Icma.az
close
up
RU
“Yay yağışı” rapsodiyası

“Yay yağışı” rapsodiyası

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Səhər-səhər Sumqayıta narın yağış yağırdı. Üzeyir Hacıbəyli küçəsinin başlanğıcında dahi bəstəkarın xatirəsinə qoyulmuş “Royal” abidə kompleksinin açıq klaviaturasındakı ağ-qara, şirmayı dillərinə dəyən damlalar sanki bir “Yay yağışı” rapsodiyası çalırdı.

Burada 2010-cu ildə – bəstəkarın 125 illik yubileyi ərəfəsində abidə kompleksinin açılış mərasimi yadıma düşdü. Müəllifi Sumqayıtın baş rəssamı, heykəltaraş Vaqif Nəzirov olan, qara qranitlə üzlənmiş 12 metr hündürlüyə ucalan abidənin yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi işlənib. Bu sütunların üzərində Üzeyir bəyin barelyefinə, əks tərəfdə isə eyni fon üzərində tar, kaman və qavalın tökmə bürüncdən təsvirinə hamı heyranlıqla baxırdı. Nəfəs və xalq çalğı alətləri orkestrləri, vokalçılar ölməz bəstəkarın əsərlərini ifa etdilər. Onda da çiskin yağır, sanki “Xatirə” adlı musiqi bəstəsini məşq edirdi.

Mərasimdə belə bir fikir də səsləndi: “Görkəmli Azərbaycan bəstəkarları kəhkəşanında Üzeyir Hacıbəylinin ulduzu öz işığı ilə klassik Azərbaycan musiqisi tarixini nura qərq edən bütöv bir aləmdir”. İndi, 140 illik yubileyi ərəfəsində Üzeyir bəyin xatirəsi yenə də xeyli əziz tutulur, “Xatirə” bəstəsi də tam yetkinləşib. “Yay yağışı” isə tozu yatırır, nəhəng abidənin əlçatmaz yerlərini də işım-işım işıldadır.

Ağac çətiri altında durub musiqişünas qonşum, fəlsəfə doktoru, dosent Telman Qəniyevə zəng vururam. Binamız bura yaxındır. Çox keçmədən Telman müəllim gəlir. Dahi bəstəkarı yad edirik.

– Üzeyir bəyin üzünün nuruna parlaq musiqi uğurları qazanmışıq, – deyir. – O elə təməl qoyub və elə ilk qatları hörüb ki, üzərində neçə mərtəbə bina ucalsa, eyninə də gəlməz.

“Yay yağışı”nın son akkordları bizi işə-gücə uğurlayır. Telman müəllim hələ inişil Üzeyir bəyin tamaşaya qoyulan “O olmasın, bu olsun” musiqili komediyasının hazırlanmasında yaxından iştırak etdiyi Sumqayıt Dövlət Dram Teatrına gedəcəyini deyib sağollaşır. Mənsə Üzeyir Hacıbəyli küçəsinin digər başına – Sumqayıt dəmiryol vağzalına gəlirəm. Qatara minib bu dəfə də dəmir təkərlərlə relslərin ahəngdar sədalarına aludə oluram.

Həzin yağışlı, ritmik musiqili səhərlə başlanan gün uğurlu olar.

Ə.NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri