Icma.az
close
up
RU
Yaxşıya yaxşı, pisə pis... Rusiya hazırda Azərbaycana qarşı sərgilədiyi hərəkətə uyğun reaksiya alır

Yaxşıya yaxşı, pisə pis... Rusiya hazırda Azərbaycana qarşı sərgilədiyi hərəkətə uyğun reaksiya alır

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Əvvəlki SSRİ dönəmində Azərbaycanın bütün sərvətləri talanıb, Moskvaya aparılırdı. Moskva həmin puldan digər başqa ölkələrə respublikalara pul göndərirdi. Azərbaycanın neftini və qazını satıb xərcləyir, Azərbaycana çox az bir hissəlik büdcə verilirdi. Ancaq müstəqillik qazanandan sonra Azərbaycan qısa müddətdə, 30 ildə tam dəyişdi, inkişaf elədi. Həm iqtisadiyyatı, həm siyasəti, həm kəndlərimiz, həm də şəhərlərimiz abadlaşdı və gözəlləşdi. Bütün bunların nəticəsində Azərbaycan müstəqildir, yeraltı sərvətləri xalqa məxsusdur və inkişafımız var. Bunun sayəsində ordumuz gücləndi və biz torpaqlarımızı, erməni düşmənlərindən azad etdik, ərazi bütövlüyünü təmin etdik, suverenimizi bərpa etdik”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Elşad Həsənov danışıb. Politoloq qeyd edib ki, bütün bunlar təbii olaraq, köhnə Rusiya siyasilərini qıcıqlandırır və Rusiya bu gün də bizdən “bac” almaq istəyir.

Elşad Həsənov

“Müharibə aparır, artıq imkanları yoxdur. İqtisadi cəhətdən artıq çökür, əhalisi pis gündədir. Müharibəyə, trilyon dollarla vəsait gedir, xərclənir. Ağıllı dövlət başçısı olsaydı, həmin o trilyonları xalqına, öz ölkəsinin inkişafına, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldərdi. Bu gün Rusiyada pensiyaçılar və təqaüdçülər 18000 rubl alar, 18000 rubla da yaşamaq mümkündür? Yəni heç cürə mümkündür. Artıq bu haqda sosial şəbəkələrdə yazılar gedir. Yəni artıq Rusiyanın daxilində narazılıqlar başlayıb. Deputatlar arasında artıq narazılıqlar başlanıb. Altay vilayətində 10 minlərlə insan mitinqə çıxıb, öz narazılıqlarını bildirirlər. Digər vilayətlərdə olan milli azlıqlar şikayət edirlər, narazılıqlarını bildirirlər. Rusiyada artıq çökmə gedir”-deyə politoloq bildirib.

Elşad Həsənov qeyd edib ki, Rusiya ona yaxşı olan, yaxşı münasibət saxlayan Azərbaycana qarşı sərgilədiyi hərəkətə görə də cavabını alırlar. Politoloqun fikrincə, Azərbaycan Rusiyadan kiçik ölkə olsa da, öz qürurumuzu və öz mənliyimizi qoruyub saxlayır, adekvat cavablar veririk. Elşad Həsənov deyir ki, Azərbaycan Rusiya ilə münasibətlər pisləşməsini istəmir və bunu yaradanlar Rusiyada olan revanşist qüvvələrdir, bu gün digər milli azlıqlara qarşı Rusiyada problem yaradanlar və onları 3-cü sort adam sayanlardır.

“Biz istəyirik ki, Rusiyada yaşayan soydaşlarımız normal yaşasınlar. Bu gün biz görürük ki, məhz Azərbaycana görə, Azərbaycan dövlətinə görə, Azərbaycanın apardığı müstəqil siyasətə görə Azərbaycana heç nə edə bilmirlər. Azərbaycana təsir gücləri yoxdur. Onların indiyə qədər təsir gücü "Dağlıq Qarabağ" məsələsi idi. Azərbaycanın apardığı düzgün siyasət nəticəsində bu məsələ həllini tapdı, münaqişə bitdi. Həmin münaqişədən Rusiya Azərbaycana qarşı istifadə edirdi və öz hegemonluğunu da göstərdi. Bütün bunlar Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində bitdi, yekunlaşdı. Azərbaycanda onların digər hansısa bir təsir rıçaqları yoxdur. Bu səbəbdən də, bu gün onlar Azərbaycan iş adamlarını incidirlər və əmlaklarını yağmalayırlar. Yəni reketlik edirlər. Bu gün müharibəni aparmağa artıq gücləri çatmır. Bu səbəbdən də azərbaycanlılar, özbəklər, qazaxlar, taciklər və digərlərinin əmlaklarını yağmalıyırlar. Rusiya parlamentində deputatlar bildirirlər ki, oliqarxlar öz var dövlətini hökumətə verməlidir və müharibədə xərcləməlidir”-deyən politoloqun fikrincə, Rusiyanın apardığı siyasət məhz özünü məhvə aparır.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 İyul 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri