Icma.az
close
up
RU
Yaxşı olardı ki, Taleh Bağırzadə Ermənistan rəhbərliyinin İraana səfəri zamanı aclıq edərdi

Yaxşı olardı ki, Taleh Bağırzadə Ermənistan rəhbərliyinin İraana səfəri zamanı aclıq edərdi

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Radikal dini qruplaşmalar yaratmaq, dövlət əleyhinə cinayətlər törətməkdə ittiham olunaraq həbs edilən Taleh Bağırzadənin İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri barədə yayılan xəbərlərə etiraz əlaməti olaraq aclıq aksiyasına başladığı bildirilir.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı münasibətini bildirən "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı deyib ki, Taleh Bağırzadənin aclıq aksiyasına başlamaq sifarişi İrandan verilib:
"Heç kimə sirr deyil ki, cənub qonşumuzda Azərbaycanla İran arasında münasibətlərin inkişaf etməsinə əngəl olmağa çalışan kifayət qədər qüvvələr var. Həmin qüvvələr Taleh Bağırzadə kimilərindən məharətlə istifadə edərək Bakı ilə Tehran arasında münasibətlərə mümkün qədər kölgə salmaq, zərbə vurmağa çalışırlar. İran prezidentinin Azərbaycana baş tutan uğurlu səfərindən sonra həmin qüvvələr daha da fəallaşıblar və əsas məqsədləri iki ölkə arasında gərginliyi pik həddə çatdırmaqdır. Bu məqsədlə də Taleh Bağırzadə kartından istifadə edirlər".
Arzuman Muradlının sözlərinə görə, yaxşı olardı ki, Taleh Bağırzadə 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlayan, xalqımıza qarşı terror və soyqırım həyata keçirən Ermənistan rəhbərliyinin İrana səfərləri zamanı da anoloji addımı atar və aclıq aksiyası keçirərdi:
"Yaxud İran rəsmiləri dəfələrlə Ermənistana səfər edib, Qarabağ müharibəsi zamanı Tehran İrəvan üçün nəfəslik rolunu oynayıb, işğalçı ölkəni zəruri hər şeylə təmin edib. Ancaq təəssüflər olsun ki, həmin ərəfədə Taleh Bağırzadə kimilərinin səsi çıxmayıb, nəinki aclıq edib, adi etiraz bəyanatı yaymayıblar. İndi onun Netanyahunun səfəri barədə yayılan xəbərlərə etiraz əlaməti olaraq aclıq etməsi bunun bir təxribat olduğunu və həmin təxribatın sifarişinin də məhz İrandan gəldiyini deməyə əsas verir".
Arzuman Muradlı onu da deyib ki, İsrail baş nazirinin Azərbaycana səfərinin təxirə düşməsindən yalnız iki dövlət məmnun qalıb:
"Onlardan biri İran, digəri isə Ermənistandır. Deməli buradan belə bir nəticəyə gəlmək olar ki, Taleh Bağırzadənin bu addımı həm İran, həm də Ermənistanın maraqlarına xidmət edir".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 May 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri