Icma.az
close
up
RU
Yaxın 3 ildə avrokuboklarda qrupa düşməyi hədəfləyirik Ehtiram Quliyev

Yaxın 3 ildə avrokuboklarda qrupa düşməyi hədəfləyirik Ehtiram Quliyev

Icma.az, Qol.az saytına istinadən bildirir.

Bu gün Kürdəxanı qəsəbəsində inşası davam edən Hünər təlim-məşq bazasının istismara hazır olan təbii örtüklü meydançasının açılış mərasimi keçirilib. Açılış mərasimindən sonra "Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərə açıqlama verib.

QOL.az "Report"a istinadən xəbər verir ki, o deyib: "Bir çox klublar "Turan Tovuz"un Kürdəxanıdakı təlim-məşq bazasından faydalana biləcək, bura onların da istismarına veriləcək".

O, bu addımın klubun gələcəyi baxımından önəmli olduğunu söyləyib: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir. İki meydan və otel kompleksi nəzərdə tutulub. Həmçinin bu ilin yayında Tovuzda meydançaların salınmasına başlayacağıq". 

Klub rəhbəri Tovuz şəhər stadionunun örtüyünün daxili imkanlar hesabına dəyişdiriləcəyini vurğulayıb:

"Tovuzdakı stadionun örtüyünü təbii edəcəyik. Bu, şəxsi vəsaitimiz hesabına olacaq. Dəstək üçün müraciət etmişdik. AFFA-nın görüləcək işləri çoxdur. Starteji planlar açıqlandıqdan sonra bizə heç nə deyilmədi. Ona görə də daxili imkanlar hesabına bu işi görəcəyik".

O, Tovuz klubunun gələcəklə bağlı planları barədə də danışıb:

"Biz həmişə Tovuzdayıq. Komanda gedib-gəlir. Yayda meydançalar salmağa başlayacağıq. Azarkeşlər komandanı Tovuzda görəcəklər. Haqlı olaraq sual verə bilərsiniz ki, meydançanı niyə Tovuzda tikməmisiniz? Çünki Tovuzdakı əsas meydanın ot örtüyü sünidir. Bütün yaş qrupları orada məşq edir. Tovuzda bizə bir neçə meydança lazımdır. Yayda meydançaları mərhələli şəkildə salacağıq. Layihə tam bitdikdən sonra komanda yaxın illərdə tam olaraq Tovuzda məskunlaşacaq".

E.Quliyev onu da deyib ki, yaxın 3 ildə avrokuboklarda pley-off mərhələsinə qədər irəliləməyi, mümkünsə, qruplara düşməyi hədəfləyirlər.

O, avrokuboklarda nailiyyətlər əldə etmək istədiklərini vurğulayıb: "Yaxın 3 ildə avrokuboklarda pley-off mərhələsinə qədər irəliləməyi, mümkünsə, qrupa düşməyi hədəfləyirik. Maddi-texniki bazamız o qədər geniş deyil. Tovuzdakı kompleksə və burada gördüyünüz bazaya çox böyük maddi vəsait xərclənib. Dayanıqlı inkişaf yolunu seçmişik. Hədəflərimizə doğru addım-addım irəliləyəcəyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 Aprel 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri