Icma.az
close
up
RU
Yayın ilk ayı isti keçəcək Bakıda 38°C yə qədər temperatur

Yayın ilk ayı isti keçəcək Bakıda 38°C yə qədər temperatur

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyun ayına olan hava proqnozu açıqlanıb.

''Yeni Sabah'' Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyun ayı ilin ən uzun günləri ilə fərqlənir.

Bu ilin iyun ayında havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Toyuqlu pizza

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

İyun ayının ilk günlərində bəzi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı ayrı yerlərdə qısamüddətli intensivləşəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23°C, gündüzlər 27-32°C, bəzi günlərdə isə 35-38°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (9-12 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 23-26°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 24-29°C, bəzi günlərdə 34-39°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı 21-35 mm) gözlənilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 18-22°C isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 13-18°C, gündüzlər 20-25°C, bəzi günlərdə 30-35°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (63-130 mm).

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 19-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18°C, gündüzlər 20-25°C, bəzi günlərdə 28-33°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (38-86 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 22-25°C təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23°C, gündüzlər 27-32°C, bəzi günlərdə 35-38°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (46-58 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-24°C olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 23-28°C, bəzi günlərdə 34-39°C isti, dağlarda isə gecə 4-9°C, gündüz 13-18°C isti, bəzi günlərdə 20-25 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (18-179 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24°C, gündüzlər 28-33°C, bəzi günlərdə 35-40°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 12-49 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 21-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 27-32°C, bəzi günlərdə 34-38°C isti olacaq. Aylıq yağıntının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-47 mm).


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri