Yaxın Şərqdə daşlar hələ yerinə oturmayıb, 7 oktyabr ildönümündə İsrailin İrana hücumu gözlənilir
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsraillə İran arasında münasibətlər gərgin olaraq qalır, çünki İran hələ də öz nüvə proqramından geri çəkilmir və ABŞ öz hərbi aviasiyasını Yaxın Şərqdəki raket kreyserlərinə göndərir, bu da bölgədə yenidən eskalasiyaya gətirib çıxara bilər.
Məhəmməd Əsədullazadə
Məhəmməd Əsədullazadə bildirib ki, 12 günlük müharibədən əvvəl də Amerika eyni analoji addımı atmışdı.
“2023-cü ildə, Həmasın İsrailə qarşı hücumundan sonra tərəflər arasında münasibətlər kəskinləşdi. Bu gün İranla İsrail arasında münasibətlər gərgindir. O vaxt İsrail qeyd edirdi ki, HƏMAS İranın təhriki ilə bu hücumu həyata keçirib. Məhz oktyabrın yeddisində, həmin hücumun ildönümündə İsrailin İrana hücumunu istisna etmək olmaz. Təbii ki, fors-major məqamlar da ola bilər. Proseslər sürətlə dəyişir. Amma Amerikanın öz hərbi donanmasını, hərbi aviasiyasını Yaxın Şərqdə İranın ətrafına gətirməsi və Qətərə təhlükəsizlik orderi verməsi göstərir ki, Yaxın Şərqdə hələ daşlar yerinə oturmayıb və eskalasiya riski var. İsrailin hücumu mümkün ola bilər”-deyə politoloq qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 02 Oktyabr 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















