Icma.az
close
up
RU
Yaxın tariximizin ibrət dərsi

Yaxın tariximizin ibrət dərsi

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Gəncə qiyamından 33 il ötür

Müstəqillik gözəl nemətdir, hər bir xalqın böyük uğurudur. Ancaq qısa müstəqillik tariximizdə heç də hər zaman insanda xoş əhval-ruhiyyə yaradan əlamətdar hadisələrlə qarşılaşmamışıq. Ciddi narahatlıq doğuran anlar da yaşamışıq və biz onları heç vaxt unutmamalıyıq. Unutmamalıyıq ki, müstəqilliyimizin qədrini bilək və onu daha həssaslıqla qoruyaq.

Belə hadisələrdən biri də tarixin bu günündə yaşanıb. Söhbət 1993 -cü il iyunun 4-də baş verən Gəncə qiyamından gedir. Artıq həmin dəhşətli olayların baş verməsindən bizi 33 illik zaman məsafəsi ayırır. İllər ötdükcə həmin hadisələr nəinki unudulur, əksinə biz necə böyük bir faciə ilə üzləşdiyimizin miqyasını daha dərindən dərk edirik.

AXC-”Müsavat” iqtidarının yarıtmaz fəaliyyəti və ölkəni bürüyən xaos

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində tale qəlbində hər zaman  azadlıq, arzuları daşıyan Azərbaycan xalqına XX yüzillikdə ikinci dəfə müstəqillik qazanmaq şansı verdi. Belə ki, Ali Sovet 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Lakin bəhs olunan tarixdə müstəqilliyimiz de-yure bəyan edilsə də, vəziyyət kritik dərəcədə ağır idi. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələr yalnız öz kreslolarını qorumaq barədə düşünürdülər. Onlar üçün xalqın mənafeyi, milli maraqlar arxa planda idi, bəziləri hətta stereotiplərin əsirliyində qalmaqla müstəqilliyi şüurlu şəkildə qəbul etmək istəmirdilər.

Müxalifət düşərgəsinə də milli birlik ideyası hakim deyildi. Qüvvələr parçalanmışdı və özlərini “lider” adlandıran bəzi şəxslər ətraflarında dəstələr formalaşdırmışdılar. Bu “liderlər” və dəstələr arasında antaqonist ziddiyyətlər hökm sürürdü. Hər kəs özünü iqtidarda görmək istəyirdi və bunun üçün istənilən qanunsuzluğa əl atmağa hazır idi. Belə xaotik reallıqlar fonunda AXC-”Müsavat” cütlüyü 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gəlməyə nail oldu. Bu cütlük iqtidara milli-azadlıq ideyaları ilə gəlsə də, bir illik fəaliyyəti dönəmində xalqdan uzaq olduğunu və səriştəsizliyini bütün cəhətləri ilə ortaya qoydu. Həmin bir il ərzində yaşanan hadisələri təhlil etdikdə istər-istəməz respublikamızın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin yenidən itirilməsi təhlükəsindən danışmaq məcburiyyətində qalırıq. AXC-”Müsavat” cütlüyü Azərbaycanı böyük fəlakətin - vətəndaş qarşıdurmasının astanasına gətirib çıxarmışdı. Hadisələr elə cərəyan edirdi ki, kövrək müstəqilliyimizin əldən getməsi tam real idi. İqtisadiyyat tamam dağılmışdı. Büdcə boş idi- hətta təqaüdləri verməyə belə vəsait tapılmırdı. 1993-cü ilin yayına doğru vəziyyət daha kritik hal almağa başladı. Cəbhədə durum xüsusilə ağırlaşmışdı. Ölkədəki hakimiyyət boşluğundan, xaos vəziyyətindən sui-istifadə edən düşmən qüvvələri Kəlbəcəri və Laçını işğal altına almaqla Ermənistanla Qarabağ arasında coğrafi bağlantını təmin etməyə nail oldu.

Belə vəziyyətdə silahlı qüvvvələrimiz səfərbər olmaq, toparlanmaq əvəzinə, “liderlərin” əlində alətə çevrilmişdi. Orduda vahid komandanlıq yox idi. Hücüma kecən qüvvələrə qəfildən əlverişli mövqedən geri çəkilmək əmri gəlirdi. Gəncədə yerləşən və korpus komandiri Surət Hüseynovun rəhbərlik etdiyi 709 saylı briqada, necə deyərlər, ordu içində ordu sayılırdı. Müdafiə Nazirliyinin həmin hərbi hissənin ləğv edilməsi ilə bağlı qərar verməsi isə sanki odun üstünə yağ tökdü. İntriqalar, çəkişmələr daha da qızışdı. Müdafiə Nazirliyinin qərarı ilə razılaşmayan Surət Hüseynov qiyama başladığını bəyan etdi. Milli Qvardiyanı 709 saylı briqadanı zərərsizləşdirmək üçün Gəncəyə göndərən AXC-”Müsavat” hakimiyyəti faktiki olaraq ölkədə vətəndaş müharibəsinə rəvac verdi. Hətta həmin vaxt AXC-”Müsavat” qruplaşması öz hakimiyyətini qorumaq üçün Gəncənin bombalanması ilə bağlı qərar belə vermişdi. Hakimiyyətin bu kimi addımlarının ardından isə tabeçilik nümayiş etdirməyən hərbi hissəsinin zirehli maşınları və silahlı birləşmələri Bakıya doğru yol aldı. Qısa müddətdə bir neçə rayonda qanuni hakimiyyət devrildi.  Baş verən hadisələr zamanı ilk qardaş qanı axıdıldı...

Heydər Əliyevin xilaskarlıq missiyası

Tale elə gətirdi ki, respublikaya birinci rəhbərliyi dönəmində gələcək müstəqillik üçün ciddi siyasi, iqtisadi və ideoloji əsaslar yaratmış böyük siyasətçi Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə əldə etdiyi müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. AXC-”Müsavat” iqtidarının diletant siyasətini qəbul etməyən, yuxarıda təsvir etdiyimiz xaosdan, anarxiyadan bezən xalq üzünü Ona tutaraq Naxçıvandan Bakıya gəlməsini, ölkənin siyasi rəhbərliyinə qayıtmasını təkid etdi. Bunu həm də AXC-”Müsavat” iqtidarı istəyirdi. Heydər Əliyev çətin seçim qarşısında idi. Başqası olsaydı, həmin xaotik vəziyyətdə həyatını və karyerasını təhlükəyə atmaqdan çəkinərək suların durlmasını gözləyərdi. Ancaq söhbət Heydər Əliyevdən gedirdi. Çətinliklərlə üzləşən xalqı Ona üz tutmuşdu, güvənmişdi. O, xalqın güvənini, inamını qırılmağı Özünə rəva görə bilməzdi. Bilmədi də. Bakıya gəlib respublikanın idarəçilik sükanının arxasına keçməyə razılıq verdi. Heydər Əliyev iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Lakin Heydər Əliyev hakimiyyət hərisi deyildi. AXC-”Müsavat” iqtidarı tərəfindən Heydər Əliyevə birbaşa hakimiyyəti ələ almaq təklif olunsa da, O, təmkinlə davrandı, əvvəlcə Cəncəyə gedib burada görüşlər keçirdi, vəziyyəti yerində dəyərləndirdi. Bakıya qayıdan Heydər Əliyev  iyunun 15-də  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

Müstəqilliyimizin anarxiya, xaos dönəminin ən ağrılı və narahatlıq doğuran məqamlarından biri də həmin dövrdə Prezident vəzifəsini daşıyan AXC sədri Əbülfəz Əliyevin (Elçibəy) qeyri-adekvat davranışları idi. Atdığı hər addımda, aldığı hər qərarda aydın şəkildə görünürdü ki, o, ölkəni idarə etməyə qadir deyil. Prezident Əbülfəz Əliyev iyunun 17-dən 18-nə keçən gecədə hamını, necə deyərlər, şoka salan hərəkətə yol verib- qəfildən yoxa çıxıb. Sonradan onun yeri bəlli olub- dövlət başçısı müvafiq qurumların təmsilçilərini məlumatlandırmadan  Naxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Kələki kəndinə üz tutub və orada yaşamağa qərar verib.

Ölkə çətin vəziyyətdə olduğu bir vaxtda dövlət başçısının bu cür qeyri-ciddi davranmasına hansı qiyməti vermək olar? Sonradan Ali Sovetin Sədri Heydər Əliyev dəfələrlə Prezidentin Bakıya gəlib vəzifəsini yerinə yetirməsinə çağırış etsə də, Əbülfəz Elçibəy buna məhəl qoymayıb. O, özüsayağı şəkildə bəyan edib ki, dövləti Kələkidən idarə edəcək. Yeri gəlmişkən, AXC-”Müsavat” iqtidarında təmsil olunan ayrı-ayrı nazirlər, icra başçıları da oxşar qeyri-ciddi davranışlar sərgiləyiblər. Onlar məsuliyyətsizcəsinə tutduqları vəzifələri özlərinin işlətdiyi ifadə ilə desək, dondurublar...

Belə xaotik vəziyyətdə Heydər Əliyev Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Və nəhayət, 1993-cü il 3 oktyabr tarixində ölkədə keçirilən prezident seçkilərində inamlı qələbə qazandı.

Seçkilərin qalibi olan Heydər Əliyev 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Prezident kimi fəaliyyətə başladı. O, andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Heydər Əliyev bütün varlığı ilə andına sadiq qaldı.  O,vaxt itirmədən Azərbaycanın sabahı, müstəqilliyimizin əbədiyaşarlığı üçün müstəsna önəm daşıyan böyük işlərin təməlini qoydu. İlk növbədə ölkədə anarxiyanın ram edilməsinə, vahid komandanlığa tabe olan ordunun formalaşdırılmasına başlanıldı. Dövlətçiliyin möhkəmlənməsini hədəfləyən zəruri qərarlar imzalandı. İslahatların anonsu verildi və ölkə inkişafa istiqamətləndi.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2026 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see399

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see352

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see351

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see343

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see338

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see335

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see332

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see320

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see310

Putin: Rusiyada işsizlik səviyyəsi 2,3 faizə düşüb...

12 Sentyabr 2026 19:28see293

FAO nun nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadiyyatına daha böyük töhfə verə bilər

12 Sentyabr 2026 18:32see288

Kravçenko: Ukrayna iqtisadiyyatına dəyən ziyan 2026 cı ildə 10 milyard dollar təşkil edəcək

13 Sentyabr 2026 04:10see283

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see251

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see250

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see241

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

12 Sentyabr 2026 18:35see237

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see236

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see216

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see215

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri