Icma.az
close
up
RU
Yaxın Şərq münaqişəsi qlobal əmtəə bazarlarında təlatüm yaradıb

Yaxın Şərq münaqişəsi qlobal əmtəə bazarlarında təlatüm yaradıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Enerji qiymətlərində 24 faizlik artım proqnozlaşdırılır

Yaxın Şərqdə davam edən gərginlik, Hörmüz boğazının blokadaya alınması və ABŞ/İsrail ilə İran arasında müharibənin yenidən alovlanması ehtimalı fonunda dünya birjalarında neftin qiymət artımı davam edir.

Mayın 18-nə olan məlumata görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,88 dollar artaraq 111,14 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,21 dollar artaraq 107,63 dollar təşkil edib.

Enerji bazarındakı bu dinamika təkcə neftlə bitməyib. Eyni dövrdə təbii qaz bazarında da bahalaşma qeydə alınıb. Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. 2026-cı ilin iyun ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 milyon BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2,28 faiz artaraq 2,96 ABŞ dolları təşkil edib.

Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, regiondakı hərbi-siyasi eskalasiya davam etdikcə, enerji bazarlarında qiymət təzyiqi də güclənəcək. Bu kontekstdə Aberdin Universitetinin baş iqtisadçısı Pol Diqlin açıqlamaları xüsusilə diqqət çəkir. O, Brent neftinin bir barel qiymətinin 180 dollara qədər yüksələ biləcəyi ssenarisinin araşdırıldığını bildirir və bunun Avropa ilə Asiyada ciddi inflyasiya və iqtisadi tənəzzül riski yaratdığını qeyd edir.

Bu proqnozlar beynəlxalq institutların hesabatları ilə də üst-üstə düşür. Dünya Bankı Qrupunun son “Əmtəə Bazarlarına Baxış” hesabatına əsasən, Yaxın Şərqdə davam edən müharibənin qlobal əmtəə bazarlarında yaratdığı ciddi təlatüm fonunda enerji qiymətlərinin bu il 24 faiz artaraq, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ən yüksək səviyyəyə yüksələcəyi proqnozlaşdırılır. Hesabatda bildirilir ki, enerji və gübrə qiymətlərindəki kəskin bahalaşma, eləcə də bir sıra strateji metallarda rekord qiymətlərin təsiri ilə ümumi əmtəə qiymətləri 2026-cı ildə 16 faiz arta bilər.

Bu ümumi mənzərə fonunda beynəlxalq media qurumları da enerji bazarındakı riskləri daha kəskin şəkildə qiymətləndirir. "Financial Times" yazır ki, İranla bağlı vəziyyətə görə qlobal enerji böhranı yeni mərhələyə qədəm qoyur. Qurumun məlumatına görə, münaqişənin yaratdığı enerji böhranının yeni və daha təhlükəli mərhələsinə qədəm qoyduğu bir vaxtda təxminən 80 ölkə iqtisadiyyatlarını qorumaq üçün təcili tədbirlər tətbiq edib. Yayın əvvəlində Şimal yarımkürəsində kondisionerlərə və istirahət səyahətlərinə artan tələbat xam neft, benzin, dizel və reaktiv yanacaq tədarükünə əlavə təzyiq göstərəcək.

Hörmüz boğazında boğulma

Qeyd edək ki, Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginliyin əsas episentrlərindən biri olan Hörmüz boğazı ətrafında vəziyyət kritik olaraq qalır. Dünyanın ən mühüm enerji nəqli marşrutlarından biri hesab edilən bu strateji boğazda kommersiya gəmiçiliyi əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə məhdudlaşıb və beynəlxalq bazarlarda narahatlıq artmaqdadır. Mövcud vəziyyətə görə, boğaz tamamilə bağlanmasa da, əvvəlki kimi sərbəst fəaliyyət göstərmir.

İranın bölgədə tətbiq etdiyi selektiv nəzarət rejimi nəticəsində bəzi yük və tanker gəmilərinin keçidi xüsusi razılaşmalar əsasında həyata keçirilir. Tehran bu addımı ABŞ və müttəfiqlərinin İrana qarşı tətbiq etdiyi iqtisadi və logistika təzyiqlərinə cavab tədbiri kimi əsaslandırır. Hazırda bəzi gəmilər boğazdan keçə bilsə də, bu göstərici müharibədən əvvəlki gündəlik orta hesabla 136 gəmi səviyyəsindən xeyli aşağıdır.

Belə olduğu halda, qlobal neft ehtiyatlarının tədricən azalması müşahidə olunur. Analitiklərin hesablamalarına görə, mövcud vəziyyət davam edərsə, may ayının sonunadək dünya bazarında təxminən 1 milyard barel xam neft itkisi qeydə alına bilər.

Regionda yaranmış qeyri-müəyyənlik dəniz daşımaları sektoruna da ciddi təsir göstərib. Beynəlxalq sığorta şirkətləri Hörmüz boğazından keçən tanker və yük gəmiləri üçün müharibə riskinə görə sığorta haqlarını əhəmiyyətli dərəcədə artırıb. Nəticədə bir sıra iri logistika və enerji şirkətləri alternativ marşrutlara, xüsusilə Afrikanın cənubundan keçən daha uzun dəniz yollarına üstünlük verməyə başlayıb. Ekspertlərin fikrincə, ABŞ və İran arasında diplomatik təmasların davam etməsinə baxmayaraq, tərəflərin Hörmüz boğazı ilə bağlı ortaq mövqeyə gəlməməsi bu strateji keçidin yaxın müddətdə də qlobal risk mərkəzlərindən biri olaraq qalacağını göstərir.

Vaşinqton Tehrana inanmır

ABŞ və İran arasında Yaxın Şərqlə bağlı son açıqlamalar daha çox gərgin ritorika və diplomatik təmaslarla davam edir. Ümumilikdə tərəflərin hələlik ortaq razılığa gələ bilməməsi regionda onsuz da yüksək olan gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirir. ABŞ-ın İrana qarşı irəli sürdüyü əsas tələblər Yaxın Şərqdə artan gərginlik fonunda daha da sərtləşib. Vaşinqtonun mövqeyinə görə, Tehran regionda hərbi aktivliyini məhdudlaşdırmalı, eskalasiyanı dayandırmalıdır. ABŞ həmçinin İranın regionda sabitliyi pozan addımlardan geri çəkilməsini və dəniz ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz ətrafında təhlükəsizlik risklərini minimuma endirməsini tələb edir. Eyni zamanda, Vaşinqton uzunmüddətli perspektivdə İranın nüvə proqramı ilə bağlı daha sərt nəzarət mexanizmlərinə razılaşmasını və beynəlxalq monitorinq çərçivəsində fəaliyyət göstərməsini vacib sayır. ABŞ administrasiyası bildirir ki, gərginliyin azaldılması üçün Tehran ya yeni şərtlərlə diplomatik danışıqlara qayıtmalı, ya da mövcud sanksiya və təzyiq siyasəti ilə üzləşməyə davam etməlidir. Bu xəttin davamı olaraq ABŞ Maliyyə Naziri Skott Bessent də G7 ölkələrini İrana qarşı sanksiya rejiminin sərtləşdirilməsinə çağıracağını açıqlayıb. Vaşinqton hesab edir ki, Tehranın regional hərbi fəaliyyətlərini məhdudlaşdırmağın əsas yollarından biri onun maliyyə resurslarını zəiflətməkdir.

Tehran isə ABŞ-ın əvvəlki təklifini qəbul etməsə də, vasitəçilər üzərindən Vaşinqtona yenilənmiş sülh planı təqdim edib. Pakistanlı mənbənin “Reuters”ə verdiyi məlumata görə, İslamabad İranın Yaxın Şərqdə davam edən münaqişənin dayandırılması məqsədilə hazırladığı bu yenilənmiş təklifi ABŞ tərəfinə çatdırıb. Bu proses sülh danışıqlarının dalana dirəndiyi bir mərhələdə baş verib.

Mənbə bildirib ki, tərəflər arasında mövqelərin yaxınlaşdırılması getdikcə çətinləşir və “çox vaxtımız yoxdur” ifadəsi ilə vəziyyətin təcili xarakter daşıdığı vurğulanıb. Onun sözlərinə görə, həm İran, həm də ABŞ danışıqlar prosesində tez-tez tələblərini dəyişdiyindən, razılaşma imkanları daha da mürəkkəbləşir.

Ümumilikdə, Tehran tərəfinin diplomatik kanalları açıq saxlaması onun danışıqlardan tam geri çəkilmədiyini göstərir. Amma Hörmüz boğazı üzərində suverenlik mövqeyindən geri addım atılmaması gərginliyi artıran əsas amillərdən biri olaraq qalır. Tərəflər arasında diplomatik təmasların davam etməsi müsbət siqnal sayılsa da, ortaq razılaşmanın əldə olunmaması Yaxın Şərqdə yeni hərbi eskalasiya riskini gündəmdə saxlayır. Xüsusilə Hörmüz boğazı ətrafında davam edən qarşıdurma qlobal enerji bazarları üçün əsas risk faktorlarındandır.

Musa BAĞIRLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 May 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri