Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Yaxın Şərqdə münaqişə Azərbaycan turizminə necə təsir edib? AÇIQLAMA

Yaxın Şərqdə münaqişə Azərbaycan turizminə necə təsir edib? AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Dünyada baş verən geosiyasi gərginliklər və regional münaqişələr bir çox sahələrə olduğu kimi turizm sektoruna da birbaşa təsir göstərir. Qlobal nəqliyyat axınları, uçuş marşrutları və turist axınlarında yaranan dəyişikliklər bu sahənin həssaslığını daha da artırır. Xüsusilə beynəlxalq bazarlarda baş verən hər bir qeyri-sabitlik turizm planlamalarına da təsirsiz ötüşmür.
Məsələ ilə bağlı turizm eksperti Ruslan Quliyev Demokrat.az-a bildirib ki, dünyada baş verən müxtəlif təbiət hadisələri, kataklizmlər, müharibələr və münaqişələr turizmə ən çox təsir edən amillər sırasındadır:
"Turizmin bərpa qabiliyyəti də güclüdür və çox tez bərpa oluna bilir. Amerika, İran və İsrail münaqişəsi fonunda mart ayında demək olar ki, bütün proqnozlarımız və eyni zamanda bütün real əməliyyatlar ləğv olundu. Bu da çox böyük maliyyə yükü yaratdı, müqavilə öhdəliklərinin həyata keçirilməməsi birbaşa fors-major hallarının tətbiq olunmasına gətirib çıxardı.
Əlbəttə, biz nəzərə alsaq ki, Avropa-Asiya dəhlizi kimi körfəz ölkələri böyük rol oynayır. Yalnız Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və digər istiqamətlərdən söhbət getmir. Transit marşrutu olaraq Uzaq Şərqə, Asiya ölkələrinə olan trafik və yönləndirmələr də tamamilə bağlı vəziyyətə düşdü".
O bildirib ki, bu günlərdə Azərbaycanda həm gəlmə turizm, həm də getmə turizm baxımından müəyyən risklər mövcuddur:
"Təqribi hesablamalar göstərir ki, münaqişə başlayan gündən, dünya turizm iqtisadiyyatı 600 milyon dollar itirib. ABŞ və Frankfurt istiqamətində uçuşlar tamamilə ləğv edilib və qlobal müzakirələrdə də sentyabr ayına qədər bunun bərpa olunmayacağı qeyd olunur".
Ekspert deyib ki, bu Azərbaycan üçün bir fürsətdir:
"Azərbaycanın hava dəhlizi rolu ön plana çıxır. Kövrək sülh müqaviləsi yenidən münaqişəyə çevriləcəksə, ümumiyyətlə yeni turizm modeli haqqında da danışa bilmərik. Ancaq Azərbaycan üçün yeni fürsətlər ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatına aid ölkələrlə turizm imkanlarının artırılmasına böyük ehtiyac var.
Mərkəzi İpək Yolu marşrutunun aktivləşməsinə ehtiyac var. Hazırda Türkiyə və Avropa istiqamətində alternativ turizm sənayesi nümayəndələri müxtəlif keçid marşrutları hazırlayırlar. Azərbaycana gələn sağlamlıq turizmi və işgüzar turizmlə bağlı turistlərdə isə o qədər də ciddi azalma müşahidə olunmur. Ancaq may ayında Azərbaycanda keçiriləcək mötəbər şəhər forumunun keçirilməsi də ümid verir ki, burada iştirak edəcək ölkələr iştiraklarını təsdiqləyiblər və bu da onu göstərir ki, yaxın bir ay ərzində güclü təhdid olmayacaq.
Amma eyni zamanda tam pessimist olmağa da ehtiyac yoxdur. Azərbaycan hava məkanının fəaliyyəti tam bağlanmayıb. Rəsmi məlumatlarda da görürük ki, Bakı hava qovşağında uçuş cədvəllərinin genişləndirilməsi və marşrutların davam etdirilməsi müşahidə olunur, transit, biznes səfəri və aviasiya xidmətləri baxımından Azərbaycan üçün real üstünlüklər mövcuddur.
Ümumiyyətlə, bu, Azərbaycan turizm gəlirləri baxımından qısa müddətdə təsir göstərə bilər, lakin kəskin azalma deyil. Çünki Azərbaycanın gəlmə turizm bazarı hələ də böyük ölçüdə yaxın və orta məsafəli ölkələrdən formalaşır. Hazırda Hindistan və Pakistan bazarında bərpa prosesi gedir. Çindən gələn turistləri də müşahidə edirik. Şərqi və Qərbi Avropa, eləcə də Amerikadan da müxtəlif səfərlər davam edir. Azərbaycanda sağlamlıq turizmi və işgüzar turizm tədbirlər sənayesində elə bir sahə var ki, alternativ olaraq bu sahənin inkişaf etdirilməsi ilin sonuna qədər gəlmə turizm statistikasına ciddi təsir etməyəcək", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Aprel 2026 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see636

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see437

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see435

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see401

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see385

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see381

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see342

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see281

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see266

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see264

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see246

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see242

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see228

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see228

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see224

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see223

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see219

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see219

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see214

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri