Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Yaxşıya yaxşı demək haqq işidir…

Yaxşıya yaxşı demək haqq işidir…

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

29 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 18 elm sahəsi üzrə  56 iddiaçıya elmi dərəcə və elmi ad verildi. Çox sevinirəm ki, bu iddiaçılar arasında mən də var idim və çoxdan arzusunda olduğum, gərgin zəhmətimin, yuxusuz gecələrimin bəhrəsi olan  filologiya elmləri üzrə fəlsəfə doktoru diplomumu aldım. Deyim ki, bu, həyatımın ən xoş günlərindən biri idi və həmin an keçirdiyim  hisslərin təsvirini  heç indi də söz  tapıb yaza bilmirəm.  Qeyd edim ki, bu arzum gerçəkləşməyə də bilərdi, əgər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Famil Mustafayevin prinsipial mövqeyi, məsələyə operativ müdaxiləsi olmasaydı.

Etiraf edim ki, keçdiyim elmi-yaradıcılıq yolu uzun, həm də  çətin oldu. Hər şeydən əvvəl, aktiv jurnalistikadan elmi yaradıcılığa keçidlə bağlı bir çox mərhələləri adlamalı oldum. Düzü, 2018-ci ildə Lənkəran Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə dissertanturasına qəbul olunanda qət edəcəyim yolun bu  qədər narahat olacağını xəyalıma gətirməmişdim. Tələb olunan imtahanları uğurla verdikdən sonra AMEA-nın Nizami adına Ədəbiyyat İnstitunda “Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyasında milli yaddaş və onun yaratdığı milli özünüifadə ənənəsi” mövzusunda dissertasiya işini  müvəffəqiyyətlə müdafiə etdim. Sevindim ki, nəhayət qət etdiyim yolun sonuna gəldim. Amma bu sevincim  AAK-dan ünvanıma  bildiriş gələnə qədər davam etdi. Bildirişdə  daha bir beynəlxalq konfrans materialını təqdim etməyimin vacibliyi, əks təqdirdə işimə baxılmayacağı yazılmışdı. Qeyd edim ki, elmi-tədqiqat işimlə bağlı 30-dan artıq  elmi məqalə və tezis təqdim etmişdim, onların arasında beynəlxalq konfrans materialı da  var idi və əgər belə olmasaydı, sözsüz ki, müdafiəyə buraxıla bilməzdim. Məsələyə aydınlıq gətirmək üçün AAK-ın sədri, prof. Famil Mustafayevin qəbuluna yazıldım.

Prof. Famil Mustafayev qəbul zamanı məni  səbrlə, təmkinlə dinlədi, izah etdi ki,  vaxtı ilə tezis  çap etdirdiyim elmi nəşrlər hazırda AAK-ın siyahısından çıxarılıb, daha nüfuzlu beynəlxalq konfransda iştirakım, tezis çap etdirməyim mütləqdir. Famil müəllim hansı elmi nəşrlərin, konfransların etibarlı olduğunu  açıqladı, bir neçə nüfuzlu nəşrin adını sadaladı.  Bu təmkini ilə məni inandırdı ki, məqsəd imtina deyil, sənədlərimin tam qaydasında olmasıdır. Onunla söhbətdən sonra duyduğum bütün həyacan, narahatlıq yox oldu. Təbii ki, tələb olunanlara əməl etdikdən sonra təqdim etdiyim elmi tezis qəbul olundu. Niyə təffərrüatı ilə yazıram?  Ümumi sözlərlə kifayətlənsəm, yazdıqlarım düzgün başa düşülməyə də bilər. Əslində diplom alandan sonra AAK barədə, onun sədri prof.Famil Mustafayev haqqında müsbət fikirlərimi başqa mənalarda yozmağın məntiqi əsası yoxdur. Bu, sadəcə minnətdarlıqdır, təşəkkür duyğularıdır ki, kiminsə yazmağı lazımdır. Ona görə ki,yaxşıları yaxşı tanıyaq, tanıdaq, zamanında yaxşıya yaxşı deməyi bacaraq. Həm də ona görə ki, geniş ictimaiyyət, yolu AAK-dan keçməyənlər də bilsin ki, prof. Famil Mustafayev yerində olan elm adamıdır. Sözsüz ki,  hər kəs yerində olsa, cəmiyyətdə çox problemlərimiz həllini tapar, bu qədər əlavə narazılıqlar, narahatlıqlar yaşanmaz, süründürməçilklər aradan qalxar.

Qeyd edim ki, bir iddiaçı kimi  iki dəfə Famil Mustafayevin qəbulunda oldum.  Famil müəllimin yüksək mədəniyyətə sahib olduğunun şahidi oldum,   iddiaçılarla  möhkəm səslə danışdığını,  kiminsə sözünü kəsdiyini, etinazsız yanaşdığını görmədim. Vaxt məhdudiyyəti qoymadan hər birimizi səbrlə, təmkinlə dinlədi. Diplomla bağlı imtina verilənlərə  belə bunu  aydın, konkret faktlarla izah etdi, qarşısındakına sübut etdi ki, imtinaya səbəb nədir. Yeri gəlmişkən, hazırda imtinanın ən əsas səbəbi plagiatlıqla bağlıdır.

Bir iddiaçı kimi prof. Famil Mustafayevlə  görüşlərim onu mənə  işıqlı insan kimi tanıtdı. Prof. F. Mustafayevin obyektivliyi, qərəzsizliyi, təmənnasızlığı, operativliyi, ən əsası, səmimiliyi, müsahiblərinə diqqəti hər cür bayağı tərifdən çox yüksəkdə dayanır. Yeri gəlmişkən qeyd edim ki,  prof. Famil Mustafayev iqtisadçı alim olsa da  poeziya duyumu da yüksəkdir, klassik ədəbiyyatımızın vurğunudur. Elmi-tədqiqat işimin M.Şəhriyarın anadilli yaradıcılığı ilə bağlı olduğunu biləndə şairin əsərlərindən söz acdı,  “Heydərbabaya salam” poemasından bir iki bənd əzbər  dedi, Şəhriyarı çox sevdiyini bildirdi. Söhbət zamanı dissertasiya müdafiəmin çox zaman aldığını, koronovirus pandemiyası və Azərbaycan ədəbiyyatı ixtisasında  uzun növbə səbəbindən yubandığımı dedim,  AAK-ın Beynəlxalq konfransdan yeni tezis tələbinin məni bir az da gecikdirəcəyini bildirdim, araya salıb: “Heydərbaba, ağacların ucaldı, amma heyif cavanların qocaldı” misralarını da əlavə etdim. Famil müəllim ürəkdən gülərək: “Narahat olma, get tez yaz, tez çap etdir, biz sənə bu şansı yaradırıq”- dedi. Dedi və etdi. Yüksək postlarda çalışan çox az adam tanıyıram ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev kimi  sözü ilə əməli üst-üstə düşsün, insanlara bu qədər həssaslıqla yanaşsın.

Diplomların təqdimetmə mərasimindəki çıxışında prof. Famil Mustafayev qurum rəsmisi kimi təkcə uğurlardan söz açmadı, Azərbaycan elminin qarşısında duran vəzifələrdən,  həllini gözləyən çox problemlərdən danışdı, fikir mübadiləsi etdi, təkliflərimizi dinlədi, suallarımızı cavablandırdı, ən əsası,  sevincimizə şərik oldu,  isti sözlərlə təbrik edərək yeni uğurlar arzuladı.

AAK-ın sədri, prof. Famil Mustafayev haqqında yazdıqlarım birmənalı qəbul olunmaya da bilər. Olsun. Hər kəsin mövzuya öz baxış bucağı var. Mən prof. Famil Mustafayevi iş prosesində qərəzsiz, tərəfsiz, təmənnasız insan kimi gördüm, belə tanıdım və elə o cür də təqdim etməyə çalışdım.

Esmira İsmayılova

Filologiya üzrə fəlsəfə doktoru.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see464

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see433

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see307

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see304

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see258

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see247

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see241

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see236

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see230

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see224

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see216

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see214

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see213

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see212

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see210

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see198

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see195

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see193

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri