanik məhsullar əldə etmək mümkün olmadıqda tərəvəzləri təmiz suda yaxşıca yumaq və səthindəki çirkləri aradan qaldırmaq lazımdır.

Mütəxəssislər yaşıl yarpaqlı tərəvəzlərdən şirə hazırlamaq üçün soyuq sıxım texnologiyasından istifadə edən cihazlara üstünlük verirlər. Hazır şirənin isə uzun müddət saxlanılmaması məsləhətdir. Çünki zaman keçdikcə oksidləşmə baş verir və bəzi faydalı maddələrin miqdarı azala bilər.

Digər tərəfdən, tərəvəz şirəsini balanslı qidalanmanın tam əvəzi kimi qəbul etmək düzgün deyil. Xüsusilə yalnız maye qidalarla qidalanmağa əsaslanan detoks pəhrizlərinin orqanizmi toksinlərdən təmizlədiyini təsdiqləyən kifayət qədər güclü elmi sübut yoxdur.

Mütəxəssislər bildirirlər ki, şirə hazırlayarkən tərəvəzlərin lifi böyük ölçüdə itir. Halbuki lif həzm sistemi və ümumi sağlamlıq üçün mühüm əhəmiyyət daşıyır. Buna görə yaşıl şirələr gündəlik qidalanmaya əlavə kimi qəbul edilə bilər, lakin əsas qida mənbəyini əvəz etməməlidir.

Bir neçə günlük şirə proqramı sınamaq istəyənlər isə əvvəlcədən qidalanmalarını yüngülləşdirə bilərlər. Proqramdan bir neçə gün əvvəl işlənmiş qidaların, kofein və spirtin qəbulunu azaltmaq, tərəvəz və yüngül meyvələrə üstünlük vermək tövsiyə olunur.

Proqram başa çatdıqdan sonra isə ağır və yağlı qidalara birdən-birə keçmək əvəzinə, bərk qidaları rasiona tədricən qaytarmaq daha məqsədəuyğundur.

Beləliklə, yaşıl şirələri sağlam qidalanmanın möcüzəvi vasitəsi kimi deyil, düzgün hazırlanıb balanslı rasiona əlavə edildikdə faydalı ola bilən içki kimi qiymətləndirmək daha doğrudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Sentyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri