Yaxın Şərq böhranı Hörmüz boğazının geostrateji əhəmiyyətini üzə çıxardı Səfir
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bunu İranın Türkmənistana təyin olunmuş səfiri Əli Möctəba Ruzbehani bildirib.
“Hörmüz boğazı ənənəvi olaraq dünya iqtisadiyyatının ən mühüm arteriyalarından biri hesab olunur. Lakin son hadisələr göstərdi ki, onun əhəmiyyəti təkcə iqtisadi deyil, həm də dərin geostrateji xarakter daşıyır. Bu düyün nöqtəsinin son hadisələr zamanı oynadığı rol bir daha sübut etdi ki, coğrafiya milli iradə və potensialla birləşdikdə beynəlxalq sistemdə əsas güc faktorlarından birinə çevrilir”, – deyə diplomat İran səfirliyinin mətbuat xidmətinə istinadən bildirib.
Ruzbehani həmçinin qeyd edib ki, hazırda çəkindirmə (saxlama və ya deterrensiya) anlayışı da transformasiya mərhələsindən keçir. Onun sözlərinə görə, bu konsepsiya artıq yalnız hərbi güc və sərt güc balansı ilə izah oluna bilməz.
“Bu gün o, texnoloji potensialdan və strateji imkanlardan tutmuş sosial həmrəyliyə, insan kapitalına və milli dayanıqlığa qədər bir çox amilləri özündə birləşdirir. Bu yenidən dəyərləndirmə gücün klassik anlayışından daha mürəkkəb və çoxölçülü modelə keçidi əks etdirir, burada yumşaq və sərt elementlər sıx şəkildə bir-biri ilə əlaqəlidir”, – deyə səfir vurğulayıb.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 11 May 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















