Icma.az
close
up
RU
Yaşın çatmır... BMT: Nikaraqua və Banqladeşdəki insanlar Azərbaycandakılardan daha çox yaşayırlar

Yaşın çatmır... BMT: Nikaraqua və Banqladeşdəki insanlar Azərbaycandakılardan daha çox yaşayırlar

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda orta ömür müddətinin zamanla artdığı bildirilir. Rəsmi statistikalarda göstəricinin hələ bir neçə il əvvəl 70-i keçdiyi iddia olunur. Axırıncı dəfə orta ömür müddətinin 74-ə çatdığı açıqlanmışdı. BMT-nin son hesabatında Azərbaycanda orta göstəricinin 74,43 olduğu yazılıb.

Bizimyol.info xəbər verir ki, hesabat bizim ölkənin bu kateqoriyada Nikaraqua və Banqladeş kimi iqtisadiyyatı arzuolunmaz durumda olan dövlətlərdən geri qaldığını ortaya qoyur. Azərbaycan orta ömür müddətinə görə siyahıda 110-cu yerdə qərarlaşıb.

Məsələ təkcə Nikaraquada, Banqladeşdə deyil. Afrikanın bir neçə ölkəsində insanlar bizdən çox yaşayırmış. Halbuki indiyə qədər başqa fikir formalaşıb. Elə bilmişik, Afrikada vəziyyət bizdən xeyli bərbaddır. İndi məlum olur ki, həyat keyfiyyəti baxımından heç də irəlidə deyilik.

BMT-nin hesabatında daha bir maraqlı məqam Azərbaycanda insanların yalnız 6,5 faizinin 80 yaşa çatmasıdır. Bizə məlumdur ki, ölkədə kişilərin 48 faizi heç vaxt pensiya almadan həyatla vidalaşır. Statistikanı az-çox qadınlar qaydasına salır. Üstəlik, böyük əksəriyyət 80 yaşına çatmır.

Siyahıya Honkonq başçılıq edir. Burada insanlar orta hesabla 85,51 il yaşayır. Sonrakı yerləri Yaponiya, Cənubi Koreya, Polineziya, Andorra, İsveçrə, Avstraliya, Sinqapur, İtaliya və İspaniya tutur. Ümumiyyətlə, iqtisadiyyatının inkişafı ilə seçilən dövlətlər yuxarı pillələrdə yer alıb. Məsələn, Şimali Avropanın beş ölkəsi – Norveç, İsveç, İslandiya, Danimarka və Finlandiya ilk 34 ölkənin arasında görünür.

Türkiyə 78-ci yerdədir. Nə qədər qəribə görünsə də, Şri-Lanka, Antiqua və Barbuda, Livan, Kuba, Panama bizim qardaş-qonşu ölkəni də geridə qoyur.

Siyahıda sonuncu pillədə Nigeriyanı görürük. Afrika ölkəsində orta ömür müddəti 54,46-dır. Maraqlıdır ki, Nigeriya da əvvəllər neft ölkəsi kimi tanınıb. İndi gənclər ölkəni mümkün qədər tez tərk etməyə çalışırlar. Burada həyat şəraiti çox aşağıdır.

Ümumiyyətlə, siyahının son 26 pilləsində yalnız Afrika dövlətlərini görmək olur. Lesoto və Çad da autsayderlər qrupundadır.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri