Yaşlı qadın hava limanında səhvən baqaj bölməsinə girdi VİDEO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyada yaşlı qadın səhvən baqaj yoxlanılması bölməsinə düşüb.
Bizim.Media xəbər verir ki, hadisə Rusiyanın Vladiqafqaz hava limanında baş verib.
Hadisə anı müşahidə kameralarına düşüb.
Məlumata görə, Moskvaya uçuş gözləyən qadın gedəcəyi yeri səhv saldığı üçün başına belə bir hadisə gəlib.
Belə ki, yaşlı sərnişin qeydiyyatdan keçdikdən sonra introskopun üzərinə çıxıb və bir müddət çaşqınlıq içində irəliləməyə davam edib. Başı aparatın tavanına dəyən yaşlı qadın lentin üzərində arxası üstə yıxılaraq introskopdan keçib.
Baqaj işçiləri həyəcan siqnalını qaldıraraq qadını sərnişin zonasına qaytarıblar. Qadın hava limanının tibb məntəqəsinə aparılıb və orada həkim müayinəsindən keçib. Onun üzərində ciddi xəsarət aşkarlanmayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 Yanvar 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















