Icma.az
close
up
RU
Yatmazdan əvvəlki bu vərdiş ürək xəstəliyinə səbəb ola bilər (TƏDQİQAT)

Yatmazdan əvvəlki bu vərdiş ürək xəstəliyinə səbəb ola bilər (TƏDQİQAT)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yatmazdan əvvəl dişləri fırçalamamaq kiçik məsələ kimi görünə bilər, lakin araşdırmalar göstərir ki, bu, yalnız diş sağlamlığına deyil, ümumi sağlamlığa da təsir edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, "European Heart Journal” jurnalında dərc olunan məqalədə qeyd olunur ki, ağız boşluğunun zəif gigiyenası, xüsusilə də diş ətlərinin qanaması ilə müşayiət olunan gingivit və ya diş ətrafı toxumaların iltihabı olan periodontit ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilir.

"Scientific Reports” jurnalında dərc olunan digər araşdırmaya əsasən, gecə yatmazdan əvvəl dişlərini fırçalayan insanların ürək-damar sağlamlığı göstəriciləri bunu etməyənlərlə müqayisədə daha yaxşı olur.

Bundan əlavə, "MDPI” platformasında yayımlanan tədqiqat göstərir ki, dişlərin tez-tez fırçalanması və ümumilikdə yaxşı ağız gigiyenası daha aşağı kardiometabolik risk və ölüm göstəriciləri ilə əlaqəlidir.

"Geniş yayılmış və təhlükəli miflərdən biri ağız sağlamlığı ilə ümumi sağlamlığın ayrı-ayrı nəzərdən keçirilə biləcəyidir. Ağız boşluğu orqanizmin bir hissəsidir və diş ətlərində xroniki iltihab olduqda problem lokal qalmır”, – stomatoloq Fadi Svaida bildirib.

Məqalədə vurğulanır ki, yatmazdan əvvəl dişlərin fırçalanmaması xüsusilə vacibdir, çünki yuxu zamanı ağız boşluğunda baş verən proseslər risk yaradır. Belə ki, insan yatarkən tüpürcək ifrazı azalır və bu, bakteriyaların və diş ərpinin dişlərdə və diş ətlərində daha uzun müddət qalmasına şərait yaradır.

Nəticədə zamanla diş əti problemləri yarana bilər ki, bunlar damar iltihabı və ürək xəstəlikləri riski ilə əlaqələndirilir.

"Pis ağız gigiyenası ilə ürək-damar xəstəlikləri arasında əlaqəni təsdiqləyən ciddi sübutlar var. Araşdırmalar xüsusilə axşam diş fırçalanmasının buraxılmasının əhəmiyyətli olduğunu göstərir”, deyə stomatoloq Sandeep Saçar qeyd edib.

Alimlərin fikrincə, bu əlaqə iltihabi proseslər və bakteriyaların ağız boşluğundan qan dövranına keçməsi ilə izah oluna bilər. Bu bakteriyalar damarların və digər orqanların iltihabına səbəb ola bilər.

"Kardioloji risk faktorları kimi, gecə diş fırçalamağa da eyni ciddiliklə yanaşmaq lazımdır. Yüksək qan təzyiqi və ya diabet necə risk yaradırsa, bu da fərqli deyil”, deyə kardioloq Vahac Aman bildirib.

Eyni zamanda, səhər diş fırçalamaq da ağız sağlamlığı üçün vacibdir, lakin bu, axşam fırçalamanın buraxılmasını tam kompensasiya etmir.

"Dişləri səhər fırçalamaq ağız qoxusunu yaxşılaşdırır və gecə yaranmış ərpi təmizləyir, lakin yuxu zamanı tüpürcək ifrazının azalması səbəbindən dişləri və diş ətlərini qorumaq üçün kifayət deyil”, deyə Saçar əlavə edib.

Bundan başqa, "European Journal of Preventive Cardiology” jurnalında yayımlanan araşdırma göstərir ki, dişləri gündə üç və ya daha çox dəfə fırçalamaq 10,5 illik müşahidə dövründə ürək çatışmazlığı və qulaqcıq fibrillyasiyası riskinin azalması ilə əlaqələndirilir.

Həmçinin, dişlərin müntəzəm peşəkar təmizlənməsi də ürək çatışmazlığı riskinin azalması ilə əlaqələndirilib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Aprel 2026 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri