Icma.az
close
up
RU
Yaxın Şərqdə daha bir eranın SONU

Yaxın Şərqdə daha bir eranın SONU

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Suriyada hakimiyyətə gələn qüvvələr ölkədə siyasi partiyaların fəaliyyətini qadağan edib. 

Modern.az-ın məlumatına görə, sabiq prezident Bəşər Əsədin rəhbərlik etdiyi Bəəs partiyasının da fəaliyyəti dayandırılıb.

"Şərqə baxış" analitik platforması Bəəsin ləğv olunmasını Yaxın Şərqdə bir eranın sonu hesab edir:

"Bəəs ideologiyası millətçiliyin zirvədə olduğu İkinci Dünya müharibəsi dövründə suriyalı intellektuallar tərəfindən ortaya atılmış, sekulyar ərəb millətçiliyi və sosializmin qəribə sintezi ilə təkmilləşdirilmiş və ötən əsrin ikinci yarısında Ərəb siyasətində dominantlıq etmişdi. Bütün ərəbləri vahid missiya üçün vahid milli dövlət ətrafında birləşdirməyi hədəfləyən Bəəsçilər, azadlığın və sosial ədalətin təmin edildiyi cəmiyyət qurmaq arzusunda idilər. Təbii ki, bir çox siyasi ideologiyalardakı kimi, Bəəsçilikdə də nəzəriyyə praktikaya keçdikdə tamamilə zidd nəticələr ortaya çıxardı. 

Bəəs tarixinin ən unikal hadisəsi şübhəsiz ki, 1958-ci il ildə Suriya dövləti ilə Misir dövlətini birləşdirərək, Birləşmiş Ərəb Respublikasını (BƏR) yaratmaq idi. Bəəsçilər ərəbləri birləşdirmək arzusuna çatmışdılar, əslində bu nəticə bir növ ideologiyanın zəfəri kimi də qəbul olunmuşdu. Lakin zəmini yaxşı hazırlanmamış və siyasi məqsədlərə hesablanmış bu birləşmə Bəəs üçün sonun başlanğıcı idi. Daha böyük dövlət olan və daha xarizmatik liderə malik  Misir yeni yaranmış respublikada dominantlıq etməyə başladı və suriyalı elitalar dövlət vəzifələrindən sıxışdırıldı. Misir prezidenti Camal Əbdül Nasirin BƏR-dəki siyasətindən narazı qalan suriyalı hərbçilər 1961-ci ildə Suriyada çevriliş edərək, ölkəni BƏR-dən çıxardılar. Əlbəttə ki, uğursuz BƏR təcrübəsi vahid Ərəb dövləti arzusunun da sonu oldu".

Bildirilib ki, 1960-cü illərdə Bəəsçilər həm Suriyada, həm də İraqda çevriliş edərək, hakimiyyəti ələ keçirdilər.

"Lakin 30 il boyunca nə Səddam Hüseynin İraqı, nə də Hafiz Əsədin Suriyası Bəəsin ideoloqlarının vəd etdiyi birliyi, azadlığı və sosial ədaləti təmin edə bilmədi:

Bəəsçilik uğursuz layihə olsa da, burada əsas rol oynamış kənar faktor da xüsusilə qeyd olunmalıdır. Kiçik və orta ölkələri birləşdirərək yeni bir böyük güc yaratmağı vəd edən ideologiyalar təbii olaraq mövcud böyük güclər tərəfindən təhdid kimi görülür. Bu mənada, Yaxın Şərqdə köklü maraqları olan Qərb gücləri Bəəsçiliyin gözdən salınmasında və bir ölkənin sərhədləri daxilində avtoritarizmə çevrilməsində önəmli rol oynayıblar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri