Icma.az
close
up
RU
Yaxşı məktəb direktoru istəyiriksə, ən azı 2 3 il müavin işləməlidir Ekspertin şərhinə nazirlikdən açıqlama

Yaxşı məktəb direktoru istəyiriksə, ən azı 2 3 il müavin işləməlidir Ekspertin şərhinə nazirlikdən açıqlama

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib ki, artıq məktəb direktorları müəllimlərin sırasından seçiləcək. Yəni sertifikasiyadan ən yüksək bal toplayan müəllim direktor olacaq.Məktəbin uğurlu idarə olunması üçün sizcə direktor necə olmalıdır?Məktəb direktorları hansı xüsusiyyətləri özündə daşımalıdır?Ümumiyyətlə, məktəb direktoru kim olmalıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib ki, yaxşı müəllim yaxşı idarəedici demək deyil: “Emin Əmrullayev ölkənin baş şoumenidir. Sonuncu brifinqdə də yenə şou göstərdi. Artıq 12 ildir ki, Təhsil Nazirliyindədir. Hələ bu insanın təhsildən anlayışı yoxdur, başa düşmür ki, yaxşı müəllim yaxşı idarəedici demək deyil. Bəli, arzuolunandır, daha bacarıqlı, bilikli müəllimlər təyin olunsun, amma biz bu müəllimi necə müəyyən edirik? Əgər sertifikasiya ilə olacaqsa, sertifikasiya imtahanında əksəriyyəti köçürüb. Köçürmə halları "n" qədərdir. Heç sertifikasiyanı doğru-düzgün təşkil etməmişik. Bugünkü sertifikasiyalar doğrudanmı müəllimin bilik və bacarığını ortaya çıxara bilir? Sertifikasiyada öz gücünə bal toplayan müəllimlərimiz də az deyil. Onların da haqqına girmək olmaz. Amma reallıq ondan ibarətdir ki, bizim məktəblərdə görürük ki, yüksək bal toplayan müəllimlər hətta bir sinfi idarə edə bilmir. Emin Əmrullayev sinfi idarə edə bilməyən həmin müəllimi məktəblərə direktor qoymaqla, Azərbaycan məktəblərini tamamilə "dağıtmaq" fikrinə düşüb, yəqin. Ağlında nə var bilmirəm, amma əməlləri onu göstərir ki, onun addımları bütün Azərbaycan məktəblərini məhv etməyə yönəlir. Bu, məsələnin bir tərəfi.

Məsələnin ikinci bir tərəfi ondan ibarətdir ki, əgər yaxşı məktəb direktoru istəyirik deyə bacarıqlı müəllimlər üçün Respublika üzrə mərkəzləşdirilmiş imtahan keçiririk ki, onlar ən azı 2-3 il müavin işləsinlər və müavin işləyən şəxslərdən direktorları təyin edək. Ölkə üzrə ən çox məktəb direktorları, direktor müavin hazırlayan şəxs olaraq, bunu hamı bilir 6 mindən çox kadr hazırladım. Bunun 2 mindən çoxu məktəblərdə direktor və direktor müavini işləyir. Təcrübə göstərir ki, ən az 2-3 il müavin işləyənlər məktəb direktoru vəzifəsinə gələn zaman idarəetmə ilə bağlı böyük sıxıntıları olmur. Onların müəllimlikdən birbaşa direktorluğa gələn kadrlara nisbətən çətinlikləri az olur. Müəllimlikdən birbaşa direktorluğa gələn kadrların isə çox böyük çətinlikləri olur. Necə ki, Emin Əmrullayevin təhsildən anlayışı yoxdur, təhsili dağıda-dağıda idarə edir, həmin müəllimlər də təhsili dağıtmağa davam edirlər”.

Elşən Qafarov

Təhsil eksperti vurğulayıb ki, məktəb direktorlarının işə qəbulu bütün ölkələrin təhsil sistemində ən vacib məqamlardan biridir: “Məktəb direktorlarının işə qəbulu bütün ölkələrin təhsil sistemində istər Avropa, istər şərq ölkələri, istər Amerikada ən vacib məqamlardan biridir. Amerikada məktəb direktorunu hazırlayan və məktəb direktorunun peşəkarlığını inkişaf etdirən xüsusi əlavə təhsil mərkəzləri və ya xüsusi mərkəzlər var. Amma bizdə isə bunların subyektiv fikirləri əsasında qurulur. Yüksək bal toplayan müəllimlərin kütləvi şəkildə ucdantutma məktəb direktoru təyin edilməsi Azərbaycan məktəbinə olan qalan vəziyyəti daha da ağırlaşdıracaq.

Məktəb direktorlarının imtahanı 2017-ci ildən mərkəzləşdirilmiş qaydada keçirilir. 9 ildən sonra Emin Əmrullayev başa düşür ki, bu effekt vermir. İndi də yüksək bal toplayan müəllimləri təyin edir. 10 il də lazımdır ki, Azərbaycan təhsili dağılsın və nazir başa düşsün ki, seçim etdiyi istiqamət doğru nəticə vermir. Bu pedaqoji yanaşma deyil, təhsil işçisinin yanaşması deyil”.

Qeyd edək ki, müsahibədə yer alan fikirlər müsahibə məxsusdur və informasiya portalının mövqeyini əks etdirmir. Təhsil ekspertinin iddiaları ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq və nazirlikdən verilən açıqlamanı bölüşürük: "İddia sahibini ciddi mənbə hesab etmirik".

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Sentyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see157

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see122

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri