Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Yataqlara zərbələr başladı, region yanır Bu ölkələr batacaq..

Yataqlara zərbələr başladı, region yanır Bu ölkələr batacaq..

Axar.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsi yeni mərhələyə qədəm qoydu. İsrailin İrana məxsus qaz və neft yataqlarına hücumuna Tehran da cavabsız qalmadı. O da Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və digər ərəb ölkələrinin neft və qaz təsislərinə zərbələr endirdi. Nəticə qorxulu oldu. Fars körfəzi tamamilə enerji istehlakçılarına bağlandı.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

“Bəs, dünya neft və qaz nəqlinin 20%-nin keçdiyi Hörmüz boğazının bağlanmasından ən çox itirən və ən çox qazanan kim olacaq?

Bu hücumdan əvvəl İranda belə bir təsəvvür var idi ki, Fars körfəzində neft savaşları başlayarsa, enerji daşıyıcılarının qiyməti 200 dollara qədər qalxacaq. Bahalaşma həqiqətən də oldu, amma İranın umduğu qədər yox. Dünya enerji bazarında bir barrel “Brent” markalı neftin qiyməti 112 dollara qədər qalxıb. Ötən illərdə də bəzi məqamlarda qiymətlərin bu həddə olduğunu nəzərə alsaq, görərik ki, İranın ümidləri özünü doğrultmadı. Xatırladım ki, 2008-ci ildə neftin qiyməti 165 dollara qədər yüksəlmişdi. 2010-2014-cü illərdə isə qiymətlər 90-100 dollar arasında idi. İndiki qiymətlər də təxminən o civardadır. Təbii ki, neftin qiymətinin yüksək olması bütün sənaye ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərəcək. Üçüncü dünya dövlətləri də bundan ciddi şəkildə təsirlənəcəklər. Amma etiraf etməliyik ki, bu qiymət artımı dünyanın çəkə bilməyəcəyi yükə də çevrilməyəcək”, - o bildirib.

Ekspert vurğulayıb ki, Fars körfəzində neft savaşlarının başlaması və Hörmüz boğazının tamamilə bağlanmasından ən çox itirən İranın özü olacaq:

“Böyük ehtimalla enerji müharibəsi nəticəsində İran ən böyük gəlir mənbəyi olan neft bazarını tamamilə əldən verəcək. Bir də bura darmadağın olmuş hasilat təsisatlarını əlavə etsək, cənub qonşumuzun itkilərinin qısa zamanda bərpa olunması mümkün görünmür.

Sözsüz ki, Körfəzin digər ölkələri də neft-qaz müharibələrindən itkisiz çıxmayacaqlar. Amma bu itkilər bərpaolunmaz səviyyəyə yüksəlməyəcək. Ona görə ki, İrandan fərqli olaraq, digər Körfəz ölkələri bu savaşa əvvəlcədən hazırlanmışdılar. Məsələn, Səudiyyə Ərəbistanı 1980-ci illərdə başlayan İran-İraq savaşı dövründə “Petroline” adlanan bir layihə üzərində işləmiş və ölkənin şərqindən Qırmızı dənizə qədər 740 km-lik kəmər çəkmişdi. İlk inşa illərində bu kəmərlə gündə 5 milyon barrel neft daşımaq olardı. Son zamanlar Ər-Riyadın “Petroline” kəmərinin nəql imkanlarını gündəlik 7 milyon barrelə yüksəltdiyi bildirilir. Çünki o, bu illər ərzində boş durmamış, ikinci bir nəqliyyat xəttini də çəkmişdi. Səudiyyə Ərəbistanının Hörmüz boğazı bağlanmamışdan əvvəlki ümumi neft ixracatı gündəlik 10 milyon barrel idi. Bunun da 80-90%-i Hörmüz boğazından keçirdi. Yəni ölkənin Qırmızı dəniz sahillərindəki hasilatı cəmi 10% idi. Belə çıxır ki, Səudiyyə Ərəbistanı Hörmüz boğazından gündəlik 9 milyon barrel neft keçirirdi. “Petroline” kəmərini genişləndirmədən belə hazırda bu həcmin 7 milyonunu yenə Qırmızı dənizə daşıya biləcək. Başqa sözlə, onun neft savaşından itirəcəyi ən pis halda 20% olacaq. Neftin qiymətlərinin 40-50% artdığını nəzərə alsaq, enerji savaşlarından onun karlı çıxacağını təxmin etmək olar.

BƏƏ də başının çarəsinə əvvəlcədən baxan ölkələrdəndir. O da 2008-2012-ci illərdə gündəlik 1,5-1,8 milyon barrel ötürmə qabiliyyətinə malik ADCOP (Abu Dhabi Crude Oil Pipeline) xəttini çəkmiş və Hörmüz boğazından asılılığına son qoymuşdur. Hardasa 400 km uzunluğunda olan bu kəmər BƏƏ-nin gündəlik neft hasilatının (3,4-4,5 milyon barrel) yarısını Hörmüz boğazından keçmədən Oman körfəzi sahillərinə çıxara biləcək. Neft qiymətlərinin artımı onun da zərərlərini kompensasiya edəcək.

Dünyanın ən böyük mayeləşdirilmiş qaz (LNG) istehsalçısı Qətər yəqin ki, uzun müddət istehsalı və satışı dayandıracaq. Amma onun üçün də bu, ciddi problem sayılmır. Zatən dünyanın ən zəngin ölkələrindən olan Qətər enerji qiymətlərini tənzimləmək üçün tez-tez hasilatını tamamilə durdurur. 2.5-3 milyon əhalisi və onun cəmi 10%-i öz vətəndaşı olan Qətərin 300-330 min insanın qarnını doyurmaq, müharibə bitənə qədər onlara gün ağlamaq kimi bir dərdi yoxdur. Eyni sözləri Kuveyt və bizim Babək rayonumuzdan belə balaca olan Bəhreyn üçün də demək olar.

Körfəz ölkələri arasında İrandan sonra ən çox əziyyət çəkən ölkələrdən biri İraq olacaq. Çünki bu ölkə də böyük təbii sərvətlərə malik olsa da, ABŞ-ın yanlış siyasətləri nəticəsində gündəlik neft satışları hesabına ayaqda dura bilir. Amma bu da İsrail və ABŞ üçün ciddi problem hesab olunmur. İrana bağlı “Həşdi-Şabi” kimi qrupların at oynatdığı bu ölkəni də onlar söküb yenidən yığmaq istəyirlər.

Qısası, İranın ayağına güllə sıxmağa bənzəyən bu neft savaşlarının əsas hədəflərindən biri də onun proksi qüvvəsi sayılan İraqdır. Son zamanlar İranın təhrikilə Bağdadda hakimiyyətə gətirilməyə çalışılan Maliki hökumətini də aclıqla sınağa çəkmək ABŞ-ın əsas məqsədlərindən biridir.

Körfəzdəki neft savaşının ikinci ən böyük zərbəsi Asiya ölkələrinə dəyəcək. Xüsusilə Çin, Hindistan, Cənubi Koreya, Yaponiya kimi ölkələrə. Çünki bu ölkələr öz neft tədarüklərinin 70-80 faizinin təminatında Hörmüz boğazından asılıdırlar. ABŞ Prezidenti Donald Tramp məhz bu asılılığı nəzərə alıb onları Hörmüz boğazını işğal etməyə çağırmışdı. Onlar isə necə deyərlər, “quyruq ələ vermək” istəmirdilər. İndi isə neft savaşı nəticəsində sənayelərinin qan damarları boşalacaq və özləri məcburən Hörmüz boğazına müdaxilə etməli olacaqlar.

Fikrimcə, İranın qaz və neft təsisatlarını bombalayan İsrail-ABŞ cütlüyünün də əsas hədəfi bu idi – İranı başqalarının hesabına məğlub etmək.

Körfəz neft savaşından ən az təsirlənən digər tərəf isə Avropa Birliyi ölkələri olacaq. Çünki bu ittifaq öz neft ehtiyacının cəmi 18-20%-ni Fars körfəzindən alır. Bunu isə Rusiyadan neft almaqla kompensasiya edə bilərlər. Hər halda ABŞ Rusiyanın neft ixracına tətbiq etdiyi sanksiyanı bir aylığına ortadan qaldırıb. Hesab edirəm ki, hər ay bu “bir aylıq möhləti” artıra-artıra gedəcək. Beləcə, Tramp hökuməti Rusiyanın “ipini” də öz əlində saxlamağa çalışacaq.

Ukrayna da bu enerji savaşından ən çox itirənlərdən ola bilər. Çünki ABŞ-İsrail cütlüyü bu savaşı çıxarmaqla bir daşla iki quş vurmuş oldu. Yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyanı bir aylıq icazələrlə özünə bağlayan ABŞ bundan sonra daha rahat şəkildə Ukraynadan güzəştlər tələb edəcək. Enerji böhranı ilə üzləşmək istəməyən Avropa ölkələri də arzulamasalar belə, imtahana çəkiləcəklər və bu imtahanda bütün sualların yeganə cavabı olacaq – Rusiya ilə əməkdaşlığa geri dönmək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 Mart 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri