Avropa avtomobillərinə rüsum tətbiqi təxirə salındı
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından avtomobil idxalına görə yeni rüsumların tətbiqini iyulun 4-dək təxirə salıb.
Avtosfer.az xəbər verir ki, Ağ ev rəhbəri bu açıqlamanı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə telefon danışığından sonra yayıb.
Şotlandiyada imzalanmış ticarət razılaşmasını xatırladan Birləşmiş Ştatlar prezidenti qeyd edib ki, Avropa İttifaqı öhdəliyə uyğun olaraq tarifləri sıfra endirməyi vəd edib. Donald Tramp Avropa İttifaqına iyulun 4-dək vaxt verməyə razılaşıb.
Xatırladaq ki, mayın 1-də Tramp Avropa İttifaqından ABŞ-yə gətirilən minik və yük avtomobilləri üçün gömrük rüsumlarının 15%-dən 25%-dək qaldırılacağı ilə bağlı xəbərdarlıq etmişdi.
Ağ ev rəhbəri bunu Avropa İttifaqının Şotlandiyada əldə olunmuş razılaşmaya əməl etməməsi ilə əlaqələndirmişdi.
Vüqar
Baxış sayı:151
Bu xəbər 11 May 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















