Yavuz Bingöl səhhəti pisləşdi:Təcili əməliyyat olunacaq
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyəli müğənni Yavuz Bingöl səhhətində yaranan problem səbəbindən konsertini ləğv edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında yayımladığı videoda məlumat verib. O, Malatyada keçirilməsi planlaşdırılan konsertə qatıla bilməyəcəyini açıqlayıb.
"Əziz malatyalı həmyerlilərim, səhhətimlə bağlı səbəblərə görə sabahkı konsertdə iştirak edə bilməyəcəyəm. İnşallah, bunu başqa vaxt kompensasiya edəcəyik. Bazar ertəsi təcili əməliyyat olunmalıyam. Həkimim təyyarəyə minməyimə icazə vermədi. Qarşıdakı aylarda yenidən görüşmək ümidi ilə" deyə, Bingöl bildirib.
61 yaşlı sənətçi hansı sağlamlıq problemi yaşadığını və keçiriləcək əməliyyatın səbəbini açıqlamayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 18 İyul 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















