Yaxınlığı və etibarı məhv edən 4 ifadə Psixoloqlar xəbərdarlıq edir
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bəzi ifadələr münasibətlərdə emosional yaxınlığı və etibarı zəiflədə bilər. Psixoloqların fikrincə, günahı başqasının üzərinə atmaq, qarşı tərəfin hisslərini kiçiltmək və daim haqlı çıxmağa çalışmaq aşağı emosional zəkanın göstəricilərindəndir.
Moderator.az xəbər verir ki, bu barədə “WP Kobieta” nəşri yazıb.
Mütəxəssislərin qeyd etdiyi münasibətlərə zərər verə biləcək 4 ifadə:
1. “Bu mənim günahım deyil” / “Sən məni təhrik etdin” – məsuliyyətdən yayınmaq və günahı qarşı tərəfə atmaq münasibətlərdə inamı sarsıda bilər.
2. “Sənə demişdim!” / “Yenə haqlı idim” – daim haqlı çıxmağa çalışmaq problemi həll etmək əvəzinə münasibətdə üstünlük mübarizəsi yarada bilər.
3. “Sənə heç ehtiyacım yoxdur” – bu ifadə bəzən müstəqillikdən çox, emosional ağrı və rədd edilmək qorxusundan müdafiə vasitəsi kimi istifadə olunur.
4. “Hər şeyi şişirdirsən” – qarşı tərəfin hisslərini kiçiltmək empatiyanın zəifliyinə və emosional uzaqlaşmaya səbəb ola bilər.
Aşağı emosional zəka yalnız sözlərdə deyil, tənqidə dözümsüzlük, impulsivlik, əsəbilik, qarşı tərəfi dinləməmək və öz hisslərini düzgün ifadə edə bilməməkdə də özünü göstərə bilər.
Psixoloqlar bildirirlər ki, emosional zəka inkişaf etdirilə bilən bacarıqdır. Qarşı tərəfi dinləmək, öz davranışına görə məsuliyyət daşımaq və başqalarının hisslərinə hörmət etmək sağlam münasibətlərin əsas şərtlərindəndir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 11 Avqust 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















