İmsak üçün uzun müddət tox tutan kükü resepti
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yumurta imsakda ən vacib protein mənbəyidir. Lakin hər gün eyni şəkildə qaynadılmış yumurta yeməkdən sıxılanlar üçün bu kükü resepti həm ləzzətli, həm də praktik bir alternativ təqdim edir.
Milli.Az lazım olan ərzaqları nəzərinizə çatdırır:
10 ədəd bərk qaynadılmış yumurta
1 çay stəkanı süd
2 dolu xörək qaşığı suxarı
100 qram duzsuz ağ pendir
2 ədəd çiy yumurta (qarışdırmaq üçün)
Yarım dəstə xırda doğranmış cəfəri və şüyüd
Ədviyyatlar: Duz, qırmızı toz bibər, zirə (kimyon), istiot
Qızartmaq üçün: 1,5 su stəkanı bitki yağı
Hazırlanma qaydası:
Qaynadılmış yumurtaları geniş bir qaba sürtgəcdən keçirin.
Sürtgəcdən keçmiş yumurtaların üzərinə südü, suxarı və bütün ədviyyatları əlavə edin.
Xırda doğranmış cəfəri, şüyüd, əzilmiş ağ pendir və 2 ədəd çiy yumurtanı da əlavə edərək yaxşıca qarışdırın.
Qatı konsistensiyalı bir xəmir əldə etdikdən sonra əlinizlə və ya qaşıqla yastı, yuvarlaq küftə forması verin.
Tavada yağı yaxşıca qızdırın. Kükünü hər iki tərəfi qızılı rəng alana qədər qızardın.
Artıq yağın çəkilməsi üçün kağız dəsmalın üzərinə düzün və isti halda servis edin.
Lalə Qüdrətova
Milli.Az
Baxış sayı:241
Bu xəbər 28 Fevral 2026 07:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















