Icma.az
close
up
RU
Yatmazdan əvvəl dərini necə təmizləməlisiniz? Gecə baxım rutini üçün tövsiyələr

Yatmazdan əvvəl dərini necə təmizləməlisiniz? Gecə baxım rutini üçün tövsiyələr

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gün ərzində makiyaj, çirklənmə və stressə məruz qalan dəriniz düzgün qulluq edilmədikdə erkən qocalma əlamətləri göstərə bilər.


Pravda.az bildirir ki, buna görə də, hüceyrələrin yenilənməsi üçün gecə baxımı çox vacibdir.
 


Bəs gecə dərini qorumaq baxımında nələrə diqqət etməlisiniz?

Səhər edilən makiyajı təmizləmək və gün boyu yorulan dərini dincəltmək üçün gecə üz baxımı vacibdir. Dəriyə düzgün qulluq üçün addım-addım təmizləmə, tonik, serum, nəmləndirici, göz kremi və dodaq balzamından istifadə edilməlidir. Həftədə bir dəfə tətbiq edəcəyiniz peeling və gecə maskası isə dəriyə əlavə dəstək verəcəkdir.


1. Dərinin təmizlənməsi

Makiyaj qalıqları dəriyə hoparaq məsamələri tıxaya və nəfəs almasını çətinləşdirə bilər. Buna görə də yatmazdan əvvəl makiyajınızı mütləq təmizləməlisiniz. Dərinin tipinə uyğun təmizləyici gel və ya köpük seçərək dərinizə zərər vermədən onu təmizləyə bilərsiniz.


2. Tonik tətbiqi

Tonik dərinin yağ balansını tənzimləyir və məsamələri sıxlaşdırmağa kömək edir. Bu səbəbdən, dəri tipinizə uyğun toniki gecə rutininizə daxil etməyi unutmayın.


3. Serum istifadəsi

Serumlar gecə ərzində dərinin bərpa olunma və yenilənmə prosesini sürətləndirir. Buna görə də gecə üzə serum tətbiqi mühüm addımlardan biridir.


4. Nəmləndirici

Dərinin sağlam və canlı görünməsi üçün nəm balansını qorumaq vacibdir. Gecə rutininizə uyğun nəmləndirici, yuxu zamanı dəri baryerini gücləndirərək onu dərinləşdirilmiş nəmlə təmin edəcəkdir.


5. Göz ətrafı kremi

Göz ətrafı dərisi çox incə və həssas olduğu üçün nəm balansının qorunmasına ehtiyac duyur. Gecə istifadə edəcəyiniz göz kremi göz ətrafını nəmləndirir və qırışların yaranmasının qarşısını alır.


6. Dodaq nəmləndiricisi

Gün boyu quruyan və canlılığını itirən dodaqlar üçün təbii tərkibli dodaq balzamı istifadə edərək baxımınızı tamamlaya bilərsiniz.


Peeling və maska


Xatırlatma: Ölü dəri hüceyrələrini təmizləmək və hamar, canlı görünüş əldə etmək üçün həftədə bir və ya iki dəfə peeling edə bilərsiniz. Peeling tətbiq etmək istəmirsinizsə, dəri tipinizə uyğun gecə maskasından istifadə edərək quru bölgələri yumşalda və dərini daha parlaq hala gətirə bilərsiniz.
 

Yastıq üzlərinə diqqət edin


Eyni zamanda çirk və tozu özündə toplayan yastıq üzlüklərinizi mütəmadi olaraq dəyişmək və yumaq dəri sağlamlığınız üçün vacibdir.
Əminə Bayramova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Mart 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see190

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see122

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see115

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see115

Maskın təklifi

08 İyun 2025 04:23see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112

Ozempic qeyri adi bir yan təsirə malikdir..?

07 İyun 2025 23:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri