Icma.az
close
up
RU
Tramp müharibənin bitdiyini elan etdi

Tramp müharibənin bitdiyini elan etdi

Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında uzun müddətdir davam edən gərginliyin sona çatmasına doğru mühüm irəliləyiş əldə olunduğunu bildirib. Onun sözlərinə görə, tərəflər arasında böyük kompromis əldə edilib və yekun saziş yaxın günlərdə Avropada imzalana bilər.

Sfera.az xəbər verir ki, ilkin razılaşma layihəsində atəşkəsin 60 gün uzadılması, Hörmüz boğazının beynəlxalq gəmiçilik üçün açılması, İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqların davam etdirilməsi, bəzi ABŞ sanksiyalarının yumşaldılması və beynəlxalq monitorinq mexanizminin yaradılması nəzərdə tutulur. Tramp sazişin əsas şərtinin İranın nüvə silahı əldə etməməsi olduğunu vurğulayıb.

İran Xarici İşlər Nazirliyi sazişin imzalanacağı tarixlə bağlı məlumatları təsdiqləməyərək yekun qərarın hələ verilmədiyini açıqlayıb. Bununla belə Tehran danışıqlar mətninin böyük hissəsinin razılaşdırıldığını bildirib.

Məlumata görə, Qətərin vasitəçiliyi ilə aparılan danışıqlarda dondurulmuş İran aktivlərinin azad edilməsi, Hörmüz boğazının açıq saxlanılması və nüvə proqramı üzrə danışıqların çərçivəsi kimi məsələlərdə irəliləyiş əldə olunub. Yekun qərarın İranın ali rəhbərliyi tərəfindən veriləcəyi gözlənilir.

İsrail isə razılaşmaya ehtiyatla yanaşaraq İranın nüvə və raket proqramlarının daha ciddi məhdudlaşdırılmasını tələb edir.

Mümkün saziş xəbərləri dünya bazarlarına da təsir göstərib: fond indeksləri yüksəlib, neft qiymətləri isə ucuzlaşıb. Buna baxmayaraq, tərəflərin fərqli mövqeləri səbəbindən diqqətlər Tehranın yekun qərarına yönəlib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://dogru.az
archiveBu xəbər 13 İyun 2026 02:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see554

Təhsil kreditində böhran siqnalı: “İflasa uğrayıb”

04 Avqust 2026 11:52see359

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see306

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see300

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see267

Nəriman Həsənzadənin Elçibəyə yazdığı şeiri üzə çıxdı

04 Avqust 2026 08:26see261

“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq

04 Avqust 2026 15:41see250

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see232

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see220

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see216

Qvardiolanın gözü MLS in gənc ulduzundadır

04 Avqust 2026 19:33see210

Qarabağda minalar belə təmizlənir VİDEO

04 Avqust 2026 17:10see209

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see200

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see187

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see186

Sirr kimi saxlayırdılar, amma... Görüntüləri yayıldı ŞOK FOTO

04 Avqust 2026 16:48see183

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see182

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see178

Anar Babayev Naxçıvanın icra başçısı oldu

04 Avqust 2026 12:54see173

Tokayev Paşinyanı təbrik etdi: Ermənistanla bağlı mesaj verdi

04 Avqust 2026 14:14see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri