Icma.az
close
up
RU
Yaşlı olmaq insanı məsuliyyətdən azad etmir Rafiq Əliyev

Yaşlı olmaq insanı məsuliyyətdən azad etmir Rafiq Əliyev

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Rafiq Əliyevlə müsahibəni oxucularımıza təqdim edirik.

- Rafiq müəllim, bu yaxınlarda 79 yaşınız tamam oldu. Maraqlıdır, bəzilərinin təqvimdən adi bir gün kimi, bir çoxunun isə əlamətdar tarix kimi qeyd etdiyi doğum günü Sizin üçün nə deməkdir?

- Doğum günü mənim üçün hesabat yox, ruhi vəziyyətdir. Daxili aləmimin həmin an üçün olan vəziyyəti. Heç fikir vermisiz, uşaq vaxtı hamı tez böyüməyə can atır. Elə cavanlıqda da həyatda hər şeyi tez əldə etməyə çalışırıq, sanki zamanla yarışırıq. Həyatın mənasını yalnz yaşa dolanda anlayırıq. Dərk edirik ki, şərt neçə il yaşamaqda yox, necə yaşamaqdadır.

- Çox keşməkeşli həyatınız olub. Bir kənd uşağının şəhərə gəlib kimsənin dəstəyi olmadan akademik həyata atılmağı, qısa müddət ərzində tanınmış ictimai xadimə çevrilməyi  yəqin ki, asan başa gəlməyib...

- Əlbəttə, bu pilləyə gəlib çatanadək çətin sınaqlardan keçmişəm. Amma ən çətini bilirsiniz nə oldu? Qarşıya qoyulmuş hədəflərə doğru özünə sadiq qalaraq addımlamaq. Zamanla hər şey dəyişir - dövr də, cəmiyyət də,  ideologiya da, idarəçilik də... Əsas şərt insanın öz mənəvi dəyərlərinə, öz düşüncələrinə sadiq qalmasıdır. Çünki mənəviyyatı itirmək bu həyatda hər şeyi itirmək deməkdir.

- Siz dinşünas, alim, filosof, eyni zamanda da publisistsiniz. Bunlardan hansı Sizin üçün daha önəmlidir?-

Əlbəttə ki, fəlsəfə. Çünki fəlsəfə sadəcə peşə deyil, həyat tərzidir. Bu elm sahəsi insana cavabdan öncə düzgün sual verməyi öyrədir. Sual düzgün qoyulmayıbsa, ona cavab axtarmaq mənasızdır. Amma təəssüf ki, bugün müasir dünyamız gənclərə “niyə?”, “nə üçün?” soruşmadan hazır cavablarla yaşamağı təbliğ edir.

- Məqalələrinizin əksəriyyəti müasir dövrün təlatümlərinə, qorxulara, qanlı müharibələrə, dərin böhranlara həsr olunub. Yəni bu qədər pessimist insansınz?

- Əsla! Sadəcə realistəm. Pessimizm məsuliyyətdən qaçmaqdır. Yəni özünü düşdüyün quyudan qurtuluşun olmadığına inandırıb acizliyinlə barışmaqdır. Mən isə əksinə, qarşıdakı təhlükələri, baş verə biləcək faciələri öncədən xəbər verib çıxış yolu axtarmağı təbliğ edirəm. Hansısa fəlakətin bizə doğru sürətlə addımladığını görürəmsə, həyəcan keçirməyim normaldır. Əsas bu həyəcanın isterikaya çevrilməməsidir. Mənim məqsədim oxucunu qorxutmadan düşündürməkdir.

- Siczə, bu gün cəmiyyətin əsas xəstəliyi nədir?

- Mənəvi dəyərlərin itirilməsi. Nə qədər acı da olsa, bu bir həqiqətdir ki, bu gün insan üçün müqəddəs heç nə qalmayıb. Adəm övladı iri addımlarla məhvə doğru gedir. Bəşəriyyəti bu fəlakətdən yalnız təhsil, mədəniyyət, əxlaq xilas edə bilər.

- Keçmişə qayıtmaq imkanınız olsaydı, həyatınızda nəyi dəyişərdiniz?

- İnsanlara qarşı daha mülayim, söz seçimində daha diqqətli olardım. Çünki zamanla anlayırsan ki, bəzən söz insanın qəlbini hansısa əməldən daha çox incidir. Həyatımda peşmançılıq keçirdiyim başqa əməllərim olmayıb. Çünki həmişə vicdanla yaşamışam. Vicdan məsələsində heç vaxt heç kimə güzəştə getməmişəm.

- Oxucu auditoriyasının bir qismi də gənclərdən ibarətdir. Onlara nə demək istərdiniz?

- Onlara tələsməməyi tövsiyə edərdim. Həyatla yarışmayın, ondan zövq alın! Hər anın ləzzətini yaşamağa çalışın. Bəzən bir neçə saniyə həyatımızda yaşanılmış illərdən daha dərin iz qoyur. Bir ömür boyu kimsə xoşbəxt olmur. Xoşbəxtlik anlarla yaşanılır. Odur ki, yaşamağı, düşünməyi, maariflənməyi, dinləməyi öyrənin. Fikirlərinizə, mənəvi dəyərlərinizə sadiq qalın. Düşüncələrinizi səbəbsiz qorxulara, mənşəyi bilinməyən ideologiyalara, sizə gəlir mənbəyi kimi baxan dəb “ixtiraçı”larına qurban verməyin. Həyatınızın müəllifi özünüz olun!

- Bəs özünüzə?

- Allah fikir aydınlığımı qorusun. Qorusun ki, ətrafa bundan sonra da faydalı ola bilim. Və əlbəttə ki, həyata marağım itməsin. Çünki insan hansı yaşda olursa olsun, onun arxasınca gələn nəsil qarşısında məsuliyyət daşıyır. Yaşlı olmaq bizi bu məsuliyyətdən azad etmir.

Nigar QULİYEVA
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Fevral 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see718

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see352

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see321

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see287

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see284

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see273

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see262

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see259

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see243

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see226

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see226

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see222

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see222

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see219

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see207

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see206

Türkiyədə serial böhranı: Bir bölümün qiyməti milyonları aşdı, aktyorların qazancı kəsilir

07 Noyabr 2026 19:30see191

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see190

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri