Icma.az
close
up
RU
Yayda dönərdən zəhərlənmə riski artır Qida eksperti səbəbini AÇIQLADI

Yayda dönərdən zəhərlənmə riski artır Qida eksperti səbəbini AÇIQLADI

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yayın gəlişi ilə insanların qidalanma vərdişlərində müəyyən dəyişikliklər müşahidə olunur. İsti havalarda ağır yeməklərdən qaçmağa çalışanlar tez hazırlanan və əlçatan küçə yeməklərinə üstünlük verir. Bu baxımdan dönər geniş yayılmış qidalardan biridir.

Bəs yayda dönər yemək təhlükəlidirmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirdi ki, bu məsələ yay aylarında əhalinin sağlamlığını qorumaq baxımından çox aktualdır.

"Yay aylarında dönər yemək təhlükəlidir. İsti hava şəraiti, gigiyenik qaydalara əməl olunmaması və dönərin saxlanma şəraitindəki nöqsanlar zəhərlənmə riskini artırır.

İsti hava bakteriyaların sürətli çoxalmasına səbəb olur. Yay aylarında hava temperaturu +30°C və üzəri olur. Bu temperatur Salmonella, E.coli kimi bakteriyaların sürətli çoxalması üçün ideal mühit yaradır. Əgər dönərin ətinin temperaturu 65-70°C-dən aşağıdırsa, bu bakteriyalar sağ qala və çoxala bilər".

Ekspertin sözlərinə görə, vacib məsələlərdən biri də dönərin qapalı şəraitdə hazırlanmamasıdır.

"Dönər açıq havada və ya açıq vitrinli (şüşəsiz) şəraitdə hazırlanır, ətrafdan toz, həşəratlar, küçə çirkləri dönərin üzərinə qonur, bu, mikrobioloji çirklənməyə səbəb olur, havanın isti olması ilə birlikdə bu çirklənmə həddindən artıq riskli hal alır.

Dönər satıcıları bəzən dönəri tam bişmədən tez-tez kəsib təqdim edirlər. Ət içəridən çiy və ya yarıbişmiş qala bilər. Bu da zəhərlənməyə yol aça bilər.

Dönərlə verilən souslar (mayonez, ketçup, yoqurtlu souslar) və salatlar düzgün soyudulmasa sürətlə xarab olub toksin yaya bilər. İsti havada mayonez əsaslı souslar xüsusilə təhlükəlidir", - deyə Fərid Səfərov vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyun 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri