Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Yaşıllıqları boş torpaq sahəsi görənlər və susanlar

Yaşıllıqları boş torpaq sahəsi görənlər və susanlar

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə mənzil-tikinti kooperativlərinin (MTK) ağacları kütləvi şəkildə kəsməsi şəhərsalma və urbanizasiya proseslərinin təbiətə mənfi təsirini açıq şəkildə göstərir. Yaşama səbəblərimizdən biri olan oksigenə qənim kəsilənlərin yaratdığı problemlər, yəni məhv etdiyi ağacların sonrakı aqibəti bəzən müəmmalı olaraq qalır, müvafiq qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) isə adətən, cərimələrlə kifayətlənir və beləliklə, problem köklü şəkildə həllini tapmadığı üçün növbəti dəfələrdə də analoji hallar müşahidə olunur.

Adətən, bu ağacların yerinə yenisi əkilmir, yaxud başqa ərazilərdə əkildiyi bilinmir, üstəlik, əkilsə belə, qida mənbəyindən, alışdığı şəraitdən məhrum olur ki, bu da təbiətə, həyatımıza xeyli mənfi təsir göstərir. Çünki MTK-lar cərimədən sonra fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər.

Bəs bu tendensiyanın səbəbləri nədir və müvafiq qurum problemi niyə köklü şəkildə həll etmir?

Tikinti şirkətləri üçün torpaq, xüsusilə də şəhərin mərkəzi və ya inkişaf edən hissələrində olduqca qiymətlidir

Mövcud yaşıllıqlar və ağaclıq ərazilər gəlir gətirəcək binaların tikintisi üçün "boş torpaq sahəsi" kimi qiymətləndirilir. Təsəvvür edin, bir ərazidə insanların yaşaması üçün binalar tikilir, amma həmin ərazidə insanların yaşaması üçün zəruri olan oksigen - yaşıllıqlar, ağaclıq ərazilər məhv edilir. İndi sual olunur: məhv edilən "boş torpaq sahəsi"dir, yoxsa ömrümüz?

Əlbəttə ki, yaşıllıqların "maneə" kimi görünməsi onu məhv edənlər üçün də, göz yumanlar üçün də, problemi kökündən həll etməyənlər üçün də məsuliyyət yaradır. Buna hətta sağlamlığa qəsd, yaşama hüququnun pozulması da deyə bilərik. Çünki bir çox hallarda ağacların kəsilməsi üçün ya qanunsuz şəkildə icazə alınır, ya da bu iş heç bir icazə olmadan həyata keçirilir. Cərimələr isə ya tətbiq olunmur, ya da çox cüzi olduğuna görə şirkətlər üçün "problem olmur".

Dövlət qurumları arasında nəzarətin zəifliyi və görməzdən gəlmək də bu prosesi sürətləndirir. Əks halda, uzun illərdir problem niyə həllini tapmaq əvəzinə, daha da intensiv xarakter alırdı?

MTK-lar arxayın olmasalar, belə cinayətə imza atarlar? Çünki yetərli cəzaya məruz qalsalar, bir də belə hal təkrarlanmaz və səbəbini də yəqin ki, belə izah edərlər: "Mərifəti kimdən öyrəndin? Gözü çıxmış qardaşımdan". Lakin problem kökündən həll edilmir ki, edilmir və MTK-lar cərimələrini ödəyib fəaliyyətlərini davam etdirir, gözü çıxmayan qardaşlarından mərifət öyrənmirlər.

Ən təəssüf doğuran isə bu ağacların aqibətlərinin hərdən müəmmalı olaraq qalmasıdır. İstənilən halda, mənbəyindən ayrı düşüb zərər çəkən və ya məhv edilən canlının başqa boş torpaq sahələrində əkilməsinin kimə nə faydası var? Onsuz da, məhv edilən ağaclar gözdən uzaq, könüldən iraq yerə daşınıb bir müddətdən sonra ümumiyyətlə heç kimin yadına düşməyəcək. Həyatımızla oynayanlar da heç nə olmamış kimi fəaliyyətlərini davam etdirəcəklər.

Bir çox tikinti şirkətləri, müvafiq dövlət qurumları, hətta bəzi vətəndaşlar belə, ağacların ətraf mühit və insan sağlamlığı üçün əhəmiyyətini yetərincə dərk etmirlər

Yaşıllıqların şəhər mikroiqliminə, hava şəraitinin keyfiyyətinə, qlobal istiləşmənin azaldılmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına müsbət təsiri bilavasitədir. Bu vəziyyət təkcə ekoloji deyil, həm də sosial və psixoloji nəticələr doğurur: şəhərdə yaşayan insanlar daha təmiz hava, istirahət sahəsi və estetik mühitlə qarşılaşırlar. Bunun əks nəticəsi isə yaşayış keyfiyyətinin aşağı düşməsi və iqlim dəyişikliklərinə qarşı zəif müqavimətdir. Çünki hər ağacın arxasında təkcə bir təbiət elementi deyil, həm də bir şəhərin gələcəyi, əhalinin rifahı və hüququ dayanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin problemə yanaşması

ETSN ağacların kəsilməsinə və ətraf mühitin qorunmasına dair qanun və normativ-hüquqi aktları müəyyən edir və onların tətbiqinə nəzarət edir. "Ekoloji təhlükəsizlik haqqında", "Yaşıllıqların mühafizəsi haqqında" və digər müvafiq qanunlar bu sahədə hüquqi əsasları təşkil edir. Bu qanunlar ağacların qanunsuz kəsilməsini, ekosistemin pozulmasını və ətraf mühitə zərər verən layihələrin qarşısını almağa yönəlmiş müvafiq tələbləri əhatə edir.

Çox yaxşı, lakin bu qanunların və qaydaların tətbiqində bəzən ciddi çatışmazlıqları kimin adına yazaq? Qanunvericilikdə olan boşluqlar və zəruri nəzarət mexanizmlərinin olmaması nəticəsində bəzi hallarda ağacların kəsilməsi qanunsuz şəkildə həyata keçirilir və buna görə cərimələr çox cüzi olur. Beləliklə, qanunvericiliyin tətbiqi tam şəkildə təsirli olmur. Deməli, bu sahədə daha ciddi tədbirlər, effektiv nəzarət və hüquqi islahatlar tələb olunur ki, ətraf mühitin qorunması tamamilə təmin edilsin.

MTK və digər tikinti şirkətlərinin qanunsuz ağac kəsməsi ilə bağlı faktlar

2024-cü ilin təkcə yanvar ayında Nəsimi və Nizami rayonlarında, ümumilikdə, 281 ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 61 000 manat ziyan dəyib. Həmin ilin may ayında isə Bakı və Sumqayıt şəhərlərində təbiətə 57 720 manat ziyan dəyib. Nəsimi rayonunun M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində yaşıllıqların məhv edilməsinə, ərazidə, ümumilikdə, 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulması müəyyən edildiyindən fakta görə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

2024-cü ilin sentyabrında Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəisi Elnur Musayev Bakıda keçirilən "Hüquq və iqlim" adlı beynəlxalq konfransda "İqlim dəyişikliyinin önlənməsində ekoloji cinayətkarlıqla mübarizənin rolu: Milli kontekst" mövzusunda çıxışı zamanı bildirib ki, təkcə 2024-cü ildə idarənin fəaliyyəti nəticəsində 118 cinayət işi başlanılıb. Həmin cinayət işləri nəticəsində ölkəmizə, cəmiyyətimizə 8 milyon 237 min ziyan dəyib. Araşdırma dövründə dəymiş ziyanın 1 milyon 292 min 569 manatı ödənilib. Bildirilib ki, dağ-mədən işləri ilə bağlı ziyanlar isə bəzən milyonlarla ölçülür:

"Lakin digər növ cinayətlər yaşıllıqların məhv edilməsi, kəsilməsi, qanunsuz götürülməsi ilə bağlıdır. Dövlətə dəymiş ən böyük ziyan 387 min manat, orta ziyan isə 13 min manat təşkil edib. 387 min manat ziyan, təqribən, 200-dən 400-ə qədər 60-70 yaşında olan, uzun illər əvvəl bitmiş, cəmiyyətimizə fayda gətirmiş ağacların kəsilməsi deməkdir. 13 min manat dəyərindəki ziyan isə konkret fakt üzərində deyə bilərəm ki, Gəncə şəhərində 100 yaşlı ağacın kəsilməsidir. Prokurorlar dörd il ərzində 1 000-ə yaxın inzibati xəta ilə bağlı iş üzrə icraat başladıblar. Həmin işlərin, təqribən, 130-u sırf ekoloji hüquqpozmalarla bağlı olub. Bu, qanunsuz olaraq yaşıllıqların, ağacların kəsilməsi, qanunsuz balıq ovu, ov və digər hüquqpozmalarla bağlıdır".

Bu məlumatlar göstərir ki, 2024-cü ildə Azərbaycanda ağacların qanunsuz kəsilməsi ilə bağlı ciddi ekoloji problemlər mövcud olub.

2023-cü ilin oktyabrındakı hesabata görə isə həmin ilin son ayları ərzində ümumilikdə 576 ağac və kol məhv edilib, təbiətə 59 827 manat ziyan dəydiyi müəyyən olunub və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən sənədləşdirilərək hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

2022-ci ildə isə ekoloji qanun pozuntuları ilə bağlı ümumilikdə 1 024 akt, 2 112 protokol tərtib olunub. Yəni təbiətə yenə də milyonlarla ziyan vurulub.

2021-ci ilin 9 ayı ərzində də təkcə xüsusi mühafizə olunan təbiət ərazilərində qanunsuz ağac kəsilməsi ilə bağlı 24 fakt üzrə 22 şəxs ümumilikdə 14 000 manat məbləğində inzibati qaydada cərimə olunub. 194 ədəd ağac kəsilib, təbiətə ümumilikdə 24 935 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Qeyd etmək yerinə düşər ki, Azərbaycanın ekologiyaya yanaşması və bu fonda COP29-a ev sahibliyi ölkəmizin qlobal iqlim siyasətindəki mövqeyini və ekoloji inkişaf istiqamətindəki irəliləyişlərini nümayiş etdirir. Azərbaycan neft və qaz ixracına əsaslanan iqtisadiyyatına baxmayaraq, iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak etməyə çalışır, bu kontekstdə 2030-cu ilə qədər elektrik enerjisinin 30%-ni bərpaolunan mənbələrdən əldə etməyi hədəfləyir və Xəzər dənizində külək enerjisi potensialını inkişaf etdirməyi planlaşdırır.

Bundan əlavə, karbon emissiyalarını azaltmaq məqsədilə aşağıkarbonlu iqtisadiyyata keçid üzrə milli strategiya hazırlanır. COP29-da Azərbaycan "Yaşıl dünya naminə həmrəylik ili"ni elan edərək ətraf mühitin qorunmasına və iqlim dəyişikliyi ilə mübarizəyə diqqət çəkib.

Azərbaycan, həmçinin 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək və bu, ölkəmizin ekoloji siyasətini beynəlxalq aləmdə daha da gücləndirmək üçün bir fürsət olacaq. Bu tədbir Azərbaycanın yaşıl enerji, meşə ekosistemlərinin qorunması və tullantıların azaldılması sahələrindəki irəliləyişlərini nümayiş etdirmək üçün bir platforma təmin edəcək.

Bütün bunlar onu deməyə əsas verir ki, dövlətimizin və onun rəhbərinin ekoloji siyasətinə hamılıqla dəstək vermək lazımdır, daha zidd addımlar atıb ölkəmizin nüfuzuna da, vətəndaşlarımızın həyatına da kölgə salıb, xələl gətirmək lazım deyil. Həm də kimliyindən və statusundan asılı olmayaraq.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 May 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see454

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see436

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see419

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see289

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see286

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see270

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see269

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see251

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see244

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see236

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see228

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see221

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see209

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see202

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see197

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see197

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see195

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see189

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see172

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri