Icma.az
close
up
RU
Yay bitdi, acı xatirəsi qaldı: 79 boğulma faktı Dövlət Xidmətindən ÇAĞIRIŞ

Yay bitdi, acı xatirəsi qaldı: 79 boğulma faktı Dövlət Xidmətindən ÇAĞIRIŞ

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Yay mövsümü artıq başa çatıb. İnsanlar dənizdən, çaydan, göldən uzaqlaşıb gündəlik həyat tempinə qayıdıb. Amma rəqəmlər göstərir ki, arxada qoyduğumuz üç ay - iyun, iyul və avqust təkcə istirahət deyil, eyni zamanda faciələrlə də yadda qalıb. Cəmi bu üç ay ərzində ölkədə 79 nəfərin suda boğulması ilə bağlı müraciət daxil olub. Bu, hər üç gündə bir insanın həyatla vidalaşması deməkdir. Və bu rəqəmlər sadəcə statistika deyil, hər biri bir ailənin dağılan dünyası, geridə qalan bir ömürlük ağrıdır.

İndi payızın astanasındayıq, amma unutmayaq: təhlükə mövsümi deyil. Yay yenidən gələcək, hava yenə isinəcək, insanlar yenidən su hövzələrinə üz tutacaq. Əgər bu gündən tədbir görməsək, maarifləndirmə aparmasaq, eyni səhlənkarlıq və etinasızlıq davam edərsə, gələcək yayda da eyni faciələrlə üz-üzə qala bilərik.

Bəs gələn yay boğulma hallarını minimuma endirmək üçün nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət, Sulardan Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Aqşin Əlili bildirdi ki, FHN çimərlik mövsümü öncəsi, çimərlik mövsümü başlamazdan əvvəl kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edərək vətəndaşlara, əhaliyə müraciət edir ki, çimərlik seçimində diqqətli olsunlar:

"Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini və bu kimi yerlərdən istifadənin təhlükəli olduğunu göstərir. Eyni zamanda, xüsusən bölgələrimizdə uşaq və yeniyetmələrin valideyn nəzarətindən yayınaraq çimərlik olmayan suvarma kanalları, çaylar, süni göllər, su anbarları, su arxları və digər bu kimi su tutarlarından istifadə halları müşahidə olunur ki, bu da sonda acı nəticələrə səbəb olur. Həmçinin qeyd etmişik ki, nəzarət olunmayan, yəni xilasediciləri olmayan çimərliklər, o cümlədən bölgələrimizdə çimərlik statusu daşımayan su hövzələri mürəkkəb relyefə, sürətli axına, məhdud görünüşə və digər təhlükəli xüsusiyyətlərə malikdir. Bu cür hövzələrdən istifadə edən şəxslərin həyat və sağlamlığı ciddi təhlükə altındadır. Odur ki, vətəndaşlar diqqətli olmalı, lap əvvəlcədən dediyim kimi xilasedicilərin olduğu çimərliklərdən istifadə etməlidirlər.

Mən bir statistik məlumat da səsləndirmək istəyirəm: cari ildə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 66 nəfər suda boğulma təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib və Xidmətin nəzarətində olan çimərliklərdə ölümlə nəticələnən suda batma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər də onu deməyə əsas verir ki, həqiqətən də çimərlik seçimində diqqətli olmalı, yalnız xilasedicilərin olduğu çimərliklərdən istifadə etməliyik. Belə olan halda, suda batma riski yarandıqda, xilasedicilər dərhal müdaxilə edə və vətəndaşları sudan çıxara bilərlər".

Şöbə rəisinin sözlərinə görə, çimərliklərdən təhlükəsiz istirahət üçün hava şəraiti və günün saatları da mühüm əhəmiyyət kəsb edir.

"Belə ki, bəzi vətəndaşlar hava qaraldıqdan sonra çimərliyə gəlir və suya girirdilər. Biz bildirirdik ki, hava qaraldıqdan sonra suya girmək təhlükəlidir. Bununla yanaşı, küləkli havada, dalğalı dənizdə suya girən vətəndaşlarımız da olurdu. Spirtli içki qəbul edərək sərxoş halda suya girənlər də az deyildi. Bu hallarla bağlı müxtəlif çağırışlar etmişik. Lakin suda boğulmanın ən əsas səbəblərindən biri, birmənalı olaraq, xilasedici olmayan çimərlik ərazilərindən istifadədir. Mən tövsiyə edirəm ki, gələn il vətəndaşlarımız daha diqqətli olsunlar, xilasedicilərin olmadığı çimərliklərdən istifadə etməsinlər, çimərlikdə istirahət zamanı uşaqları nəzarətsiz buraxmasınlar, spirtli içki qəbul edərək sərxoş halda suya girməsinlər və çimərliklərdə tətbiq olunmuş qaydalara, həmçinin xilasedicilərin çağırışlarına mütləq əməl etsinlər. Bu zaman biz suda batma hallarını minimuma endirə bilərik", - deyə Aqşin Əlili bildirdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Sentyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri