Yaxın Şərq gərginliyi fonunda Bitkoin 70 min dolları keçdi
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Yaxın Şərqdə artan gərginlik və qlobal bazarlardakı qeyri-müəyyənlik fonunda Bitkoin yenidən güclənərək 70 min dolların üzərində sabitləşib.
Banco.az xəbər verir ki, çərşənbə günü təxminən 8% bahalaşan Bitkoin növbəti gün 1,4%-ə qədər geriləsə də, yüksək səviyyəsini qoruyub.
Ekspertlər hesab edir ki, geosiyasi risklərin artması investorların alternativ aktivlərə marağını artırır.
Makroiqtisadi qeyri-müəyyənlik və Yaxın Şərqdə münaqişələrin dərinləşməsi bazarların maliyyə şərtlərinin zəifləyəcəyi ilə bağlı gözləntilərini gücləndirir.
Bitkoin adətən likvidliklə bağlı gözləntilər dəyişdikdə daha kəskin reaksiya verir və hazırda bazarda müşahidə olunan güclənmə də bununla əlaqədardır.
Baxış sayı:133
Bu xəbər 05 Mart 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















