Icma.az
close
up
RU
Yaxın aylarda gerçəkləşməyə başlayacaq PROQNOZLAR

Yaxın aylarda gerçəkləşməyə başlayacaq PROQNOZLAR

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İNSANLAR ÖZ ÜZƏRLƏRİNDƏ İŞLƏMƏYİ DAYANDIRACAQ – ÖZÜNÜ-TƏKMİLLƏŞDİRMƏ DÖVRÜNÜN SONU

2026 “özünü düzəltmək” dövrünü bağlayır. İnsanlar travmalarını didik-didik etməyi, ağrının səbəbini sonsuz axtarmağı, uşaqlıq illərini təhlil etməyi dayandıracaqlar.

Yeni mərhələ başlayır: insan artıq düzəldilməli bir layihə olmayacaq. O, açılmalı olan bir hal (vəziyyət) olacaq. Bunu anlayanlar dərhal yeni reallıq qoluna keçəcəklər.

ARZULAR NECƏ GERÇƏKLƏŞƏCƏK

Arzular artıq mübarizə, manifestasiya, vizuallaşdırma yolu ilə reallaşmayacaq.

Yeni prinsip işə düşəcək: əgər arzu ruhdan gəlirsə, reallıq ona saatlar içində körpü quracaq. Əgər eqodan doğursa, ideal şərtlər olsa belə, maddiləşə bilməyəcək.

Dünya artıq insanı kiçildən arzuları dəstəkləməyəcək. Yalnız insanı açan, genişləndirən arzular reallaşacaq. İcra texnikanın nəticəsi yox, həqiqi halın (daxili uyğunluğun) nəticəsi olacaq.

ZAMAN İTƏCƏK

Sən fərq edəcəksən: bəzi günlər dəqiqələr kimi keçəcək, bəziləri isə iki həyat qədər uzun olacaq. Zaman koordinat oxu kimi sönməyə başlayacaq. Beyində zaman axınını müşahidə edən o hissə – “indi” və “sonra” anlayışını diktə edən qıvrım – tükənəcək.

Bəzi dəqiqə və ya günlərin dövrə düşməsi təcrübələri yaşanacaq; elə bil ki, eyni anı geriyə doğru bir neçə dəfə yaşayırsan.

Anın içində iştirak olmayan yerlər dərhal yaşanıb keçəcək, halbuki beyin xatırlayacaq ki, əvvəllər bu hərəkət zaman alırdı.

İNSANLAR HƏYATA YENİ VERSİYALARDA QAYIDACAQLAR

2026-da böyük qayıdışlar başlayacaq. İtənlər geri dönəcək. Gedənlər yazacaq. Alınmayan münasibətlər yenidən ortaya çıxacaq.

Amma təəccüblüsü budur: qayıdanlar insanların yeni versiyaları olacaq. Köhnə hekayəni davam etdirmək üçün yox, sanki keçmiş heç olmayıbmış kimi, yeni bir xətt üçün. Bu normaya çevriləcək: yenidən görüşmək, yenidən seçmək, yenidən yaratmaq.

FƏALİYYƏT İSTİQAMƏTLƏRİ KƏSKİN DƏYİŞƏCƏK

2026-da çoxları hiss edəcək ki, əvvəlki işi, nişası, missiyası sadəcə qopub gedib. Nə ciddi böhran, nə də yanma hissi – sadəcə bitib.

YENİ FENOMEN yaranacaq: çağırış (missiya) axtarışla yox, rezonansla gələcək. Minlərlə insan bir il əvvəl ağlına belə gətirmədiyi istiqamətlərə dönəcək.

HAZIRLIQSIZ REALLIQ QOLLARININ DƏYİŞMƏSİ

Həyatın bir sutkaya dəyişə bilər. 2026-da taleyin dəyişməsi ani olacaq. Xəbərdarlıq və “hazırlıq mərhələləri” olmadan. Reallıq sanki təkamülünü sürətləndirirmiş kimi həyat qollarını sürətlə çevirəcək.

Bir vəziyyətdə yatıb, başqa bir həyat xəttində oyanacaqsan. Bu, ruhun yeni sürəti olacaq və artıq hazır olmaq tələb olunmayacaq.

YENİ MATRİSA YÜKLƏNİR

Matris artıq “reallıq” adı altında gizlənməyəcək. 2026-da dünyanın holoqrafik təbiəti gizli qalmayacaq.

Dekorasiyalar o qədər sürətlə dəyişəcək ki, “xarici” dünyanın bərk strukturdan çox, təxəyyül məhsulu olduğunu görməmək mümkün olmayacaq.

Dünya şüurunun aktiv proyeksiyasına çevriləcək, məkanlar isə oyundakı səhnələr kimi dəyişəcək. “Mənim təsəvvür etdiyim” ilə “baş verən” arasındakı sərhəd yox olacaq. Minlərlə insan ilk dəfə anlayacaq: xarici reallıq maddiləşən təsəvvürdür.

KÖHNƏ DÜNYADA QALMAQ MÜMKÜN OLMAYACAQ – HƏTTA İRADƏ İLƏ DƏ

İstəsən də, rahat olsa da, yeniyə keçmək qorxulu olsa da, sahələr açılacaq. Hər kəs öz həqiqi uyğunluğuna doğru aparılacaq. Roluna yox, qorxusuna yox, gözləntilərə yox, öz saf tezliyinə.

“Həyat sıçrayışa hazırlaşır” hissi olanlar yanılmayıblar. 2025 qırılma ili idi. 2026 isə hər şeyin nə üçün dağıldığını göstərən il olacaq. Və bəli, gələcək ilk dəfə nə ən güclülərə, nə də ən ağıllılara məxsus olacaq.

Gələcək öz daxili ahəngi ilə uyğunlaşanlara məxsus olacaq.

Nataliya Melniçenko

Tərcümə etdi: Rəsmiyyə Şərifova,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Yanvar 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri