Icma.az
close
up
RU
Yaxın Şərqdə logistika zəncirləri tam bərpa olunmayıb

Yaxın Şərqdə logistika zəncirləri tam bərpa olunmayıb

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İki həftəlik atəşkəsdən sonra neft dərhal aşağı düşsə də, amma bu düşüş real təklif artımına görə yox, bazarın “risk əlavəsini” çıxarmasına görə oldu. Yəni qiymətdə olan müharibə qorxusu bir qədər silindi.
Amma işin texniki tərəfi fərqlidir. Faktiki bazarda vəziyyət hələ də gərgindir. Yaxın Şərqdə logistika zəncirləri tam bərpa olunmayıb, sığorta xərcləri yüksək qalır, bəzi marşrutlarda risk hələ də qiymətə daxildir. Bu faktorlar neftin kəskin ucuzlaşmasının qarşısını saxlayır.
Digər tərəfdən, bu atəşkəs çox qısadır. İki həftəlik razılaşma bazar üçün strateji ola bilməz. Ona görə də böyük fondlar və treyderlər hələ mövqelərini tam dəyişmirlər, sadəcə risklərini azaldırlar. Bu da qiymətin sərt düşüb sonra stabilləşməsinə səbəb olur.
Hazırda ən real ssenari budur ki, qiymətlər 90 dollar ətrafında dalğalansın. Bir qədər də aşağı enə bilər, amma 70–80 dollarlıq zona üçün ya uzunmüddətli siyasi razılaşma, ya da bazara əlavə böyük həcmdə neft girişi lazımdır.
Əlqərəz, bazarlar qulaqlarını şəkləyib, diqqətlə xəbər gözləyir. Əgər atəşkəs pozularsa və ya risk yenidən artsa, qiymətlər çox sürətlə geri qayıda bilər.
PS. Biz isə regionda sülh istəyirik. Qoy hamı sülh içində yaşasın, bizi sevənlər də, sevməyənlər də. Sadəcə sevməyənlərə sülhdən əlavə, həm də ədalət hissi və insanlığa sevgi arzulayırıq.
Eldəniz Əmirov, iqtisadçı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Aprel 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri