Icma.az
close
up
RU
Yaxşı olar ki, analar qızlarına məsləhət verərkən bu 5 ifadəni işlətməsinlər...

Yaxşı olar ki, analar qızlarına məsləhət verərkən bu 5 ifadəni işlətməsinlər...

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Valideynlərin tələffüz etdikləri sözləri əxz edir və öz yetkin həyatları boyu yadda saxlayır. Çox vaxt bu heç də xoşbəxtliyə gətirib çıxarmır.

Psixoloq Viktoriya Averkiyeva qız uşaqlarını tərbiyə edənlərə hansı ifadələri və nəyə görə həmişəlik yaddan çıxarmağı izah edib.

1. "Sən axı qızsan"

Uşaqlıq dövrünün ən çox rast gəlinən ifadəsidir. Düşünürəm ki, bu ifadəni hər bir qadın bir dəfə olsa eşidib.
Bu ifadənin əsasını cəmiyyətdə qadının necə olması və onun hansı hissləri keçirməsi haqqında formalaşmış stereotip dayanır.
Bu ifadələrə diqqət yetirin:
"Sən niyə sevmirsən, sən axı qızsan?"

"Sən necə də pintisən, özün də qızsan".

Bu ifadələr balaca qızcığazda xoşa gəlmək, heç nədən imtina etməmək və rahatlıq kimi xarakter formalaşdırır. Təəssüf ki, ilk növbədə ətrafdakılar üçün rahatlıqdan söhbət gedir...

Nə ilə əvəz etmək olar?

Mən leksikondan həmişəlik olaraq "sən axı qızsan" ifadəsindən imtina etməyi tövsiyə edirəm. Heç vəchlə uşağın cinsinə istinad etmək lazım deyil. Məsələn, belə deyin: "Sənin donun çirkli görünür, paltarını dəyişsən yaxşı olar". Məna eynidir, amma ekoloji olaraq necə gözəl səslənir, deyilmi?

2. "Özünü belə aparsan, səni alan olmayacaq"

Bu da sovet dövrünün daha bir stereotipidir.

Bunun əsasında qadının əsas missiyasının ərə getməkdə olması kimi köhnəlmiş təsəvvür dayanır. "Kökəlsən, ərə gedə bilməyəcəksən", "Pis evdar qadının ailəsi olmur"-belə ifadələr qızların istənilən uğurunu qiymətdən salır və bunun da əsasında hipotetik həyat yoldaşının axtarışı dayanır.

Xobbinin, asudə vaxtın, rəfiqələrlə ünsiyyətin əhəmiyyəti yoxdur, əsas olan yaxşı həyat yoldaşı kimi böyüməkdir... 

Nə ilə əvəz etmək olar?

Qızınızın həyat uğurlarını onun gələcək ailə statusu və kişilər tərəfindən bəyənilməsi ilə əlaqələndirməyin. Belə asandır: "Gəlsənə, az çipsi ye, bu, sağlamlıq üçün ziyanlıdır və dərinin korlanmasına səbəb olur", "Təklif edirəm indi özünü qaydaya salasan ki, sabahkı günü gəzintilərə həsr edə biləsən".

3. "Bəsdir sızıldadın, güclü ol"

Bütün analar mütəmadi olaraq şıltaqlıqlardan yorulur. Amma əgər uşağa böyüklər durmadan deyir ki, "Bəsdir də ağladın", o, nə hiss edəcək?
Çox güman ki, öz emosiyalarını və həyəcanlarını kiminləsə bölüşməyin faydasız olduğu qənaətinə gələcək və həyatı boyu belə düşünəcək.
Belə olmamalıdır. Bundan əlavə, "uşağın sızıldaması" ciddi problemlərdən-xəstəlikdən, məktəbdə təqibdən, ana sevgisinin çatışmazlığından, qısqanclıqdan xəbər verə bilər və valideynlər buna mütləq reaksiya verməlidir.

Nə ilə əvəz etmək olar?

Anlamaqla və dinləməyi bacarmaqla. Sadəcə demək lazımdır: "Danış, görüm, nə baş verib?" və ya "Mən səni anlayıram" və bu ifadələr ünsiyyətdə möcüzələr yarada bilər.

4. "Əhsən sənə"

Uşaqlıqdan belə çeynənmiş və vərdiş halını almış tərifdə uşağın hərəkətləri deyil, şəxsiyyətin xarakterinin qiymətləndirilməsi sezilir. Qız uşağının xarakterində tərifdən asılılıq formalaşır: onun şüurunda belə məntiqi əlaqə yaranır-"məni tərifləyirlərsə, deməli, yaxşı qızam". Nəticədə böyüyəndə elə bir insan formalaşır ki, hamı üçün rahat, heç nədən imtina etməyən və öz ünvanına tənqidi çox ağrılı qəbul edən olur.

Nə ilə əvəz etməli?

Qızınızın hərəkətlərinin pozitiv qiymətləndirməsi variantları belə ola bilər: "Səndə çox gözəl alındı", "Sən bu məsələni necə çevik həll etdin", "İnşanın sonluğu çox maraqlıdır, mənə müfəssəl danış".

5. "Qızlar qəzəblənmir"

Bu ifadə "Sən axı qızsan" ifadəsinin bir variantıdır. İncəlik bundadır ki, uşaqlıqdan xoşagəlməyən  hisslərin meydana çıxmasına qadağa qoyulur. Valideynlər öz yanında sevimli, xeyirxah, "günəşim", "dovşanım" kimi təsəvvür edilən əbədi  pozitiv bir varlığı görmək istəyirlər. Bəli, belə qadağanın kökündə ənənəvi valideyn təkəbbürü dayanır, ana-ata üçün qızın belə olması rahatdır. Qız böyüdükcə, sonradan qadın olduqca, özünü kifayət qədər dəyərləndirməmək, nevrozlar, psixosomatik xəstəliklər  və dözülməz olmayana dözmək ( ailədə zorakılıq, xəyanət) kimi halların baş vermə şansı yaranır. Səbəb-neqativ hallara düzgün reaksiya verilmə vərdişlərinin olmaması və uşaqlıqdan "pis" hisslərin büruzə verilməsinə qoyulan qadağadır.

Nə ilə əvəz etməli?

Qızınıza xoşagəlməz hisslərini ifadə etmək hüququnu verin. Mümkün variantlar: "Sən hirslənirsən, mən səni anlayıram", "Bu, kimi istəyirsən qəzəbləndirə bilər".
Valideynlərin vəzifəsi belə  hissllərlə necə hərəkət etməyi öyrətməkdir-onları dəf etməmək, gizlətməmək, ekoloji cəhətdən əlverşli, yəni özünə və ətrafındakılarına ziyan vurmamaqla hərəkət etmək.

Göründüyü kimi, burada ilk baxışdan mürəkkəb görünə biləcək bir şey yoxdur. Hər bir qeyri-konstruktiv ifadənin qarşılığını tapmaq olar, yetər ki, istək olsun. / Moderator.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri