Icma.az
close
up
RU
Yayda dezodorant təhlükəsi: Alüminium tərkibli məhsullar risklər yaradır

Yayda dezodorant təhlükəsi: Alüminium tərkibli məhsullar risklər yaradır

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay aylarında artan temperatur və rütubət fonunda insanların ən çox müraciət etdiyi kosmetik məhsullardan biri dezodorantlardır. Satışa çıxarılan dezodorantların bir çoxunun tərkibində alüminium birləşmələr olur. Belə dezodorantların insan sağlamlığına zərər vurduğuna dair iddialar var. Bu da bir çox insanı alternativ məhsullara və təbii vasitələrə yönəldir.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən dermatoveneroloq Cavad Paşabəyli məhsul seçərkən diqqətli olmağı tövsiyə etdi.


Onun sözlərinə görə, insanlar antiperspirant və dezodorantlardan istifadə edərkən ilk növbədə öz dəri tiplərini nəzərə almalıdırlar. Həkim deyir ki, xüsusilə də atopik dermatit, psoriaz və digər həssas dəri problemləri olan şəxslər bəzi kosmetik maddələrə qarşı reaksiya verə bilər:


“Bu cür dəriyə sahib insanlar ətirli, spirtli və tər vəzi zəiflədici tərkibə malik məhsullardan istifadə etdikdə dəridə qızartı, qaşınma, qabıqlanma, səpgilər və digər allergik reaksiyalar müşahidə oluna bilər”.


Mütəxəssis xüsusi olaraq dezodorantların tərkibində olan alüminium duzlarının potensial təhlükəsinə diqqət çəkir:


“Alüminium duzları tər vəzilərini müvəqqəti bloklayaraq tərləməni azaldır. Lakin uzun müddət istifadəsi dəridə nəfəsalma qabiliyyətini zəiflədir, bu da bakteriyaların çoxalması və infeksiyaların yaranması üçün zəmin yaradır. Bu halda, "hidradenit" adlanan iltihabi xəstəlik inkişaf edə bilər. Bundan əlavə, bəzi elmi araşdırmalar alüminium tərkibli məhsulları süd vəzi xərçəngi riskilə əlaqələndirir. Bu səbəbdən də bu tip məhsullardan istifadə zamanı ehtiyatlı olmaq lazımdı”.


Təhlükəsiz alternativlər hansılardır?


Son dövrlərdə təbii tərkibli dezodorantlara tələbat artıb. Bitki əsaslı, soda və kokos yağı tərkibli məhsullar alüminium və digər kimyəvi qatqılardan uzaq olmaqla yanaşı, pis qoxunun qarşısını almaqda da təsirli ola bilər. Mütəxəssis bu alternativləri xüsusilə həssas dəriyə sahib şəxslərə məsləhət görür:


“Təbii tərkibli dezodorantlar dəriyə daha zərif təsir göstərir və uzunmüddətli istifadədə fəsad riski aşağıdır. Tərkibində soda, qarğıdalı nişastası, çay ağacı yağı, lavanda yağı olan məhsullar pis qoxunu neytrallaşdırmaq üçün effektiv sayılır”.


Tər ifrazını azaltmaq üçün istifadə olunan alternativ üsullardan biri də botoks inyeksiyalarıdır. C.Paşabəylinin sözlərinə görə, bu prosedur xüsusilə qoltuqaltı bölgəsində artıq tərləmədən əziyyət çəkənlər üçün effektiv və təhlükəsiz metod sayılır. Botoks vasitəsilə tər vəzilərinin fəaliyyəti müvəqqəti olaraq zəiflədilir. Nəticədə, 6-12 ay ərzində həmin nahiyədə tərləmə xeyli azalır. Bu metod kimyəvi məhsullara qarşı həssaslığı olan şəxslər üçün uyğun alternativ ola bilər.
Sonda mütəxəssis vacib bir detalı da vurğulayıb - tərləmə orqanizmin təbii müdafiə mexanizmidir və onun qarşısını tamamilə almaq düzgün deyil:


“Tərləmə bədənin temperatur tənzimləmə sistemidir. Onu tamamilə dayandırmaq əvəzinə, sağlam və təhlükəsiz üsullarla idarə etmək lazımdır. Hər məhsul hər kəs üçün uyğun deyil. Məhsul seçərkən tərkibi diqqətlə oxuyun və dəri tipinizə uyğun olanları seçin”.


Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri