Icma.az
close
up
RU
Yazda qış havası Aqrar sektora mənfi təsir edəcək

Yazda qış havası Aqrar sektora mənfi təsir edəcək

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın müxtəlif bölgələrində yaz fəslinə xas olmayan soyuq və yağıntılı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, bu gün və yaxın günlərdə ölkənin rayonlarında arabir leysan xarakterli yağış, şimşək və dolu hadisələri gözlənilir. Dağlıq ərazilərdə isə qar yağması ehtimal edilir. Havanın bu cür keçməsi kənd təsərrüfatı üçün müəyyən təhlükələr yaradır.

Mütəxəssislər bildirirlər ki, belə hava şəraiti xüsusilə meyvə bağları və taxıl sahələri üçün risklidir. Yaz aylarında çiçəkləmə mərhələsində olan meyvə ağacları üçün soyuq gecələr məhsuldarlığın azalmasına səbəb ola bilər. Dolu hadisələri isə gənc ağaclara və açıq sahədə yetişdirilən tərəvəzlərə ciddi ziyan vura bilər.

Liberal İqtisadçılar Mərkəzi sədri, iqtisadçı ekspert Akif Nəsirli də Modern.az-a deyib ki, yağışlı havalar bağlara mənfi təsir göstərir:

“Hazırda çiçəkdə olan meyvə ağaclarımız var. Kütləvi çiçəklənmə aran rayonlarında və daha soyuq qurşaq olan şimal rayonlarımızda da müşahidə olunur. Çiçək açır və tozlanma prosesi gedir. Bu proses zamanı əgər çiçəyin üzərinə bir damcı yağış düşürsə, həmin çiçəyin tozlanma prosesi pozulur. Ya ümumiyyətlə meyvə əmələ gəlmir, ya da qüsurlu meyvələr əmələ gəlir. Bu baxımdan hazırda yağışlı hava şəraiti ölkədə meyvə bağlarına mənfi təsir göstərir. Məsələ burasındadır ki, yağışlı günlərin sayı az olacaqsa, bu məhsuldarlığa o qədər də ciddi təsir etməyəcək. Çünki bütün ağaclardakı çiçəklər eyni vaxtda çiçəkləmir. Məsələn gilas ağacı 10 gün ərzində müxtəlif vaxtlarda çiçəklərin açılmasını təmin edir. Yağışlı günlərin sayı nə qədər çox olacaqsa, meyvə bağlarında məhsuldarlığa o qədər çox təsir edəcək”.

Eyni zamanda, yağıntıların intensiv olması torpaqda suyun çoxalmasına, bəzi yerlərdə isə su basqınlarına səbəb ola bilər ki, bu da taxıl və kartof sahələrində çürümə riskini artırır. Hazırkı hava şəraiti həmçinin kənd təsərrüfatı texnikalarının sahəyə girişini çətinləşdirə bilər, bu isə bəzi əkin və qulluq işlərinin gecikməsinə səbəb ola bilər.

Ekspert bildirib ki, ölkənin Aran rayonlarında yonca sahələrinin birinci biçini aprelin ikinci on günlüyündə başlanır:

“Yonca artıq biçinə hazırdır, əgər külək və yağış birlikdə müşahidə olunarsa, bu otun yatmasına səbəb olar. Otlar yatan zaman bitkilər çoxalır. Taxıl zəmilərində artıq gövdə sünbül tutub, yuxarı hissə bərkiyib. Yaz alarında taxılın suya tələbatı artır. Fermerlər də bunu nəzərə alaraq sahələri sulayır. Əgər sahələr sulanandan sonra külək əsir, yağış yağırsa, bu sünbüllərin də aşmasına səbəb olur. Bu da biçin zamanı itkilərə səbəb olur. Biçinə qədər sünbülün havalanma sistemi pozulur, bu  da onun yetişməsinə maneə törədir. Yəni yağışlı hava şəraiti bu sahələrə də mənfi təsir edir. Yalnız toxumdan əkilən bitkilər ki, var onlar üçün belə hava şəraiti hələki münbitdir. Digər tərəfdə havanın temperatunun soyuması, bitkilərin yerüstü inkişafını bir qədər ləngidir. Bu da məhsulun bazara bir qədər gec çıxmasına gətirib çıxarır”.

Mütəxəssislər pis hava şəraitinin yaratdığı təsirlərin bazarda qiymətlərə də təsir edəcəyini istisna etmir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Aprel 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri