Icma.az
close
up
RU
Berlində beynəlxalq konqresdə Orta Dəhlizin imkanları və Azərbaycanın strateji rolu müzakirə olunub

Berlində beynəlxalq konqresdə Orta Dəhlizin imkanları və Azərbaycanın strateji rolu müzakirə olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Berlin, 24 oktyabr, AZƏRTAC

Berlində keçirilən Almaniya Logistika Assosiasiyasının Təchizat Zənciri və Müştəri Təcrübəsi Konqresində (BVL Supply Chain CX 2025) Orta Dəhliz və Azərbaycanın bu layihədəki strateji roluna dair geniş müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Konqres çərçivəsində keçirilən “Yeni marşrutlar - yeni bazarlar: Orta Dəhliz Cənubi Qafqazda və Mərkəzi Asiyada iqtisadi inkişafın sürətləndiricisi kimi” adlı panel sessiyada çıxış edib.

Sessiyaya moderatorluq edən “LUNO-Group” şirkətinin baş icraçı direktoru Mirko Novak mühüm alternativ logistika imkanı təqdim edən Orta Dəhlizin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inkişafına töhfə verməklə yanaşı, Avropa ilə Asiya arasında mühüm iqtisadi-ticari körpü rolunu oynadığını vurğulayıb.

Səfir Nəsimi Ağayev isə çıxışında Azərbaycanın hələ 30 il əvvəl bugünkü Şərq-Qərb əlaqələrinin əsasını qoyan TRACECA təşəbbüsünün həmtəsisçilərindən olduğunu xatırladaraq, mühüm tranzit imkanları təqdim edən Orta Dəhlizin sabitliyin, enerji və nəqliyyat təhlükəsizliyinin rəmzinə, daha çox regional dəyər zəncirinin və sənaye inkişafının dayağına çevrildiyini vurğulayıb. Hazırkı qlobal qeyri-müəyyənliklər dövründə Orta Dəhlizin daha riskli marşrutlara alternativ kimi Avropa ilə Asiyanı birləşdirən etibarlı və təhlükəsiz yol təqdim etdiyi bildirilib.

Azərbaycanın liman, dəmir yolu və avtomobil yolu infrastrukturunun genişləndirilməsinə illərdir böyük sərmayələr qoyduğunu vurğulayan diplomat illik 5 milyon ton yükdaşıma qabiliyyətinə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Cənubi Qafqazı birbaşa Türkiyə və Avropa ilə birləşdirdiyini, yük dövriyyəsi 15 milyon ton və 100 min TEU olan Bakı dəniz limanının dəniz, dəmir yolu və avtomobil daşımalarını birləşdirən multimodal qovşaq rolunu oynadığını qeyd edib. Həmçinin Xəzərdə ən böyük donanmaya malik Azərbaycanda 9 beynəlxalq hava limanının fəaliyyət göstərdiyi vurğulanaraq, ötən il ölkəmiz vasitəsilə 14,5 milyon ton tranzit yük daşındığı, bunun 4 milyon tondan çoxunun Orta Dəhliz vasitəsilə həyata keçirildiyi diqqətə çatdırılıb.

Orta Dəhlizin getdikcə sənaye istehsalı və davamlı dəyər zəncirinin formalaşdığı marşrut kimi inkişaf etdiyini deyən səfir bu baxımdan Avropanın aparıcı kommersiya nəqliyyatı istehsalçılarından “MAN Truck & Bus” şirkətinin Azərbaycan tərəfi ilə Anlaşma Memorandumu imzaladığını, layihə çərçivəsində ölkəmizdə elektrikli şəhər avtobuslarının yığımının və istehsalının nəzərdə tutulduğunu bildirib.

Həmçinin Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması ilə regionda yeni əməkdaşlıq mərhələsinin başlandığı qeyd edilib, TRİPP marşrutunun önəmi vurğulanıb və Azərbaycanın Ermənistana yüklərin transit daşınmaları üzərindən bütün məhdudiyyətləri qaldırdığı vurğulanıb. Qeyd olunub ki, nəticədə ilk dəfə olaraq Qazaxıstandan Ermənistana ölkəmiz üzərindən buğda tranziti uğurla həyata keçirilib, bu da sülhün reallığa çevrilməsinin göstəricisidir.

Çıxışda Ələt qəsəbəsində yaradılan və hava limanına malik müasir yük-logistika mərkəzinin Avrasiyanın ən böyük multimodal logistik qovşaqlarından birinə çevriləcəyi qeyd edilib.

Özbəkistanın və Tacikistanın Almaniyadakı səfirləri, Qazaxstan səfirinin müavini, eləcə də Almaniyanın “Gebrüder Weiss” şirkətinin baş icraçı direktoru Orta Dəhlizin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi inkişafında, geosiyasi mövqeyinin güclənməsində rolundan danışıb, layihənin nəqliyyat, logistika, enerji və xidmət sektorlarında investisiya cəlbediciliyini də artırdığını vurğulayıblar.

Qeyd edək ki, “BVL Supply Chain CX 2025” logistika, nəqliyyat, təchizat zənciri idarəçiliyi və texnoloji yeniliklər sahəsində Avropanın ən nüfuzlu illik tədbirlərindən biridir. Tədbirin məqsədi iqtisadi, texnoloji və geosiyasi dəyişikliklər fonunda logistika sektorunda yenilik, bilik mübadiləsi və əməkdaşlığı təşviq etməkdir. Konqres çərçivəsində texnologiya və avtomatlaşdırma, süni intellekt, geosiyasət və təchizat zəncirləri daxil olmaqla 7 əsas istiqamət üzrə 100-dən çox sessiya keçirilib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri