Icma.az
close
up
RU
Yaxın Şərqdə sabitlik axtarışı: Bakı Suriya ilə İsrail arasında dialoq meydanına çevrilir ŞƏRH

Yaxın Şərqdə sabitlik axtarışı: Bakı Suriya ilə İsrail arasında dialoq meydanına çevrilir ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sentyabrın 25-də Bakıda Suriya və İsrail arasında təhlükəsizlik görüşü keçiriləcək.

Bu barədə "Sky News Arabia" mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail bir neçə həftə əvvəl Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib.

Sentyabrın 17-də Londonda İsrailin strateji planlaşma naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani arasında görüş keçiriləcək və tərəflər təhlükəsizlik razılaşması təklifini müzakirə edəcəklər.

Qeyd edilib ki, danışıqlarda ABŞ-nin xüsusi elçisi Tom Barrak da iştirak edəcək.

Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a bildirib ki, bu görüş hələ rəsmi olaraq təsdiqlənməsə də, həm iki ölkə arasındakı münasibətlərin inkişafı, həm də Yaxın Şərqdəki mürəkkəb və qeyri-sabit siyasi ab-hava fonunda əhəmiyyətli hadisə kimi qiymətləndirilir:


"Çünki İsrail–Suriya münasibətləri uzun illərdir açıq qarşıdurma və gərginliklərlə müşayiət olunur. Bu isə regionda sülh və təhlükəsizlik üçün başlıca risk faktorlarından biridir. Bu cür təmaslar çox vaxt ya qeyri-rəsmi formatda, ya da vasitəçi dövlətlərin diplomatik kanalları ilə baş tutub. Məsələn, Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri çərçivəsində də belə görüşlərdən biri keçirilib. Bu fakt Azərbaycanın hər iki tərəflə normal münasibətlər saxlayan nadir  və diplomatik vasitəçilik imkanlarına malik bir dövlət olduğunu göstərir. Bakının ev sahibliyi etdiyi bu kimi danışıqlar, ölkəmizin beynəlxalq diplomatiyada balanslı siyasətini və regional sabitliyə töhfə vermək potensialını bir daha nümayiş etdirir".


Analitik əlavə edib ki, Yaxın Şərqdəki real vəziyyət göstərir ki, belə görüşlərin məqsədi gərginliyi azaltmaq olsa da, hələlik sabitliyə real töhfə verə bilmir və konkret razılaşmalar əldə edilmir:

"Bunun səbəbləri sırasında İsrailin Suriyanın cənubunda azlıqları – xüsusən Dürziləri – dəstəkləməsi, bu ölkədə həyata keçirdiyi hərbi əməliyyatlar və Suriyanın daxili işlərinə təsir göstərən mexanizmlər qurması dayanır. Tel-Əviv Suriyada tam sabitliyin bərqərar olmasını öz maraqlarına zidd hesab edir. Həmçinin İsrail ölkənin cənubunda silahsızlaşdırılmış zona yaradılması barədə Suriyanı inandırmağa çalışır. Bu isə İsrailin Dürzi icmasına dəstəyini göstərir və onlar üzərində təsir mexanizmi formalaşdırması kimi qiymətləndirilir. Yeni Suriya hökuməti isə məsələlərin ölkənin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini prioritet sayır, İsraillə birbaşa qarşıdurmaya getmək niyyətində olmadığını bildirir. Rəsmi Dəməşq dəfələrlə bəyan edib ki, Suriyanın əsas məqsədi ölkə daxilində sabitliyi reallaşdırmaq, regional əməkdaşlığı genişləndirmək və İsrailin işğalı altında olan ərazilər üzərində dövlət suverenliyini və yurisdiksiyasını bərpa etməkdir. Bu mövqe, Suriyanın İsraillə birbaşa qarşıdurmadan qaçaraq daha çox diplomatik və siyasi yolla nəticə əldə etməyə üstünlük verdiyini göstərir. Buna baxmayaraq, İsrailin Suriyadakı fəaliyyətində və münasibətlərində hələlik normallaşma əlamətləri görünmür. Beləliklə, Bakıda keçirilməsi planlaşdırılan Suriya–İsrail təhlükəsizlik görüşü iki ölkə arasında uzun müddətdir davam edən gərginliyin azaldılması, qarşılıqlı anlaşmanın əldə edilməsi və regionda sülhün təmin olunması baxımından əhəmiyyətli addım sayıla bilər. Hələlik bu cür görüşlər konkret razılaşmalara gətirməsə də, Azərbaycanın balanslı ev sahibliyi və vasitəçi rolu onun beynəlxalq diplomatiyada artan nüfuzunu və Yaxın Şərqdə sabitlik təşəbbüslərinə töhfə vermək istəyini göstərir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri