Icma.az
close
up
RU
Yay ola, yaylaq ola...

Yay ola, yaylaq ola...

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətən hənirli dağlarımıza baxıram, ürəyim dağa dönür. Ulu Vətən dağlarının eşqi, cazibəsi nə gözəldir,Tanrım! Vətənsiz nə ömür-gün, nə həyat eşqi?! Yad ölkənin ocağı Vətən ocağının istiliyinin yerini verməz. Qısa ömrümüz ərzində Vətənlə nəfəs alırıq, Vətən ocağının istisinə isinirik, Vətən eşqi ilə yaşayırıq.

Vətənimiz ilin hər fəslində gözəl olur. İllər ötür, fəsillər və nəsillər dəyişir. Bəlli zaman kəsiyində qış, yaz, yay, payız öz yerini tutur. Fəsillərin və nəsillərin bir-birilə əvəzlənməsi təbii əvəzlənmədir. Yay fəslində ellərimizin aran köçü, dağ köçü, yaylaq nişanı bugünümüzdə də yaşayır. Amma necə? Tarixin yazılı və yazısız soraqlarında, insanların yaddaşında gözəl yaylaq adətlərimiz vardı. Yaylaq mədəniyyətimiz qədim bir xalqın etnoqrqfiyasıdır.

Mən Borçalı mahalında doğulmuşam. Orada boya-başa çatmışam, ana yurdumuzda pöhrələnmişəm. Adət-ənələrimizin gözəlliyini də orada görmüşəm. Dilimizin saflığını, ilkinliyini də ulu babalarımdan, nənələrimdən öyrənmişəm. Hələ də ana yurdumda qatı açılmamış o qədər folklor nümunələri var ki... Yaylaqlarımızın hər qarışında, hər addımında zəngin tarix yatır.

Yaylaqlarda keçən günlərimiz yaxşı yadımdadır. Köç ərəfəsində cecim və gəvələr, marfaşlar yorğan-döşəklərlə arabalara yüklənərdi. Yayın isti nəfəsilə, köç yolunda adamların şən səsilə arandan yaylağa köç karvanı gedərdi. Kəndimizdə ailələr həm çılpaq dağlarda öz dədə-baba yurdlarında, həm də meşəli dağların qoynuna köç edib 3 ay yayı binə qurardılar. Binələrdə mal-qara saxlamaq üçün həmişə münbit şərait olurdu. Həm də meşədə moruq, yemişan, itburnu, zoğal və başqa giləmeyvələr çox olurdu.

Tək-tük ailələr, o cümlədən də bizim ailəmiz payızın son ayına kimi binələrdə qərar tuturdular. Meşələrin payızı daha çox xoşuma gəlirdi. Qoz, fındıq, fıstıq o zaman yetişirdi. Anamla biz qoz ağaclarından tökülən şıldırları (yetişmiş qoz) yel əsəndə yığmaq üçün səhər erkəndən gedərdik. “Yel əsib qoz tökülür” məsəli belə yaranıb.

Payız binələrinin sakinləri səhər erkəndən axşam qaş qaralanadək çöllərdə olurdular. Bayırdan əl-ayaq yığışandan sonra həyət-bacada hər kəs öz işi ilə məşğul olurdu. Hərə öz dəyəsinin qarşısında ocaq başında oturardı. Biş-düşdən sonra yaylaq qonşularının könüllərdə sevinc doğuran ocaqbaşı söhbəti başlayardı. O söhbətlər danüzünədək uzanardı. Onların xoş ünsiyyəti ailədə, qonşuluqda bəlli idi. Binə qonşularımız həmişə səmimi, sədaqətli adamlar olurdu. Uzun illərdən sonra görüşəndə də həmişə eyni açıq üzlə, xoş niyyət və xoş sifətlə qarşılayardıq bir-birimizi.

Binə qonşuluğu-yaylaq qonşuluğunda o qədər məğrur, mərd, alicənab və səxavətli insanlar gördüm. Kasıb olsalar da, insanların gözü tox idi. Arandan yaylağa qonaq gələndə alaçıqda süfrə açar, geniş ürəklə qonağı qəbul edərdilər. Arandan sovqat gələndə imkanlı qonşulardan imkansızlara pay düşərdi. Bu, qonşular arasında elə şirin ülfət yaradırdı, ürəklərə elə mehribanlıq çiləyirdi ki... Qonşular arasında qırılmaz doğmalıq bağları yaranırdı.

Ömrünün çox hissəsini yaylaqlarda keçirən insanlar yurdun dağ vüqarını özündə saxlayır, uzunömürlü olurdular. O dağlar, o dağ çayları, sıx ormanlar, göllər, çöllər təbiətin yaratdığı möcüzəli rəsmlər olmaqla yanaşı, suyu, havası can dərmanıdır. Ona görə də yaylaq adamları–dağ adamları sağlam yaşa dolurdular. Mən bir ömür boyu atamın və anamın timsalında bunun canlı şahidi oldum. Ömürlərinin sonunadək nə xəstələndilər, nə də yatağa düşdülər. Yaşının ahıl çağında atam rahatlıqla özümüzün mal-heyvanımızı dağda, bağda otarırdı, enişi enir, yoxuş qalxırdı.

Onların ömrü sərin sulu dağ çeşməsinə bənzəyirdi. Qayaların üstündən zamanın ötüşməsi ilə onların yaşının üstünə yaş gəlməsi arasında da bir oxşarlıq görürdüm. Dağ çeşmələrinin suyu qayalardan sızıb üzə çıxırdı. Çeşmələrin gözündən nur tökülürdü, şəffaf suyundan ovuc-ovuc su içəndə atamın üzü gülürdü.

Mən onda başı kəkilli, aşırmalı şalvar geyinən, hər yerdə gözəllik axtaran bir uşaq idim. Meşələrin zümrüd qoynundakı gözəllikləri gözlərimə köçürürdüm. Ucsuz-bucaqsız meşələrdə ilan kimi qıvrılan cığırlarda tək gəzib dolaşanda bəzən itib azardım. Amma vəhşi heyvanların hucumuna tuş gələcəyimi ağlımın ucundan keçirmədiyimə görə, qorxunun nə olduğunu bilməzdim. Müharibənin odundan-alovundan sağ çıxmış atamdan və kişi şücaətli anamdan o yaylaqların qoynunda keçən uşaqlıq illərimdə çox şey öyrəndim.

Gecənin bir aləmində “Saymaz” adlı itimizin səsi gələndə yalquzaqların bağrı yarılardı. Mal-heyvanımızın xalxalına yaxın düşə bilməzdi. Heyvanların pəyəsinə hücum etməkdən çəkinirdilər.

Gözəl yay səhərlərinin birində Qızılqayada, Daşlı Gəzdəkdə, Tənəklidə, Əzgillidə fındıq çubuqlarından dəyə qurduğumuz – yuva qurduğumuz çağlar könlümün zirvəsində qərar tutub.

Neçə illərdi dağlardan ayağımız kəsilib. Bu illərin üstündən neçə-neçə həsrət adlayıb. Həsrət çəkən ürək də kövrəkləşir, insan da... Təəssüf ki, hər zaman imkanla istək bir yerdə olmur. Şair gözəl deyib:

Yay olanda bir yaylaqda olasan,
Narın-narın yağış səpə, çən gələ...

Həzi HƏSƏNLİ,
şair-publisist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tünzalə Ağayeva imicini dəyişdi “Xınalı qız”

28 May 2026 11:52see205

İnşaatda yeni dövr başlayır: Poladdan yüngül, zəlzələyə və suya davamlı yeni material gəldi

28 May 2026 00:38see198

28 May Respublika Günü qeyd olunur

28 May 2026 01:18see197

Robertson “Tottenhem”ə keçir: “Yuventus” gecikdi

28 May 2026 01:26see188

“Bayer” transferi rəsmiləşdirdi

28 May 2026 21:03see185

İrandakı müharibə Toyota ya zərbə vurdu: 83 min avtomobil...

28 May 2026 02:31see184

Rəqsanənin kiçik qzından diqqət çəkən PAYLAŞIM: Hamı gedəndə belə...

28 May 2026 13:59see173

Bu əlamət insultun xəbərçisidir

29 May 2026 05:01see172

Rus ordusu Xersonu vurdu: ata öldü, xanımı və qızları isə...

27 May 2026 23:59see170

Yağış, dolu, 31° isti…

28 May 2026 13:40see167

Macarıstan Ukraynaya silah və hərbi texnika göndərməyəcək FOTO

28 May 2026 23:58see165

Niyə parlaq yuxulardan sonra özümüzü yorğun hiss edirik? Alimlərin cavabı

28 May 2026 18:30see163

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

29 May 2026 01:24see161

İsrail ordusu Qəzzada binaya zərbə endirib: 7 ölü, 18 yaralı

28 May 2026 01:24see161

ABŞ də 28 May münasibətilə bəyannamə imzalandı

28 May 2026 19:32see161

Ermənistanda seçki öncəsi gərginlik: Paşinyan nədən narahatdır?

28 May 2026 15:59see156

Qızımın səsi var, amma o siyasəti seçdi

29 May 2026 00:36see152

Fuad Muradov Edinburq Universitetində görüş keçirdi FOTOLAR

28 May 2026 16:01see151

Bu sadə vərdişlərlə beyniniz CAVAN QALACAQ

29 May 2026 04:05see148

Süni intellekt riyaziyyatda yeni uğurlar qazandı İnsan bacara bilməmişdi

28 May 2026 05:49see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri