Icma.az
close
up
RU
“Yaxın vaxtlarda Fransada onsuz da olmayan siyasi stabillik pozula bilər”

“Yaxın vaxtlarda Fransada onsuz da olmayan siyasi stabillik pozula bilər”

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Fransa və Əlcəzair arasındakı münasibətlərin pisləşməsi nə bu günün, nə də dünənin insidentidir. Bu gün baş verən hadisələr, siyasi və tarixi köklərə malikdir. Gəlin tarixə nəzər salaq. Fransa və Əlcəzair arasındakı tarixi gərginlik, hələ Fransanın 1830-cu ildən Əlcəzairi işğal etdiyi və bu dövr ərzində yerli əhalini assimilyasiya etməsi və mədəni irsini, dilini, dinini məhv etmək cəhdlərinin aparılmasıdır”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.

Politoloq qeyd edib ki, bu dövr ərzində milyonlarla əlcəzairlinin payına Fransa tərəfdən məhbusluq həyatı və ölüm payı düşdü: “1945-ci il hadisələri: İkinci Dünya müharibəsindən sonra Fransa qoşunları Əlcəzairin Setif və Guelma qəsəbələrində 45 mindən çox günahsız, əliyalın insanı qanına qəltan edib. Bu hadisələr hər zaman əlcəzairlilərin mübarizəsi ilə davam edib və Əlcəzair 1962-ci ildə müstəqilliyini qazanıb. 1960-1978-ci illər ərzində 17 atom bombası ataraq, nüvə sınaqları: Fransa Əlcəzairdə nüvə sınaqlarını həyata keçirdi. Bu sınaqlar zamanı 18 min hərbçi və mülki şəxsə ziyan dəydi. Əlcəzair hökuməti bu sınaqlarla bağlı kompensasiya tələb etdi. Bu məsələlər Əlcəzair-Fransa münasibətlərini daha da gərginləşdirdi. Diplomatik məsələlər: Son illər ərzində Əlcəzair-Fransa münasibətlərində diplomatik gərginliklərə səbəb olan bir çox amillər oldu. Əlcəzair Xarici İşlər Nazirliyi Fransanın diplomatik pasportu olan əlcəzairlilərin ölkəsinə vizasız gəlişinə icazə verən müqaviləyə yenidən baxmağa çağırıb. Sadaladığım bu səbəblər Əlcəzair və Fransa arasındakı münasibətlərin soyuqlaşmasına səbəb oldu”.

E.Telmanoğlu diqqətə çatdırıb ki, əslində bu iki ölkə arasında münasibətlər daim gərgin olub: “Bu günlərdə isə Fransa tərəfindən Əlcəzairə deportasiya edilən bloger Dualem (Doualemn) dərhal Fransaya qaytarılıb. Bununla da onsuz da gərgin olan Fransa-Əlcəzair diplomatik gərginliyi daha da dərinləşib. Böyük münaqişələrin təməli həmişə xırda qığılcımlardan başlayır. Bu qığılcımların ocaqlarının mənbəyi isə Fransanın tamahkar və neokolonializm xislətidir. Odur ki, vaxtı ilə Fransanın öz neomüstəmləkəsinə çevirdiyi dövlətlər artıq qara bulud kimi Fransa üzərinə çökməyə başlayıblar. Bu hadisələr onu göstərir ki, yaxın vaxtlarda Fransada onsuz da olmayan siyasi stabillik pozula bilər”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Yanvar 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri