Icma.az
close
up
RU
Yaxın Şərq savaşı böyüyür: Çin artıq meydanda

Yaxın Şərq savaşı böyüyür: Çin artıq meydanda

Icma.az bildirir, Olke.az portalına istinadən.

ABŞ–İsrail–İran müharibəsi: Pekinin “səssiz güc”dən necə aktiv qlobal oyunçuya çevrildi.
ABŞ–İsrail–İran müharibəsi təkcə Yaxın Şərqdə yeni hərbi eskalasiya deyil, həm də qlobal güc balansının yenidən qurulduğu yeni geosiyasi mərhələnin başlanğıcıdır. Bu münaqişəni əvvəlki regional savaşlardan fərqləndirən əsas məqamlardan biri isə Çinin artıq kənardan izləyən iqtisadi güc yox, aktiv geosiyasi aktor kimi önə çıxmasıdır.

Əvvəlki böhranlarda Pekin əsasən iqtisadi maraqlarını diplomatik kanallarla qorumağa çalışır, hərbi-siyasi proseslərdə isə daha çox arxa planda qalırdı. Rusiya–Ukrayna müharibəsində də Çin mühüm iqtisadi və diplomatik dayaqlardan biri olsa da, prosesin əsas qarşıdurma oxu Moskva ilə Vaşinqton arasında formalaşmışdı.

İran böhranında isə vəziyyət fərqlidir.
Bu dəfə Pekin “səssiz güc” statusundan çıxaraq öz qlobal ticarət arteriyalarını, enerji təhlükəsizliyini və dəniz nəqliyyatı marşrutlarını qorumaq üçün daha fəal siyasi-strateji davranış nümayiş etdirir. Xüsusilə Hörmüz boğazında Çinlə əlaqəli gəmilərin hərəkətinin dayanması Pekinin bu savaşda artıq birbaşa iqtisadi risklərlə üzləşdiyini göstərir. Reuters-in son məlumatına görə, Çin konteyner gəmilərinin Hörmüzdən çıxış cəhdlərinin dayanması bu risklərin nə qədər real olduğunu açıq göstərir. 

Pekinin əsas narahatlığı: dəniz dəhlizlərinin daralması
Çin üçün Yaxın Şərq sadəcə enerji mənbəyi deyil, həm də Bir Kəmər, Bir Yol strategiyasının ən kritik tranzit mərkəzidir.
Rusiya–Ukrayna müharibəsində Pekinin Qərbə çıxış üçün alternativ quru və dəniz marşrutları daha geniş idi. Lakin ABŞ–İsrail–İran müharibəsi fonunda Cənub dəhlizi, Hörmüz boğazı, Bab əl-Məndəb və Süveyş xətti üzrə eyni vaxtda risklərin artması Çini ciddi strateji təzyiq altına salır. Hazırda həm Hörmüz, həm də Qırmızı dəniz istiqamətində paralel təhdidlər qlobal təchizat zəncirində görünməmiş “ikili boğaz böhranı” yaradıb. 
Bu, Pekin üçün sadəcə logistika problemi deyil.
Bu, qlobal ixrac modelinin, Avropa bazarlarına çıxışın və Afrika–Yaxın Şərq iqtisadi platformasında mövqelərin qorunması məsələsidir.

Yaxın Şərq və Afrika: Pekinin iqtisadi nəfəs borusu
Çinin son illərdə Yaxın Şərq və Afrikaya yönəltdiyi iri investisiyalar onu bu coğrafiyada birbaşa maraqlı tərəfə çevirib.
Enerji, liman infrastrukturu, logistika, telekommunikasiya və sənaye zonalarına yatırılan milyardlarla dollar Pekinin bu bazarlardan geri çəkilməsini mümkünsüz edir. Məhz buna görə Çin Qırmızı dəniz, Ədən körfəzi, Bab əl-Məndəb və Körfəz hövzəsində sabitliyin pozulmasını öz milli iqtisadi təhlükəsizliyi üçün birbaşa təhdid kimi qiymətləndirir.
Bab əl-Məndəbdə mümkün gərginlik artıq qlobal neft və konteyner daşımalarına ciddi təsir göstərir. Son günlər Husilərin aktivləşməsi ilə bu xəttdə risk daha da yüksəlib. 

Dəniz ticarətində qiymət şoku və Pekinin reaksiyası
Müharibənin yeni cəbhələrə yayılması qlobal yükdaşıma bazarında qiymət təzyiqini artırır.
“Drewry World Container Index”-in son həftədə yenidən yüksəlməsi göstərir ki, bazar artıq riskləri tariflərə daxil edir. 
Ən kritik məqam isə budur:
Süveyş–Bab əl-Məndəb–Hörmüz xəttində eyni vaxtda pozuntu yaranarsa, Çin–Avropa marşrutları ciddi bahalaşacaq, tranzit müddəti uzanacaq və Pekinin ixrac üstünlüyü zəifləyəcək. Bu, Pekinin qlobal istehsal və ixrac modelinə birbaşa zərbədir.

Panama kanalı və yeni geoiqtisadi cəbhə
Maraqlıdır ki, Çin eyni vaxtda yalnız Yaxın Şərqdə deyil, Panama kanalı və Karib hövzəsində də geoiqtisadi mövqelərini qorumağa çalışır.
Panama kanalı qlobal ticarətin təxminən 6%-ni daşıyan əsas arteriyalardan biridir və ABŞ üçün xüsusi strateji əhəmiyyət daşıyır. Yaxın Şərqdə dəniz xətlərinin riskə düşməsi fonunda Panama marşrutunun əhəmiyyəti daha da artır. Bu isə Vaşinqton–Pekin rəqabətini yeni dəniz cəbhələrinə daşıyır.

Vaşinqtonun strateji məqsədi: Pekini geri oturtmaq
Məhz bu fonda ABŞ–İsrail–İran müharibəsinin görünməyən geosiyasi qatlarından biri də Pekinin qlobal oyunçu rolunu məhdudlaşdırmaq cəhdidir.
Ağ Ev üçün əsas sistem rəqibi artıq Moskva deyil, məhz Pekindir.
Vaşinqton yaxşı anlayır ki, Çin enerji marşrutları, boğazlar və dəniz dəhlizləri üzərində daha çox təsir əldə etdikcə, onun qlobal gücü yalnız iqtisadi yox, strateji xarakter alacaq.
Bu səbəbdən İran ətrafında yaranan böhran həm də Pekinin dəniz logistikası üzərində artan təsirini sıxışdırmaq, onu icazəli tranzit aktoruna çevirmək və geosiyasi manevr imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Baş verənlər göstərir ki, ABŞ–İsrail–İran müharibəsi artıq regional münaqişə çərçivəsindən çıxıb.

Bu savaş Yaxın Şərqin gələcəyini, qlobal enerji axınlarını, dəniz ticarəti marşrutlarını, Çin–ABŞ rəqabətinin yeni mərhələsini müəyyənləşdirir. 
Ən mühüm nəticə isə Pekin artıq qlobal iqtisadi nəhəng olmaqla kifayətlənmir, öz marşrutlarını qorumaq üçün sərt geosiyasi oyunun birbaşa iştirakçısına çevrilməsidir.
İran savaşı Çinin bu transformasiyasını bütün çılpaqlığı ilə ortaya çıxardı.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Mart 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri