Icma.az
close
up
RU
Yay mövsümü üçün praktik kükü resepti

Yay mövsümü üçün praktik kükü resepti

Icma.az, Milli.az saytına istinadən bildirir.

Çölü qızılı rəngdə xırçıltılı, içi isə kabaçki, ağ pendir və təzə göyərtilərlə yumşaq qalan bu kükü resepti mövsümün ən sevilən tərəvəzlərini praktik bir ləzzətə çevirir. Sarımsaqlı qatıqla birlikdə süfrəyə gəldikdə ləzzəti ikiqat artan bu resept həm səhər yeməyi, həm də axşam yeməyi üçün əla seçimdir.

Milli.Az lazım olan ərzaqları təqdim edir:

2 ədəd orta boy kabaçki (bağa balqabağı)

2 ədəd yumurta

100 qr ağ pendir (əzilmiş)

1 ədəd orta boy soğan

Yarım dəstə cəfəri, 5-6 yarpaq təzə nanə

1 çay qaşığı duz, yarım çay qaşığı qara istiot, 1 çay qaşığı pul bibər

1-1,5 stəkan un

Qızartmaq üçün: Təxminən 2 stəkan bitki yağı

Hazırlanması:
Kabaçkiləri rəndələyin və sıxaraq artıq suyunu tamamilə çıxarın. (Bu addım kükünün dağılmaması üçün çox vacibdir).

Soğanı rəndələyin, cəfəri və nanəni incə-incə doğrayın.

Dərin bir qabda kabaçki, soğan, doğranmış göyərtilər və əzilmiş ağ pendiri birləşdirin. Yumurtaları, duz və ədviyyatları əlavə edib qarışdırın.

Unu kontrollu şəkildə əlavə edin. Qaşıqla götürülə biləcək, qatı bir qarışıq hazırlayın.

Tavada yağı qızdırın. Qarışıqdan bir xörək qaşığı götürüb tavaya qoyun və qaşığın arxası ilə yüngülcə basaraq yastılaşdırın.

Orta odda hər iki tərəfi qızılı rəng alana qədər qızardın.

Hazır olan kükünü kağız salfet üzərinə qoyaraq artıq yağını süzün və sarımsaqlı qatıqla isti-isti servis edin.

Kabaçkinin suyunu yaxşıca sıxmaq kükünün daha çıtır olmasını və yağ çəkməməsini təmin edir.

Xəmir nə çox sulu, nə də çox bərk olmalıdır. Qaşıqla tavaya qoyulacaq teksturada olması kifayətdir.

Xəmiri hazırladıqdan sonra 10-15 dəqiqə gözlətsəniz, ərzaqlar bir-birinə daha yaxşı bağlanar.

Yağın kifayət qədər qızmış olmasına diqqət edin. Soyuq yağa qoyulan kükü çox yağ çəkə bilər.

Əgər qızartma istəmirsinizsə, yağlı kağız sərilmiş soba qabına qaşıqla düzüb sobada və ya "airfryer"də də bişirə bilərsiniz.

Nuş olsun!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 İyun 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri