Icma.az
close
up
RU
“Yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq” Aslanov

“Yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq” Aslanov

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa çempionatının əsas mərhələsi çərçivəsində martın 26-da Bosniya və Herseqovina, ertəsi gün Xorvatiya. Martın 29-da isə Türkiyənin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir.

Futbolpress.az xəbər verir ki, martın 16-dan toplanışa başalayn komandamız ayın 25-də qrup oyunlarının keçiriləcəyi Xorvatiyaya yola düşəcək. Hazırlıqla bağlı baş məşqçi İlqar Aslanov Futzal Federasiyasının mətbuat xidmətinə açıqlama verib:

“Xalqımızı, futzal ictimaiyyətini Novruz bayramı münasibəti ilə təbrik edir, can sağlığı, gümrahlıq, sülh, əmin-amanlıq, bərəkətli illər arzulayırıq. Hazırlıq plana uyğun şəkildə davam edir. Gün ərzində iki məşq keçirik. Çalışırıq fiziki hazırlığı yüksəldək, eyni zamanda taktiki planda tapşırıqlar yerinə yetiririk. Uşaqlar istəklidirlər. 2-3 nəfərin zədəsi var. Həkim çalışır ki, səfərə qədər onları müalicə etsin. Bu mərhələyə də 2-si qapıçı olmaqla ümumilikdə 12 futzalçı ilə yollanacağıq.

Səfərə qədər 2 oyun keçirəcəyik. Bu gün “Araz-Naxçıvan”la yoxlama, sabah isə çempionatın lideri “Baku Fire”lə rəsmi matçda üz-üzə gələcəyik. İki gün ərzində iki güclü rəqiblə qarşılaşmaq da qrup oyunlarına hazırlığın tərkib hissəsidir. Çünki komandamız martın 26-da və 27-də müvafiq olaraq Bosniya və Herseqovina və Xorvatiya ilə üz-üzə gələcək. Biz də oyunların ağırlığını və intensivliyini nəzərə almışıq.

Rəqiblərə gəldikdə, Bosniya və Herseqovinanın iki oyununu izləmişik. Serbiya ilə matçın birində yenildilər, digərində qələbə qazandılar. Oyun üslubunu, zəif və güclü tərəflərini aydınlaşdırmağa çalışdıq. Xorvatiya və Türkiyə yığmaları haqda isə şifahi məlumatım var. Xorvatiya Avropanın ən güclülərindəndir və qrup oyunlarına ev sahibliyi edəcəklər. Tükiyə futzalı da son illərdə inkişafdadır.

İstənilən halda yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Bilirik ki, güc baxımından bu mərhələdə qarşılaşacağımız rəqiblərlə yanvarda üz-üzə gəldiyimiz komandalar müqayisə olunmayacaq dərəcədə fərqlidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Mart 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri